Təbiəti bizimlə kəşf edin!

Xoş gəldiniz

Azərbaycana gedən qapınıza

Biz kimik?

Biz tək bir şəxs, tək bir rəhbər, tək bir turist, tək bir səyyah ya da yalnız bir şirkət deyilik. Bizlər hər birinin ardında yüzlərlə macəra, yüzlərlə səyahət, yüzlərlə dağ zirvəsi və bunların hədiyyəsi minlərlə dostu olan kəşf tutqunlarıyıq.

Macəra Fəaliyyətləri

Azərbaycan Dağ Bələdçisi ölkə daxilində geniş çeşidli macəra fəaliyyətləri təqdim edir. Aşağıdakı siyahıdan seçilmiş fəaliyyətləri seçin və ya daha çox mövcud seçimlərin siyahısını görmək üçün Turlara keçin...

Xidmətlər

Təməl Düşərgəçilik Təlimi

Burada təməl düşərgəçilik haqqında ilkin biliklərə yiyələnəcəksiniz.

Nələr Öyrənəcəksiniz?

  • Ətraf mühit və təbiəti qoruma məlumatı (Ekologiya)

  • Düşərgə ləvazimatları və təbiətdə geyim

  • Kürək çantasının hazırlanması

  • Düşərgə yeri seçimi və çadırın qurulması

  • Düşərgə mətbəxi

  • Ocaq məlumatı və ocaq yandırma

  • Təməl həyatda qalma və istiqamət tapma texnikaları

  • Düşərgə bıçaqları

Düşərgədə Təlim Proqramı

  • Bakıdan düşərgə ediləcək bölgəyə yola düşmə

  • Düşərgə yerinin qurulması, düşərgə yeri seçimi və çadır qurma təlimi

  • Düşərgə ləvazimatlarının tanıdılması və ümumi məlumatlar

  • Düşərgə çantasının hazırlanması

  • Düşərgə ocağı üçün odunun toplanması

  • Ocaq yandırma təlimi

  • Düşərgə yeməyinin hazırlanması

2.Gün

  • Düşərgə yeməyi hazırlanması

  • Təməl həyatda qalma bacarıqları

  • Ərazi gəzintisi və təbiət yürüşü

  • Düşərgənin toplanması və Bakıya dönüş

Təlimin Müddəti

Ofisdən məlumat alın 

Kimlər iştirak edə bilər?

Təbiətdə maraqlı bir düşərgə etmək istəyən hər kəs iştirak edə bilər.

Təlimlər harada keçirilir?

Bakıya yaxın rayonlarda keçirilir.

Hansı ləvazimatlar lazımdır?

Yataq kisəsi xaricində lazım olan bütün ləvazimatlar klubumuz tərəfindən qarşılanır.

Xüsusi Dağçılıq Təlimi

Dağlar, qayalıqlar, qarlı ərazilər, vadilər, cığırlar və sirtlar üzərində etdiyiniz səfərlər sizi həm dağların, həm də ruhunuzun zirvəsinə çatdıracaq. Təşkil etdiyimiz dağçılıq təlimimiz sayəsində dağlarda güvən içində getmənin, düşərgə etməyin və zirvəyə çatmanın üsullarını öyrənəcəksiniz.

1 gün içində dağçılıq üçün lazımlı bütün nəzəri məlumatları əldə edə biləcəksiniz. Təlim sonrasında ediləcək olan təcrübi təlim düşərgəmizdə gerçək bir dağda düşərgə etməyi və reallaşdıracağımız zirvə dırmanması ilə dağa dırmanmağı təcrübə edə biləcəksiniz.

Nələr öyrənəcəksiniz?

Azərbaycan dağları haqqında məlumat

Dağçılıq və düşərgə ləvazimatları haqqında məlumat 

Geyimlər və istifadə qaydası

Ayaqqabılar və istifadə qaydası

Eynəklər

Düşərgə ləvazimatları haqqında məlumat

Çadırlar

Yataq kisələri

Matlar, yemək bişirmə dəsti, ocaqlar

Təbiətdə məşq, qidalanma və mətbəx ləvazimatları

Təməl Məşq Məlumatı

Dağda və təbiətdə qidalanma, Təməl qida siyahısı

Təbiətdə İstiqamət Tapma və Təməl Xəritə Məlumatı

Kompas və istifadə texnikaları

GPS istifadəsi və texnikalar

Təbiətdə yolunu İtirmə

Təməl istiqamət tapma texnikaları

Gecə istiqamət tapma

Öncədən qoyulmuş zirvə hədəfinə görə yüksələn istiqamətdə dağ təlimi (İl boyu qoyulmuş hədəfə qədər)

Təlimin Müddəti

Nəzəri təhsil müddəti (1 Gün)

Təcrübi təhsil müddəti (2000 m yüksəklikdən başlayaraq yüksələn xətlə hədəfə qədər)

Kimlər iştirak edə bilər?

Zirvəyə dırmanma məqsədi qoymuş hamı iştirak edə bilər.

Təlimlər harada olacaq?

Nəzəri dərslərin sinif otağında, təcrübi dərslərin təbiətdə keçirilməsi nəzərdə tutulur.

Nələr Lazımdır?

Dərslərin keçirilməsi üçün bütün ləvazimatlar biz tərəfindən qarşılanacaqdır.

Gün və Saatlar

Ofisdən məlumat alın. +994 77 304 34 54

Qiymətlər

Ofisdən məlumat alın. +994 77 304 34 54

Təməl Qaya Dırmanma Təlimi

Təbiət idmanları içərisində bəlkə də adrenalini ən maraqlı idman növü qaya dırmanmasıdır. Çünki yer çəkiminə qarşı edilən nadir idman növlərindən birini meydana gətirməkdədir. Bütün əzələləri işlədən bir xüsusiyyətə sahib olması bu idmanı daha da ön plana çıxarır. Praktik zəkanızı istifadə etməyi, problemləri sağlam təhlil etməyinizi, oyun qurmanızı, planlı hərəkət etməyi inkişaf etdirir, tarazlıq-elastiklik-dayanıqlılıq baxımından daha yaxşı bir bədən və zehin gücünə sahib olmanıza imkan verir. Hətta yüksəklik qorxusu olanların ləvazimatlara güvən duyğusu qazandırılaraq bunun öhdəsindən gəldikləri müşahidə edilmişdir. Tək gerçək qorxunun "Yıxılma Qorxusu" olduğu ifadə edilər. Digərləri şüuraltımızın yaratdıqları qorxulardır. Qayada istifadə olunan ləvazimatlara güvənərək  "Dırmanmanın Keyfini" yaşaya bilərik.

Qaya dırmanmasının bir çox növü vardır. Hər bir növlə dırmanmaq üçün təməl dırmanmanı bilməyimiz lazımdır. 

Qaya dırmanması növləri aşağıdaklardır: 

  • Sərbəst Dırmanma

  • Uzun Divar Dırmanması

  • İdman Dırmanması

  • Üstdən təhlükəsiz dırmanma

  • Solo Dırmanma

  • Free-Solo Dırmanma (İpsiz Dırmanma)

  • Bouldering (Qısa Qaya)

  • Süni Dırmanma

  • Feratta

Təməl Qaya Dırmanma Təlimi Proqramı

  • Dırmanma ləvazimatları haqqında məlumat

  • 3 nöqtə qaydası

  • Qaya dırmanma texnikası

  • İp düyünləri(nəzəri və praktik)

  • İplə Eniş və Təhlükəsizlik Alma

  • Üstdən Təhlükəsizlik Alma

  • Texniki dırmanma ləvazimatları haqqında məlumat

  • Ləvazimatlara qulluq

  • Ətraf mühit və təbiəti qoruma məlumatı (Ekologiya)

Gün və Saatlar

Ofisdən məlumat əldə edin. +994 77 304 34 54

Qiymətlər

Ofisdən məlumat əldə edin. +994 77 304 34 54

Təbiətdə İlk yardım Təlimi

Təbiət idmanlarında və təbiətdə edilən digər fəaliyyətlərdə sağlamlıq riskləri / həyati risklər ancaq məlumatlılıq, fiziki təchizat və təcrübə üçbucağının tamamlanmasıyla azaldıla bilər. Təbiətə idman etmək və ya müxtəlif fəaliyyətləri ehtiva edən məqsədlərlə üz tutanda baş verə biləcək risklərin fərqinə varmaq çox vacibdir. Lakin fərqində olmanız risklərin meydana gəlməsinin qarşısını almaz. Böhran anlarının idarə edilməsi bacarığı, necə müdaxilə etmək barədə məlumatlılıq təbiətdə zaman keçirən hər kəs üçün son dərəcədə əhəmiyyətlidir. Xüsusilə, sağlamlıq və ilk yardım məlumatı bu təchizatın ən həyati elementləridir. Təbiətdə reallaşdırılan istənilən növ fəaliyyət və təbiət idmanları əsnasında istənməsə də, qəzalar və yaralanmalar yaşana bilməkdə, var olan bəzi xəstəliklərin təbiətdə ortaya çıxması, ya da pisləşməsi baş verməkdədir. 

Təlimin proqramı:

  • Ümumi ilk yardım məlumatları

  • Xəstə/yaralı və hadisə yerinin qiymətləndirilməsi

  • Təməl həyat dəstəyi məlumatı

  • Qanamalar

  • Yaralanmalar

  • Yanıq, donma və günəş vurmaları

  • Qırıq, çıxıq və  burxulmalar

  • Şüur pozulması

  • Zəhərlənmələr

  • Heyvan dişləmələri

  • Göz, qulaq və buruna hər hansı bir cisim girməsi

  • Boğulmalar

  • Yaralı daşıma texnikaları