Trekking və mədəniyyət turuna qatılmadan əvvəl, turla bağlı bütün detalları diqqətlə öyrənmək vacibdir. Bu, həm dağ yürüşünə çıxanlar, həm də tarixi və mədəni məkanları kəşf etmək istəyənlər üçün faydalıdır, gözlənilməz halların qarşısını alır. Marşrutun çətinlik səviyyəsi, tələb olunan avadanlıqlar, məsafə, hava şəraiti və ziyarət olunacaq tarixi-mədəni məkanlar haqqında öncədən məlumatlanmaq, tur boyunca həm trekking zamanı, həm də mədəniyyət turlarında daha rahat və təhlükəsiz hərəkət etməyinizə kömək edəcək.
Səyahət planı:
1-ci GÜN: Hava Limanı→ Bakı → Otel→ Şəhər turu
Hava limanında qarşılanma və otelə transfer.
Otelə yerləşib istirahət və nahardan sonra Bakının görməli yerlərinə şəhər turuna çıxacağıq. Tur proqramına Atəşgah məbədi, Ramana qalası, Yanardağ və axşam saatlarında Şəhidlər Xiyabanı daxildir.
Gecəni Bakıda oteldə keçiririk.
2-ci GÜN: Bakı → Qırmızı Dağlar (Candy Cane Mountains) → Beşbarmaq dağı → Xınalıq kəndi
Oteldə səhər yeməyindən sonra Qubaya yola düşürük. İlk dayanacağımız məkan Xızı rayonunda yerləşən Qırmızı (Candy Cane) Dağlar olacaq. Buradan avtomobillərlə Beşbarmaq dağına yollanırıq və zirvədən Xəzər dənizinin möhtəşəm mənzərəsini izləyirik.
Daha sonra dağdan enib avtomobillərlə Xınalıq kəndinə doğru hərəkət edirik. Kəndə çatdıqdan sonra Xınalığın tarixi yerlərini gəzəcək və axşamı yerli qonaq evində keçirəcəyik.
Gecəni Xınalıq kəndində qonaq evində keçiririk.
- Beşbarmaq dağı: 450 m
- Xınalıq kəndi: 2170 m
- Bakı – Xınalıq məsafəsi: 240 km
3-cü GÜN: Xınalıq kəndi → Qalayxudat kəndi → Qrız kəndi
Səhər yeməyindən sonra Qrız kəndinə doğru yürüşə başlayırıq.
Yolboyu Qalayxudat kəndində dayanaraq nahar edəcəyik və daha sonra Qrız istiqamətində yürüşümüzü davam etdirəcəyik. Qudyalçay kanyonundan keçərkən bizi füsunkar Qur-qur şəlaləsi qarşılayacaq.
Səyahətimizi davam etdirərək Qrız kəndinə çatırıq və burada kəndin tarixi yerləri ilə tanış oluruq.
Gecəni Qrız kəndindəki qonaq evində keçiririk.
- Məsafə: 19 km
- Başlanğıc hündürlüyü: 2154 m
- Maksimum hündürlük: 2300 m
- Bitmə hündürlüyü: 2000 m
- Qrız kəndi: 2020 m
4-cü GÜN: Qrız kəndi → Laza kəndi
Səhər yeməyindən sonra yürüşümüzü Laza kəndi istiqamətində davam etdiririk. Mixtökən silsiləsinin yamacları və çəmənliklərindən keçərək kəndə doğru enirik.
Lazaya çatdıqdan sonra kəndin ərazisindəki şəlalələri və görməli yerləri gəzəcəyik. Axşam isə kənddəki rahat qonaq evlərində yerləşəcəyik.
Gecəni Laza kəndindəki qonaq evlərində keçiririk.
- Məsafə: 20 km
- Başlanğıc hündürlüyü: 2000 m
- Maksimum hündürlük: 2700 m
- Bitmə hündürlüyü: 1700 m
- Laza kəndi: 1700 m
5-ci GÜN: Laza kəndi → Kuzun kəndi → Sumqayıt
Səhər yeməyindən sonra Lazadan Kuzun kəndi istiqamətində yola düşürük. Qusar çayının sahili boyunca hərəkət edərək Kuzun kəndinə çatırıq.
Burada qısa fasilə etdikdən sonra Qusarda nahar edirik və daha sonra Sumqayıt şəhərinə yola düşürük.
Gecəni Sumqayıtda oteldə keçiririk.
- Məsafə: 7 km
- Başlanğıc hündürlüyü: 1700 m
- Maksimum hündürlük: 2380 m
- Bitmə hündürlüyü: 2380 m
- Kuzun kəndi: 1200 m
- Kuzun – Sumqayıt məsafəsi: 200 km
6-cı GÜN: Sumqayıt → Diri Baba türbəsi → Basqal → Lahıc → Şəki
Səhər yeməyindən sonra oteldən Şəki şəhəri istiqamətində yola düşürük.
İlk dayanacağımız məkan Qobustanda yerləşən Diri Baba türbəsi olacaq. Daha sonra səfərimizə İsmayıllı rayonunun Basqal kəndinə doğru davam edəcəyik. Basqal kəndini gəzdikdən sonra Lahıca yollanırıq. Lahıcda qısa tur və nahardan sonra Şəkiyə istiqamət götürürük.
Yolda Nohurgöl gölündə dayanaraq istirahət edəcək, daha sonra Şəkiyə çatacağıq.
Gecəni Şəkidə keçiririk.
- Bakı – Lahıc: 170 km
- Lahıc – Şəki: 160 km
7-ci GÜN: Kiş kəndi – Şəki Xan Sarayı – Karvansaray – Naftalan
Oteldə səhər yeməyindən sonra Kiş məbədini ziyarət edirik.
Kiş kəndindəki Alban məbədini ziyarətdən sonra Şəki Xan Sarayı və Karvansarayı görürük və daha sonra Naftalana yola düşürük.
Bu tur zamanı siz Naftalan nefti ilə müalicə imkanı olan 5 ulduzlu oteldə rahatlaşa və sonrasında ətrafı gəzərək sightseeing edə bilərsiniz.
Gecəni Naftalandakı oteldə keçiririk.
8-ci GÜN: Naftalan → Qobustan → Palçıq vulkanları→ Bakı
Oteldə səhər yeməyindən sonra Bakıya yola düşürük və yolboyu Qobustana baş çəkirik. Qobustan palçıq vulkanları və Qobustan Qayaüstü abidələrini araşdırdıqdan sonra Bakıya qayıdırıq.
Accordion summary...
Accordion body...
Gecəni Bakıda oteldə keçiririk.
- Naftalan – Qobustan – Bakı: 340 km
9-cu GÜN: Dənizkənarı Bulvar → Xalça Muzeyi → İçərişəhər → Heydər Əliyev Mərkəzi
Oteldə səhər yeməyindən sonra Bakının müasir memarlıq nümunələrini ziyarət edəcəyik. Tur proqramına Heydər Əliyev Mərkəzi, Dənizkənarı Bulvar və Xalça Muzeyi daxildir. Bundan əlavə, tarixi İçərişəhərin dar küçələrini və Bakının müasir prospektlərini kəşf edəcəyik.
Axşam saatlarında hava limanına yola düşəcəyik.
Turun Qiymətinə Daxil Olan Xidmətlər:
Nəqliyyat:
* Bakı Beynəlxalq Hava Limanı – Otel – Bakı Beynəlxalq Hava Limanı (Mercedes Vito, Sprinter)
* Bakı – Xınalıq kəndi – Bakı (Mercedes Vito / Sprinter)
* Kuzun – Sumqayıt (Mercedes Vito, Sprinter)
* Sumqayıt – Lahıc – Şəki (Mercedes Vito, Sprinter)
* Şəki – Kiş məbədi – Naftalan (Mercedes Vito, Sprinter)
* Naftalan – Qobustan – Bakı (Mercedes Vito, Sprinter)
* Bakı şəhər turu – Hava limanı (Mercedes Vito, Sprinter)
Xidmətlər:
* Dağ bələdçisi: 1 bələdçi 7 nəfərə xidmət göstərir
* Qonaq evlərində yerləşmə: 3 gecə
* Qonaq evlərində yemək: 2-3 dəfə
* Yüklərin daşınması üçün dağ avtomobilləri
* Milli park biletleri: Şahdağ Milli Parkı
* Şəhər bələdçisi
* Otel: 5 gecə
Qeyd: Tələb üzrə əlavə xidmətlər əlavə oluna bilər.
Turun Qiymətinə Daxil Olamayan Xidmətlər:
Tur iştirakçılarında olması lazım olan avadanlıqlar:
Trekking Avadanlıqları:
Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır
Əlavə Məlumat və Şərtlər:
-
Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur.
-
Rezervasiyanın Ləğvi və Geri Ödəniş:
-
Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.
-
15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).
-
7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.
-
5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.
-
Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.
-
Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.
-
Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.
-
Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.
-
Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
- Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.