Mountain Guide Azerbaijan

2018-ci ildən bəri Azərbaycanın dağlarını kəşf edirik

Mountain Guide Azerbaijan

Azərbaycanın ən yüksək zirvələrinə dırmaşma ekspedisiyaları və ucqar guşələrinə trekking gəzintiləri təşkil edən şirkətdir.

İstər yüksək zirvəyə qalxmaq, istərsə də qədim ərazilərdə gəzinti olsun, hər bir macəra bizi təbiətə və özümüzə daha çox yaxınlaşdırır. Hər səyahətin bir kəşf, hər kəşfin həyatın mənasını dəyişən bir xoşbəxtik olduğunu bilirik.

Biz, Azərbaycan Dağ Bələdçiləri əla maddi-texniki hazırlığa diqqət yetirən və hər şeydən əvvəl işlədiyimiz mühitə həvəs göstərən rəhbər peşəkarlardan ibarət ixtisaslaşmış komandayıq.

Bizim missiyamız macəradan daha çoxudur. Biz ətraf mühitin mühafizəsi və davamlı turizm dəyərlərinə sadiqik və gələcək nəsillərin də bu gün səyahət etdiyimiz mənzərələrdən həzz almasını təmin edirik.

Biz səyahət etməyi, dırmanmağı, təbiəti və insanı kəşf etməyi, mədəniyyətləri öyrənməyi ehtirasla sevən, gördüklərimizi, öyrəndiklərimizi paylaşmağı həyatımızın mərkəzinə qoymuş təbiəti sevən turizm professionallarıyıq.

Biz Kimik?

Mountain Guide Azerbaijan, ölkəmizin dağçılıq və macəra turizmi sahəsində öncül şirkətlərindən biridir.

2018-ci ildə qurulan şirkətimiz, peşəkar komandası ilə birlikdə dağ və təbiət həvəskarlarına unudulmaz təcrübələr yaşatmağı hədəfləyir.

500+ Uğurlu Tur
5000+ Məmnun Müştəri
15+ Professional bələdçi
Mountain Guide Team

Dəyərlərimiz

Təbiət Dostu

Təbiətdə səyahətlərimizi bütün ekoloji amillərə hörmətlə və məsuliyyətlə həyata keçiririk. Təbiətdə izimizdən başqa heç bir şey qoymadan geri dönmək ilk missiyamızdır.

İştirakçı Dostu

İştirakçılarımızı birlikdə səyahət etdiyimiz yoldaşlar hesab edir və onlara maksimum fayda verməyi xidmətlərimizin ən mühüm məqsədlərindən biri hesab edirik.

Müştəri Məmnuniyyəti

Hər bir müştərimizin unikal olduğunu anlayır və fərdi ehtiyaclarını nəzərə alaraq xüsusi təcrübələr təqdim edirik.

Yerli Mədəniyyətə Hörmət

Yerli mədəniyyətlərə və icmalara hörmətlə yanaşır, yerli insan resurslarından istifadə etməyə diqqət yetiririk.

Təhlükəsizlik və Keyfiyyət

Təhlükəsizlik və keyfiyyət, hər tur paketinin əsas xüsusiyyətləridir. Bizim təcrübəmizin əsası, təcrübəli dağçılıq təlimatçılarının təcrübəsi və müasir təhlükəsizlik avadanlığıdır.

Düzgün Liderlik

Komandamızın liderliyi, məqsədlərimizə sadiqlik və mühüm məqsədləri üçün birlikdə işləməyi öyrənirik.

Qərəzsizlik

Din, dil, irq, milliyyət, cins və s. kimi ayrı-seçkiliyə və fikir ayrılığına yol verməməkdəyik.

Keyfiyyət Siyasətimiz

Qeyd-şərtsiz müştəri məmnuniyyəti və ən keyfiyyətli səyahət təcrübəsi təklif etmək əsas siyasətimizdir.

Komanda Ruhu

Uğurlu olmaqda komanda ruhunun vacibliyinə inanır, məqsədlərə çatmaqda bir-birimizə kömək edirik.

Davamlı Turizm

Turizmin, təbiətin və yaşayan mədəniyyətin birlikdə davamlılığını hədəfləyirik.

Yenilik və Təkmilləşdirmə

Daim özümüzü təkmilləşdirir, yeni marşrutlar və təcrübələr kəşf edirik.

Öyrətmə və Maarifləndirmə

Qonaqlarımıza təbiət və ətraf mühit haqqında məlumat verir, ekoloji maarifləndirməni artırırıq.

Professional Komanda

Təcrübəli dağçılıq təlimatçıları və bələdçilərimiz

Aygün Hüseynova

Elşad İsgəndərli

3 il təcrübə

Beynəlxalq Əlaqələr Üzrə Mütəxəssis

Aygün Hüseynova

Babək İsgəndərov (Orabanlı)

Dağçı
15 il təcrübə 100+ zirvə

Babək Orabanlı (İsgəndərov) peşəkar dağçı, dağ bələdçisi və təlimçidir. 1986-cı ildə Şəki rayonu Oraban kəndində anadan olub və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman Turizmi” ixtisasından məzun olub. Azərbaycan Hava və

Aygün Hüseynova

Cavid Rzayev

1994-cü ilin 30 mart tarixində Neftçala rayonunda dünyaya göz açmışam. Fotoqrafiya mənim üçün sadəcə bir peşə deyil, həm də ətrafdakı gözəllikləri unudulmaz anlara çevirməyin bir yoludur. Azərbaycan Fotoqraflar Assosiasiyasının üzvü olaraq,

Aygün Hüseynova

Elnur Nəciyev

1989-cu ildə Bakı şəhərində anadan olmuşam. Tarixə olan marağım məni elm yoluna istiqamətləndirdi və bu sahədə ixtisaslaşaraq, Azərbaycan tarixinin müxtəlif dövrlərini dərindən araşdırmağa başladım. Bakı Dövlət Universitetində bakalavr və magistr

Aygün Hüseynova

Ülvi Mirzəyev

17 avqust 1998-ci ildə Bakı şəhərində anadan olub. 2015-2019-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin “Qida məhsulları mühəndisi” ixtisasında təhsil alıb. Təhsil aldığı dövrdə universitetinin Tələbə Gənclər təşkilatında fakültə rəhbəri

Aygün Hüseynova

Şaiq Allahyarov

Mən, Şaiq Allahyarov, 1996-cı ilin 3 martında Quba rayonunun əsrarəngiz Qrız kəndində dünyaya göz açmışam. Dağlar uşaqlıqdan mənim evim, yol yoldaşım və ilham mənbəyim olub. Hər qarışını tanıdığım bu sıldırım qayalar, dumanlı vadilər və

English