Komanda
133

Ülvi Mirzəyev

17 avqust 1998-ci ildə Bakı şəhərində anadan olub. 2015-2019-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin “Qida məhsulları mühəndisi” ixtisasında təhsil alıb. Təhsil aldığı dövrdə universitetinin Tələbə Gənclər təşkilatında fakültə rəhbəri vəzifəsində çalışıb. Daha sonra universitetin TGT sədr müavini vəzifəsinə qədər yüksəlib. Eyni dövrdə ölkədə keçirilən idman yarışlarında və bir çox qurumda könüllü fəaliyyət göstərib. Bunlara ASAN Xidmət, Dost Agentliyi, Formula 1, İslam oyunlarını misal çəkmək olar. 2021-ci ildən dağçılıq sahəsilə məşğuldur. 2022-ci ildə Transqafqaz cığırının qurulması proqramı çərçivəsində 10 gün Gürcüstanda meşə cığırlarının açılmasında iştirak edib. Azərbaycan Mountain Guide-da həm tur rəhbəri, həm də turların təşkili işində çalışır. Bu qısa dövrdə Bazardüzü (4466 m), Çarundağ (4079 m), Seyidyurd (3690 m), Zəfər (4301 m) zirvələrini fəth etməyi bacarıb.


Ülvi Mirzəyev

Ülvi Mirzəyev  –  Bələdçi 

  • Təcrübə: 5 il
  • Zirvələr: 15+
  • İxtisas: Dağ bələdçisi
Paylaş
Babək İsgəndərov (Orabanlı)

Babək İsgəndərov (Orabanlı)

Babək İsgəndərov (Orabanlı) — Peşəkar dağçı, sertifikatlı dağ bələdçisi və təlimçi.
Dağçılıq sahəsində 15 ildən artıq zəngin təcrübəyə malikdir və bu müddət ərzində 100-dən çox zirvə fəth edib. Azərbaycanın ən hündür nöqtəsi olan Bazardüzü zirvəsinə qış mövsümündə təkbaşına (solo) dırmanan ilk azərbaycanlı alpinist kimi ölkə dağçılıq tarixinə düşüb. Yerli və beynəlxalq səviyyəli ixtisaslaşmış təlimləri uğurla tamamlayaraq, həm yerli, həm də əcnəbi səyahətçilər üçün təhlükəsiz və peşəkar dağ marşrutları təşkil edir.

Rəylər (0)

Rəy Bildirin

English