1-ci GÜN: Bakı – Naxçıvan – Iğdır – Doğubəyazid
Bakı Hava Limanında qrupla görüşürük. Bakıdan Naxçıvana təyyarə ilə yola düşürük. Naxçıvandan Iğdır Dilucu sərhəd keçid məntəqəsinə kimi yolumuzu avtobusla davam etdirəcəyik. Gömrük məntəqəsini keçdikdən sonra bizi gözləyən avtobusla Doğubəyazidə otelə gedəcəyik. Dırmanma öncəsi son hazırlıqlarımızı tamamlayırıq.
2-ci GÜN: Doğubəyazid – 3200 m düşərgəsi
Səhər yeməyindən sonra artıq əşyalarımızı oteldə saxlayıb, Ağrı dağına getmək üçün nəqliyyat vasitəmizə minirik. Çevirmə kəndinə nəqliyyat vasitəmizin çıxa biləcəyi 2200 metr yüksəkliyə qədər gedirik (1saat). Düşərgə yüklərimizi atlara yükləyib özümüzlə yol üçün su və nahar yeməyini götürürük. 3200 metrdə yerləşən düşərgəmizə doğru piyada yola düşürük. Yürüş yolumuz Ağrı dağına doğru dikliyi az yüksələn 3-4 saatlıq yoldur. Çadırlarımızı qururuq. Gecəni çadırlarda keçiririk.
3-cü GÜN:3200m – 4200m – 3200 m (dağa və yüksəkliyə uyğunlaşma yürüşü)
Səhər yeməyindən sonra dağa və yüksəkliyə uyğunlaşma üçün 3200 m düşərgəsindən 4200 metr düşərgəsinə yürüşə başlayırıq.Yolumuzun dikliyi öncəki günə görə artacaqdır. Bu gün zirvə şəraitinə uyğunlaşma günüdür. 4200 m düşərgəsində istirahət edib, yenidən 3200 m-də düşərgəmizə qayıdırıq. Gecəni 3200 m düşərgədə qalırıq.
4-cü GÜN: 3200 m düşərgə – 4200 m düşərgə
Səhər yeməyindən sonra çadırlarımızı toplayıb yüklərimizi atlara yükləyirik. Özümüz üçün su və yolda yeyəcək yüngül yeməklər götürüb 4200 m düşərgəyə yola düşürük. Yolumuzun yürüş müddəti 3-4 saatdır. Günün qalan hissəsini qar təlimi ilə keçiririk. Erkən yatırıq və sabahkı zirvəyə hazırlaşırıq.
5-cü GÜN: Zirvə – 3200 m düşərgə
Gecə saat 02:00-da yuxudan oyanıb, səhər yeməyindən sonra 03:00-da zirvəyə doğru hərəkətə başlayırıq. Yolumuz dik və yüksəklik olduğu üçün aşağı tempdə hərəkət edəcəyik. 4900 m yüksəklikdə buzlağa girəcəyik. Buzlağa rəhbərlərimiz tərəfindən iplə sabit xətt çəkilir. Bu sırada iştirakçılar kramponlarını geyinirlər. Təhlükəsizlik kəmərlərimizlə ipə giririk. Bir ipdə yürüşümüzü davam edirik.Zirvəyə doğru son dik yolumuzu tamamlayıb 5137 m zirvəyə çatırıq. Təkrar eyni yerdə ip xəttinə kəmərlərimizlə girib, buzlağı bitiririk. 4200 m yüksəklikdə yuxuya getmək çətin olduğu üçün çadırlarımızı toplayıb 3200 m düşərgəsinə enirik. Gecəni 3200 m düşərgədə qalırıq.
6-cü GÜN:3200 m – Doğubəyazid – Otel
3200 metrdəki düşərgəmizdən çadırları toplayıb, Çevirme kəndinə enirik. Bizi gözləyən avtobusa minib, Doğubayazıtdakı otelimizə qayıdırıq. Nahar etdikdən sonra Doğubayazıtın ən görülməyə dəyər məkanlarına səfər edirik. Bunlara İshaq Paşa sarayı, Ahmed-i Hani türbəsini misal çəkmək olar. Daha sonra sərbəst vaxt və oteldə gecələmə.(Bu zirvə proqramında mənfi hava şəraiti ilə qarşılaşdığımız təqdirdə ehtiyat gün sayılacaqdır)
7-cü GÜN: Doğubəyazid – Van – Doğubəyazid
Otelimizdə səhər yeməyi yedikdən sonra Van şəhərinə doğru yola düşürük. İlk dayanacağımız Muradiye şəlaləsi olacaq. Daha sonra Çaldıran düzənliyi keçərkən məşhur döyüşlərin keçirildiyi yerləri görəcəyik. Van şəhəri gəzintisi. Şəhər gəzintisindən sonra Akdamar adasına yarım saatlıq gəmi turu ilə səfər edirik. Akdamar adası Van gölünün ən böyük adalarından biridir. Van gölü sahilində günorta yeməyi. (istəyənlər Vana məxsus inci kefalı balığının dadına baxa bilərlər.) Edremit Qız qalası gəzintisi və şəkil fasiləsi, son olaraq Van qalasını da ziyarət etdikdən sonra sərbəst vaxt və Doğubəyazidakı otelimizə geri dönüş.
8-cü GÜN: Doğubəyazid – Naxçıvan – Bakı
Oteldə səhər yeməyindən sonra Naxçıvana doğru yola düşürük.