Komanda
131

Şaiq Allahyarov

Mən, Şaiq Allahyarov, 1996-cı ilin 3 martında Quba rayonunun əsrarəngiz Qrız kəndində dünyaya göz açmışam. Dağlar uşaqlıqdan mənim evim, yol yoldaşım və ilham mənbəyim olub. Hər qarışını tanıdığım bu sıldırım qayalar, dumanlı vadilər və ucsuz-bucaqsız zirvələr mənim üçün sadəcə təbiət mənzərəsi deyil – macəralarla dolu bir həyat tərzidir.

Uzun illərdir Quba-Qusar və Azərbaycanın digər bölgələrində zirvə yürüşləri, trekking və hiking marşrutlarında bələdçilik edirəm. Hər yeni səfər mənim üçün təkcə yolçuluq deyil, həm də insanları təbiətlə birləşdirən bir körpüdür. Çətin yolları asanlaşdırmaq, zirvələrə aparan ən gözəl yolları göstərmək mənim üçün bir missiyadır.

Dağlar çağırır – mən isə bu çağırışı hiss edənlər üçün yol açmağa hazıram.


Şaiq Allahyarov
  • Təcrübə: 10 il
  • Zirvələr: 50+
  • İxtisas: Dağ bələdçisi, Bələdçi
Paylaş
Babək İsgəndərov (Orabanlı)

Babək İsgəndərov (Orabanlı)

Babək İsgəndərov (Orabanlı) — Peşəkar dağçı, sertifikatlı dağ bələdçisi və təlimçi.
Dağçılıq sahəsində 15 ildən artıq zəngin təcrübəyə malikdir və bu müddət ərzində 100-dən çox zirvə fəth edib. Azərbaycanın ən hündür nöqtəsi olan Bazardüzü zirvəsinə qış mövsümündə təkbaşına (solo) dırmanan ilk azərbaycanlı alpinist kimi ölkə dağçılıq tarixinə düşüb. Yerli və beynəlxalq səviyyəli ixtisaslaşmış təlimləri uğurla tamamlayaraq, həm yerli, həm də əcnəbi səyahətçilər üçün təhlükəsiz və peşəkar dağ marşrutları təşkil edir.

Rəylər (0)

Rəy Bildirin

English