Komanda
10

Almas Kərimov

Almas Kərimov – Ofis işlərinin təşkili, tur avadanlıqlarının inventarizasiyası, komanda koordinasiyası vəzifəsindədir. 2000-ci ildə Sumqayıt şəhərində anadan olub.
 
Almas – komandamızın ofis proseslərini idarə edən, tur avadanlıqlarının qeydiyyatını və saxlanmasını nəzarətdə saxlayan məsuliyyətli və enerjili əməkdaşımızdır. O, müştərilərlə yazışmaları və zəngləri operativ şəkildə cavablandırır, turlar üçün lazım olan bütün avadanlıqların vaxtında hazırlanmasını təmin edir və komanda daxilində koordinasiya proseslərini idarə edir.
 
Detallara qarşı diqqətli olması, sürətli uyğunlaşma bacarığı və tur fəaliyyətlərinə olan marağı sayəsində həm ofisdə, həm də sahə işlərində komandaya güclü dəstək verir. Almas həmçinin şirkətin ümumi səmərəliliyinin artırılması üçün daxili proseslərin optimallaşdırılmasında da aktiv rol oynayır.

Almas Kərimov
Paylaş

Rəylər (0)

Rəy Bildirin

English