Popular Orta 4 fəsil

Zindanmuruq – Səlbir dağı (1784 m) – Əniq kəndi | Hiking turu

Qusar, Azərbaycan 1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

1784 Zirvə
12 km Məsafə
1 Gün
1239 m Başlangıc

Qusar rayonunun füsunkar təbiəti ilə tanış olmaq, Böyük Qafqazın dağ mənzərələrini kəşf etmək və Azərbaycanın qədim kəndlərinin özünəməxsus atmosferini hiss etmək istəyənlər üçün maraqlı hiking marşrutu.

Turumuz Zindanmuruq kəndindən başlayır. Dağ yolları, yaşıl yaylaqlar və geniş çəmənliklər boyunca irəliləyərək Mıxtökən silsiləsinin ətəklərində yerləşən, 1784 metr yüksəklikdəki Səlbir dağına doğru yürüş edirik.

Marşrut boyunca Qusar bölgəsinin təbii gözəlliklərini, dağ relyefini və kənd həyatının izlərini müşahidə etmək mümkündür. Səlbir dağı ərazisindən Qafqaz dağlarının yan silsilələrinə, Qızılqaya və Şahdağ zirvələrinə, həmçinin Qusarçay vadisi boyunca Baş Qafqaz silsiləsinə möhtəşəm mənzərə açılır.

Səlbir dağında qısa fasilə verərək ətraf mənzərələrdən zövq alır və fotoşəkillər çəkirik. Daha sonra yürüşümüzü davam etdirərək tarixi və təbii gözəllikləri ilə seçilən Əniq kəndinə enirik. Kəndin ənənəvi memarlığı, sakit mühiti və dağ mənzərələri turumuza xüsusi rəng qatır.

Bu yürüş həm təbiət həvəskarları, həm də dağlarda aktiv istirahət etmək və Azərbaycanın az tanınan kəndlərini kəşf etmək istəyənlər üçün əla seçimdir.

Marşrut haqqında məlumat

  • Məkan: Qusar rayonu, Azərbaycan

  • Səlbir dağı yüksəkliyi: 1784 m

  • Marşrut: Zindanmuruq – Səlbir dağı – Əniq

  • Ümumi məsafə: 12 km

  • Turun növü: Hiking / Dağ yürüşü

  • Çətinlik dərəcəsi: Orta

  • Başlanğıc yüksəklik: 1239 m

  • Maksimum yüksəklik: 1784 m

  • Son nöqtənin yüksəkliyi: 1131 m

  • Minimum yüksəklik: 1039 m

  • Yüksəklik qazancı: 449 m

  • Yüksəklik itkisi: 743 m


Professional bələdçi
Daxil deyil
Bakıdan transfer
Foto və Video

Hiking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə yola gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:

06:40 – Bakı şəhərində əvvəlcədən təyin edilmiş yerdə toplanış.

07:00–10:30 – Bakı – Qusar – Zindanmuruq kəndi istiqamətində yol səfəri.

11:00–16:30 – Zindanmuruq kəndindən yürüşün başlanması. Səlbir dağına qalxış, mənzərəli ərazilərdə fasilə və fotoçəkiliş. Daha sonra Əniq kəndinə eniş.

16:30–17:00 – Əniq kəndində istirahət və çay süfrəsi.

17:00–21:00 – Əniq – Qusar – Bakı istiqamətində geri dönüş.

Qeyd: Göstərilən vaxtlar təxminidir. Yürüş və Bakıya dönüş müddəti qrupun hərəkət sürətindən, hava şəraitindən və yol vəziyyətindən asılı olaraq dəyişə bilər.


Turun Qiymətinə Daxildir:

✅Nəqliyyat (Bakı – Qusar – Zindanmuruq / Əniq – Bakı)

✅Peşəkar dağ bələdçisi

✅Fotoçəkiliş

✅Yürüşün təşkili

Turun Qiymətinə Daxil Deyil: 

❌Qidalanma

❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim 

❌Programdan xaric istəklər

Lazım olan ləvazimatlar:
  • Alın fənəri
  • Termos
  • Yürüş çomaqları
  • Bel çantası (20–35 litr)

  • Rahat və sürüşməyən yürüş ayaqqabısı (boğazı topuqdan yuxarı olmalıdır)

  • Rahat yürüş şalvarı və gödəkçə (su keçirməyən olması tövsiyə olunur)

  • Papaq və gün eynəyi

  • Əlcək (mövsümə uyğun)

  • İçməli su

  • Gün ərzində istifadə etmək üçün qida (sendviç, meyvə və s.)

Qeyd: Götürüləcək ləvazimatlar mövsümdən və hava şəraitindən asılı olaraq dəyişə bilər. Turdan əvvəl təşkilatçı komanda ilə məsləhətləşmək tövsiyə olunur.

Əlavə Məlumat və Şərtlər:

1. Turdan sonra dəyişmək üçün əlavə paltar və ayaqqabı götürə bilərsiniz. Əlavə əşyalarınızı nəqliyyat vasitəsində saxlamaq mümkündür.

2. Turun bələdçisi hava şəraiti, ictimai hadisələr və digər fövqəladə hallar səbəbindən təhlükəsizliyi təmin etmək məqsədilə proqramda dəyişiklik etmək və ya turu ləğv etmək hüququna malikdir.

3. Birgünlük yürüş turlarında turdan 3 gün əvvəl ləğv edildikdə ödənişin 50%-i geri qaytarılır. Turdan 1 gün əvvəl ləğv edildikdə ödəniş geri qaytarılmır.

4. Proqramda göstərilən yürüş və yol müddətləri təxminidir. Hava və digər şəraitdən asılı olaraq dəyişə bilər.

İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Bakıdan transfer
Daxil deyil
English