Komanda
71

Cavid Rzayev

1994-cü ilin 30 mart tarixində Neftçala rayonunda dünyaya göz açmışam. Fotoqrafiya mənim üçün sadəcə bir peşə deyil, həm də ətrafdakı gözəllikləri unudulmaz anlara çevirməyin bir yoludur. Azərbaycan Fotoqraflar Assosiasiyasının üzvü olaraq, sənətimi təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da nümayiş etdirmişəm. Ölkəmi Rusiyanın Ermitaj Muzeyində keçirilən sərgidə təmsil etmək şərəfinə nail olmuş, bir çox yerli sərgi və müsabiqələrdə iştirak etmişəm.

Fotoqrafiya mənim əsas fəaliyyət sahəmdir, lakin bununla kifayətlənmirəm. Mobiloqrafiya və videoqrafiya sahəsində də fəaliyyət göstərir, orta səviyyədə video montaj və qabaqcıl səviyyədə foto montaj bacarıqlarıma güvənirəm.

Ən çox sevdiyim isə dağlar və təbiətin sərt üzü ilə üz-üzə qalaraq ekstremal çəkilişlər etməkdir. Hər bir zirvə, hər bir çətin marşrut mənim üçün təkcə fiziki yox, həm də yaradıcı bir sınaqdır. Hədəfim – anları əbədiləşdirmək və insanlara təbiətin saf gözəlliyini çatdırmaqdır.

Hər kadr – bir hekayədir. Mən isə o hekayələri sizinlə bölüşmək üçün buradayam


Cavid Rzayev
  • Təcrübə: 5 il
  • Zirvələr: 10+
  • İxtisas: Dağ bələdçisi, Fotograf
Paylaş
Babək İsgəndərov (Orabanlı)

Babək İsgəndərov (Orabanlı)

Babək İsgəndərov (Orabanlı) — Peşəkar dağçı, sertifikatlı dağ bələdçisi və təlimçi.
Dağçılıq sahəsində 15 ildən artıq zəngin təcrübəyə malikdir və bu müddət ərzində 100-dən çox zirvə fəth edib. Azərbaycanın ən hündür nöqtəsi olan Bazardüzü zirvəsinə qış mövsümündə təkbaşına (solo) dırmanan ilk azərbaycanlı alpinist kimi ölkə dağçılıq tarixinə düşüb. Yerli və beynəlxalq səviyyəli ixtisaslaşmış təlimləri uğurla tamamlayaraq, həm yerli, həm də əcnəbi səyahətçilər üçün təhlükəsiz və peşəkar dağ marşrutları təşkil edir.

Rəylər (0)

Rəy Bildirin

English