Oteldə səhər yeməyindən sonra Quba rayonuna yola düşürük. Bakıdan Qubaya 3 saatlıq yoldur. Qubada son alış-verişimizi bitirdikdən sonra Xınalıq kəndinə yola düşürük (2 saat). Xınalıq kəndində qonaq evlərində qalırıq. Nahardan sonra hündürlüyə uyğunlaşmaq üçün Xarıbülbülün zirvəsinə (2783 m) qalxırıq, daha sonra kəndə qayıdıb qonaq evində gecələyirik.
Səhər yeməyindən sonra 4x4 maşınla Bazardüzü dağına yola düşürük. 2 saat ərzində Şahdağ Milli Parkını və Dövlət Sərhəd Xidmətinin buraxılış məntəqəsini keçib yolumuza davam edirik. İlk öncə ölkənin ən gözəl yaylası olan Şahyaylağa çatırıq. Oradan Azərbaycanın bir çox 4000 metrlik zirvələrini seyr edirik. Yolumuza maşınla davam edərək 2900 metr hündürlüyə çatırıq. Çantalarımızla 2 saat ərzində 3250 metr hündürlükdə yerləşən düşərgəyə gedirik. Düşərgədə çadırlarımızı qururuq. Nahardan sonra 3400 metr hündürlüyə yürüyüş edirik. Daha sonra çadırlarımıza qayıdaraq Bazardüzü dağına dırmaşmaq üçün hazırlıqlarımızı tamamlayırıq və yatırıq.
Səhər saat 04:00-da oyanırıq. Bazardüzü zirvəsinə qalxmağa başlayırıq. Bazardüzü zirvəsinə qalxmaq, təxminən, bizim 6-7 saat vaxtımızı alır. Bazardüzü zirvəsindən sonra Zəfər zirvəsinə qalxırıq (1 saat). Zirvədən düşərgəyə enirik (3-4 saat). Xınalığa qayıdırıq. Bakıya yola düşürük.
✅ Bakı–Xınalıq kəndi üzrə nəqliyyat (sprinter, vita)
✅ Dağ bələdçisi (7 nəfərə 1 bələdçi)
✅ Dövlət Sərhət Xidmətindən İcazə
✅ Qaz başlığı və qaz balonun təşkili
✅ Xınalıq kəndi–İkinci düşərgə və geriyə (4x4 dağ maşınları)
✅ Zirvə sertifikatları
✅ Şahdağ Milli Parkına giriş üçün icazə
✅ FHN icazə
✅ Çadır və matların təşkili
✅ Bakı–Xınalıq kəndi üzrə nəqliyyat (sprinter, vita)
✅ Xınalıq kəndi düşərgə və geriyə (Yolsuzluq və4x4 dağ maşınları)
✅ Zirvə sertifikatları
✅ Şahdağ Milli parkına giriş biletləri
✅ Qaz başlığı və qaz balonun təşkili
✅ Şahdağ Milli Parkına giriş üçün icazə
✅ Dağ bələdçisi (7 nəfərə 1 bələdçi)
✅ Dövlət Sərhət Xidmətindən İcazə
✅ Çadır və matların təşkili
✅ FHN icazə
❌ Atlar
❌ Qidalanma və ərzaq
❌ Program xaric istəklər
❌ Şəxsi dağçılıq ləvazimatları
Dağ ayaqqabısı, su keçirməz isti şalvar (Gore-Tex), Su keçirməz isti gödəkçə (Gore-Tex), yataq kisəsi, yürüş çomaqları,yemək bişirmə ləvazimatları, qaz başlığı və balon, çadır, baş fənəri, tozluq, papaq, eynək, əlcək, corab, termo içlik, polar gödəkcə, mat, çadır və.s
Accordion body...
.
Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur. Bu müddət ərzində iştirakçılar pasport surətini təqdim etməlidirlər ki, Şahdağ Milli Parkı və Dövlət Sərhəd Xidmətindən icazə alınsın.
Rezervasiyanın Ləğvi və Geri Ödəniş:
Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.
15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).
7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.
5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.
Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.
Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.
Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.
Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.
Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.