Şərab turuna qatılmadan əvvəl turla bağlı bütün detallarla tanış olmağınız vacibdir. Bu, xüsusilə ilk dəfə şərab dequstasiyasına və zavod gəzintisinə qatılanlar üçün faydalıdır və gözlənilməz hallarla qarşılaşmağın qarşısını alır. Ziyarət olunacaq şərab zavodları, dequstasiya proqramı, turların müddəti, nəqliyyat və hava şəraiti haqqında öncədən məlumatlanmaq, tur boyunca daha rahat və zövqlü təcrübə yaşamağınıza kömək edəcək.
Səyahət planı:
1-ci Gün: Gəliş / Bakı
Azərbaycanın paytaxtı Bakıya xoş gəlmisiniz. Hava limanında qarşılama və otelə transfer təşkil olunur. Qonaqlar istirahət edə və ya şəhəri sərbəst şəkildə kəşf edə bilərlər.
Gecələmə Bakı otelində.
Accordion summary...
Accordion body...
2-ci Gün: Bakı Şəhər Tur
Səhər yeməyindən sonra Bakı şəhərinin əsas görməli yerlərinə səyahət başlayır.
Tur zamanı Dağüstü Parkda Xəzər dənizi və şəhərin füsunkar panoramasına baxış keçirilir. Daha sonra İçərişəhərdə gəzinti təşkil olunur – Qız Qalası, Şirvanşahlar Sarayı, karvansaraylar və dar küçələrin qədim atmosferi ilə tanışlıq.
Turun sonunda müasir memarlığın incisi sayılan Heydər Əliyev Mərkəzi ziyarət olunur.
Axşam istəyə görə milli mətbəxin təqdim olunduğu restoranlarda şam yeməyi təşkil edilə bilər.
Gecələmə Bakı otelində.
Accordion summary...
Accordion body...
3-cü Gün: Bakı / Qobustan / Ağsu / Gəncə
Səhər yeməyindən sonra Qərb istiqamətində yola düşülür. İlk dayanacaq Qobustan Qayaüstü Rəsmləri və Muzeyidir. Burada minilliklər öncəsinin insan həyatını əks etdirən rəsmlər və qədim abidələr nümayiş olunur.
Daha sonra palçıq vulkanlarına səfər edilir – bu təbiət möcüzəsi dünyada nadir hallarda rast gəlinir.
Ağsu rayonunda yerləşən Azgranata Şərab Zavodunda istehsal prosesi ilə tanışlıq və şərab dequstasiyası təşkil olunur.
Axşam Gəncəyə çatış və otel
Accordion summary...
Accordion body...
ə yerləşmə.
Gecələmə Gəncə otelində.
4-cü Gün: Gəncə / Göygöl / Şəki
Səhər yeməyindən sonra Gəncənin mədəni və tarixi abidələrinə ziyarət: Nizami Gəncəvinin məqbərəsi, Şah Abbas məscidi və Cavadxan məqbərəsi.
Sonra Göygöl istiqamətində hərəkət olunur. Helenendorf – XIX əsr alman məskəni ilə tanışlıq, Göygöl Şərab Zavoduna və 1860-cı ildə tikilmiş yeraltı şərab anbarına səfər.
Daha sonra Göygöl Milli Parkına ekskursiya təşkil olunur. Burada Göygöl və Maralgölün mənzərəsindən zövq alınır.
Axşam Şəkiyə hərəkət.
Gecələmə Şəki otelində.
5-ci Gün: Gəncə / Göygöl / Şək
Səhər yeməyindən sonra Şəki şəhəri turu təşkil olunur. Şəki Xan Sarayı, orta əsrlərə aid Cümə məscidi və mədrəsə, qədim karvansaray, xalq sənətkarlığı emalatxanaları və Kiş Alban məbədi ziyarət edilir.
Daha sonra Şəki Şərab Zavoduna səfər, nahar və şərab dequstasiyası təşkil olunur.
Günorta Qax rayonuna səyahət. Burada V əsrə aid bazilika, Qum və İli Su kəndlərindəki tarixi məscidlər, Sumuq Qala qalası və Müqəddəs Georgi gürcü kilsəsi ilə tanışlıq keçirilir.
Axşam Qaxda ənənəvi şərab dequstasiyası.
Gecələmə Şəki otelində.
6-cı Gün: Şəki / Qəbələ / İsmayıllı
Səhər yeməyindən sonra Qəbələyə yola düşülür. Savalan Şərab Zavoduna səfər, muzey və istehsal prosesi ilə tanışlıq, müxtəlif növ şərabların dequstasiyası keçirilir.
Sonra Nohurgöl ətrafında gəzinti və qısa fasilə.
Daha sonra İsmayıllıya hərəkət və yerli şərab zavoduna səfər təşkil olunur.
Gecələmə İsmayıllı şərab zavodunun qonaq evində və ya otelində.
7-ci Gün: İsmayıllı / Lahıc / Basqal / Bakı
Səhər yeməyindən sonra zavod gəzintisi və şərab bağları ilə tanışlıq. Daha sonra Lahıc kəndinə səyahət. Bu qədim dağ kəndi misgərlik və əl sənətkarlığı ilə məşhurdur.
Yolda Basqal kəndinə dayanış və ipəkçilik mədəniyyəti ilə tanışlıq. Nahar Basqalda təşkil olunur.
Axşam Bakıya qayıdış və otelə yerləşmə.
Gecələmə Bakı otelində.
8-ci Gün: Bakı / Hava Limanı Transfer
Səhər yeməyindən sonra hava limanına transfer təşkil olunur.
Azərbaycanla vidalaşma, a
mma bu səyahətin dadı və təəssüratları uzun müddət yadda qalacaq.
Turun Qiymətinə Daxildir:
Azərbaycan Şərab, Mətbəx və Mədəniyyət Turu
8 gün / 7 gecə
Zəngin tarix, nadir təbiət və qədim şərab ənənələrinin izində bu tur sizi Qafqazın ürəyinə aparır. Qədim karvansaraylardan müasir şərab zavodlarına, qədim məbədlərdən yerli kəndlərin unudulmaz ləzzətlərinə qədər unikal bir səyahət sizi gözləyir.
1-ci gün – Gəliş / Bakı
Azərbaycanın paytaxtı Bakıya xoş gəlmisiniz. Hava limanında qarşılama və otelə transfer təşkil olunur. Qonaqlar istirahət edə və ya şəhəri sərbəst şəkildə kəşf edə bilərlər.
Gecələmə Bakı otelində.
2-ci gün – Bakı şəhər turu
Səhər yeməyindən sonra Bakı şəhərinin əsas görməli yerlərinə səyahət başlayır.
Tur zamanı Dağüstü Parkda Xəzər dənizi və şəhərin füsunkar panoramasına baxış keçirilir. Daha sonra İçərişəhərdə gəzinti təşkil olunur – Qız Qalası, Şirvanşahlar Sarayı, karvansaraylar və dar küçələrin qədim atmosferi ilə tanışlıq.
Turun sonunda müasir memarlığın incisi sayılan Heydər Əliyev Mərkəzi ziyarət olunur.
Axşam istəyə görə milli mətbəxin təqdim olunduğu restoranlarda şam yeməyi təşkil edilə bilər.
Gecələmə Bakı otelində.
3-cü gün – Bakı / Qobustan / Ağsu / Gəncə
Səhər yeməyindən sonra Qərb istiqamətində yola düşülür. İlk dayanacaq Qobustan Qayaüstü Rəsmləri və Muzeyidir. Burada minilliklər öncəsinin insan həyatını əks etdirən rəsmlər və qədim abidələr nümayiş olunur.
Daha sonra palçıq vulkanlarına səfər edilir – bu təbiət möcüzəsi dünyada nadir hallarda rast gəlinir.
Ağsu rayonunda yerləşən Azgranata Şərab Zavodunda istehsal prosesi ilə tanışlıq və şərab dequstasiyası təşkil olunur.
Axşam Gəncəyə çatış və otelə yerləşmə.
Gecələmə Gəncə otelində.
4-cü gün – Gəncə / Göygöl / Şəki
Səhər yeməyindən sonra Gəncənin mədəni və tarixi abidələrinə ziyarət: Nizami Gəncəvinin məqbərəsi, Şah Abbas məscidi və Cavadxan məqbərəsi.
Sonra Göygöl istiqamətində hərəkət olunur. Helenendorf – XIX əsr alman məskəni ilə tanışlıq, Göygöl Şərab Zavoduna və 1860-cı ildə tikilmiş yeraltı şərab anbarına səfər.
Daha sonra Göygöl Milli Parkına ekskursiya təşkil olunur. Burada Göygöl və Maralgölün mənzərəsindən zövq alınır.
Axşam Şəkiyə hərəkət.
Gecələmə Şəki otelində.
5-ci gün – Şəki / Qax / Şəki
Səhər yeməyindən sonra Şəki şəhəri turu təşkil olunur. Şəki Xan Sarayı, orta əsrlərə aid Cümə məscidi və mədrəsə, qədim karvansaray, xalq sənətkarlığı emalatxanaları və Kiş Alban məbədi ziyarət edilir.
Daha sonra Şəki Şərab Zavoduna səfər, nahar və şərab dequstasiyası təşkil olunur.
Günorta Qax rayonuna səyahət. Burada V əsrə aid bazilika, Qum və İli Su kəndlərindəki tarixi məscidlər, Sumuq Qala qalası və Müqəddəs Georgi gürcü kilsəsi ilə tanışlıq keçirilir.
Axşam Qaxda ənənəvi şərab dequstasiyası.
Gecələmə Şəki otelində.
6-cı gün – Şəki / Qəbələ / İsmayıllı
Səhər yeməyindən sonra Qəbələyə yola düşülür. Savalan Şərab Zavoduna səfər, muzey və istehsal prosesi ilə tanışlıq, müxtəlif növ şərabların dequstasiyası keçirilir.
Sonra Nohurgöl ətrafında gəzinti və qısa fasilə.
Daha sonra İsmayıllıya hərəkət və yerli şərab zavoduna səfər təşkil olunur.
Gecələmə İsmayıllı şərab zavodunun qonaq evində və ya otelində.
7-ci gün – İsmayıllı / Lahıc / Basqal / Bakı
Səhər yeməyindən sonra zavod gəzintisi və şərab bağları ilə tanışlıq. Daha sonra Lahıc kəndinə səyahət. Bu qədim dağ kəndi misgərlik və əl sənətkarlığı ilə məşhurdur.
Yolda Basqal kəndinə dayanış və ipəkçilik mədəniyyəti ilə tanışlıq. Nahar Basqalda təşkil olunur.
Axşam Bakıya qayıdış və otelə yerləşmə.
Gecələmə Bakı otelində.
8-ci gün – Gediş
Səhər yeməyindən sonra hava limanına transfer təşkil olunur.
Azərbaycanla vidalaşma, amma bu səyahətin dadı və təəssüratları uzun müddət yadda qalacaq.
Qiymətə daxildir
- İki nəfərlik otaqda yerləşmə
- Proqrama uyğun nəqliyyat
- Peşəkar bələdçi xidməti
- Şərab dequstasiyaları
- Səhər və axşam yeməkləri
- Tur zamanı təqdim olunan regiona uyğun yerli mətbəx nümunələri
Turun Qiymətinə Daxil Deyil:
- Muzeyə giriş haqları
- Şəxsi xərclər
- Nahar yeməkləri
- Təyyarə biletləri
- Nahar və içkilər (tur proqramında göstərilməyən)
- Əlavə ekskursiyalar və fakultativ fəaliyyətlər
Lazımi ləvazimatlar:
Yüngül və rahat geyimlər – İqlim isti olduğuna görə pambıq və ya kətan materiallı geyimlər məsləhətdir.
Gün eynəyi və papaq – Günəşdən qorunmaq üçün vacibdir.
Rahat ayaqqabı – Tarixi abidələrə və muzeylərə uzun gəzintilər zamanı rahatlıq üçün idman ayaqqabısı və ya sandallar.
Şal və ya nazik uzunqol geyim – Məbədləri və dini məkanları ziyarət edərkən uyğun geyinmək üçün.
Çimərlik geyimi – Xəzər dənizində çimmək və ya sahildə istirahət etmək istəyənlər üçün.
Su qabı – Yayda susuzluğun qarşısını almaq üçün vacibdir.
Günəşdən qoruyucu krem – İsti hava şəraitində dərini qorumaq üçün.
Fotoaparat və ya telefon – Tarixi abidələri və gözəl mənzərələri çəkmək üçün.
Kiçik bel çantası – Sənədləri, suyu və digər vacib əşyaları rahat daşımaq üçün.
Şəxsi dərmanlar və ilkin tibbi yardım dəsti – Hər ehtimala qarşı.
Əlavə Məlumat və Şərtlər:
-
Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur. Bu müddət ərzində iştirakçılar pasport surətini təqdim etməlidirlər ki, Qarabağ zonasına icazə alınsın.
-
Rezervasiyanın Ləğvi və Geri Ödəniş:
-
Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.
-
15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).
-
7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.
-
5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.
-
Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.
-
Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.
-
Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.
-
Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
- Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.