Popular Asan

Qaranohur gölündə kamp

İsmayıllı, Talıstan 2 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

2 Gün

Qaranohur gölü İsmayıllı rayonunu Talıstan kəndi yaxınlığında Şahdağ Milli Parkının ərazisində yerləşən dağ gölüdür. Yüksəkliyi 1540 metrdir. Gölə Talıstan və Diyallı kəndindən cığır var.
Qaranohur hər fəsildə olduğu kimi baharda da füsunkar gözəlliyə sahib olur. Göl kənarında piknik və düşərgə
üçün Şahdağ Milli Parkı tərəfindən yaradılmış şərait vardır.

Professional bələdçi
Daxil deyil
Foto və Video

Düşərgə turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız vacibdir. Bu, xüsusilə ilk dəfə dağ yürüşünə çıxanlar üçün faydalıdır və gözlənilməz hallarla qarşılaşmağın qarşısını alır. Marşrutun çətinlik səviyyəsi, tələb olunan avadanlıqlar, məsafə və hava şəraiti haqqında öncədən məlumatlanmaq, tur boyunca daha rahat və təhlükəsiz hərəkət etməyinizə kömək edəcək.

Səyahət planı:

1-ci Gün: Bakı-İsmayıllı-Talıstan-Qaranohur gölü

Bakıdan İsmayıllının Talıstan kəndinə yola düşürük (təxminən 3 saat). Daha sonra Qaranohur gölünə yürüş edirik. Şahdağ Milli Parkının ərazisində, gölün ətrafında çadırlarımızı qurur, düşərgə və piknik zonasını hazırlayırıq. Ocağımızı yandırıb istirahət etdikdən sonra Qaranohur gölü mənzərəsində ocaq qalayıb, müxtəlif oyunlar oynayaraq əylənirik.

Düşərgədə müxtəlif oyunlar və əyləncəli fəaliyyətlər təşkil olunur:

Şəbəkə oyunu (ilkin tanışlıq)

Voleybol

Frisbee

İp dartma

Uno, Mafia və digər stolüstü oyunlar

Ocaq başında hekayə oyunu

Woody Games və digər komanda oyunları

Gecəni çadırlarda qalaraq ulduzlu səmanın sehri və təbiətin sakitliyi altında unudulmaz bir gecə keçiririk.

2-ci Gün: Düşərgə fəaliyyətləri-Düşərgənin toplanması-Bakı

Səhər quşların səsi ilə hər kəs istədiyi vaxt yuxudan oyana bilər. Oyunlar və ocaq başında fəaliyyətlərə davam edirik. Nahar yeməyindən sonra çadırlarımızı toplayıb Talıstan kəndinə yürüş edirik. Gəzintidən sonra Bakıya yola düşürük.

Tura Daxil Olanlar:
  • Nəqliyyat (Bakı – İsmayıllı rayonu -Talıstan kəndi– Bakı)

  • Əşyaların düşərgə ərazisinə çatdırılması

  • Dağ bələdçisi

  • Kamp ləvazimatları (çadır, yataq kisəsi, mat)

  • Düşərgədə ocağın qalanması və isti çay

  • Fotoçəkiliş

  • Müxtəlif oynların təşkili:

    • Şəbəkə oyunu (ilkin tanışlıq)

    • Voleybol

    • Firisbee

    • İp dartma

    • Uno, Mafia oyunları

    • Ocaq başında hekayə oyunu

    • Woody Games oyunları

Tura Daxil Olmayanlar:

❌Şəxsi geyim ləvazimatları

❌Yürüş və düşərgə müddəitdə qidalanma

❌Proqramda qeyd olunmayan digər xidmətlə

Lazımi ləvazimatlar:
  • Bel çantası (düşərgəyə gətirəcəyiniz əşyalarınızın yerləşəcəyi 30-40 l həcmində)

  • Yürüş üçün rahat ayyaqqabı

  • Yürüş üçün rahat şalvar və gödəkçə

  • Havaya uyğun eynək, papaq və s.

  • Yürüş çomağı

  • Termos

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

Ocaq başında bişirmək üçün qida ehtiyatı özünüzlə götürməyi unutmayın.

1 həftə qalmış ləğv edənlərə 50% geri ödəniş, 3 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır.

Tur ərzində spirtli içki qadağandır!

Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.

Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Şərtlərin dəyişməsinə görə təşkilatçılar proqramda müəyyən dəyişiklik edə bilər.

İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxil deyil
English