Bloq / Qayayadırmanma Məkanları
180

Nardaran Qayayadırmanma Ərazisi

Nardaran Qayayadırmanma Ərazisi Bakıya yaxın, dəniz mənzərəsi ilə əhatələnmiş təbii qaya divarları ilə fərqlənir. Burada fərqli çətinlik səviyyələrinə uyğun marşrutlar mövcuddur və həm yeni başlayanlar, həm də təcrübəli dırmanmaçılar üçün əla məşq yeridir.

Nardaran Qayayadırmanma Ərazisi

Nardaran qayayadırmanma ərazisi Bakı şəhərinin şimal-şərqində, Xəzər sahili yaxınlığında yerləşən, təbii qaya divarları ilə seçilən məşhur bir dırmanış məkanıdır. Bu ərazi top rope və lead climbing (ön dırmanma) üçün uyğunlaşdırılmış, çətinlik səviyyəsi və müxtəlifliyi ilə həm yerli, həm də xarici dırmanışçılar üçün cəlbedici məkandır.

Əsas Xüsusiyyətlər:

Şəhərdən məsafə: Bakı şəhər mərkəzindən təxminən 40 dəqiqəlik məsafədə yerləşir
Qaya divarlarının çətinliyi: 4-cü və 7-ci dərəcə arasında dəyişir (UIAA)

Dırmanma növləri:
Top Rope (üstdən ipli)
Lead Climbing (ön dırmanma) – əvvəlcədən yerləşdirilmiş boltlarla təmin olunmuş marşrutlar
Qaya strukturu: Bərk və tutacaq baxımından zəngin qaya səthi, müxtəlif formalı relieflər, vertikal və diaqonal hissələr mövcuddur.
Marşrut sayı: Bir neçə marşrut mövcuddur, müxtəlif səviyyəli dırmanışçılar üçün uyğundur (marşrutlar tam qeydiyyatdan keçirilmişsə, əlavə xəritə ilə təqdim edilə bilər)

İmkanlar və Təhlükəsizlik:

  • Ərazidə anker nöqtələri və boltlar mövcuddu.r

  • Təhlükəsiz dırmanış üçün ip sistemləri, kaskalar və təhlükəsizlik kəmərləri istifadə olunmalıdır.

  • Ərazi yalnız təcrübəli dırmanışçılar və ya təlim keçmiş bələdçilərlə birlikdə istifadə olunmalıdır.

  • Əlavə təhlükəsizlik təlimatları və dırmanış marşrutlarının xəritəsi sahədə təqdim oluna bilər

Ətraf Mühit və Təbii Şərait:

  • Dırmanma zamanı Xəzər sahilinə açılan gözəl mənzərə əraziyə xüsusi cazibə qatır.

  • Yay aylarında hava şəraiti isti olsa da, səhər və axşam saatları dırmanış üçün əlverişlidir. Günün birinci yarısı dırmanım sonar dəniz girməkdə mümkündür.

  • Qış aylarında isə günəşli və sakit günlərdə dırmanış mümkün olur. Küləkli olma ehtimalıda yüksəkdir.

Kimlər Üçündür?

  • Orta və təcrübəli dırmanışçılar

  • Lead climbing praktikasını artırmaq istəyənlər

  • Qrup halında təlim keçmək istəyən dırmanma klubları və təlimçilər

  • Macəra sevənlər və açıq hava idmanları ilə maraqlananlar.



Paylaş
Babək İsgəndərov (Orabanlı)

Babək İsgəndərov (Orabanlı)

Babək İsgəndərov (Orabanlı) — Peşəkar dağçı, sertifikatlı dağ bələdçisi və təlimçi.
Dağçılıq sahəsində 15 ildən artıq zəngin təcrübəyə malikdir və bu müddət ərzində 100-dən çox zirvə fəth edib. Azərbaycanın ən hündür nöqtəsi olan Bazardüzü zirvəsinə qış mövsümündə təkbaşına (solo) dırmanan ilk azərbaycanlı alpinist kimi ölkə dağçılıq tarixinə düşüb. Yerli və beynəlxalq səviyyəli ixtisaslaşmış təlimləri uğurla tamamlayaraq, həm yerli, həm də əcnəbi səyahətçilər üçün təhlükəsiz və peşəkar dağ marşrutları təşkil edir.

Rəylər (1)

Reviewer
ilgar isayev
26 may 2025 02:41
Guests

bəyənilsin.
Dırmanma ərazilərin sırasına Laza Şəlalələrinin yanında yerləşəni də əlavə elmək yaxşı olar.
Qobustan qoruğunun ərazisində yerləşəni, bağlı olsa da, mövcud statusu barədə iştimayətdə nə qədər çox məlumat olarsa, o qədər də bərba olunması şansı artar.
p.s.məlumatlar lazımsa- thecrag.com
Hrm.,

ii

Rəy Bildirin

English