Zirvə turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən zirvəyə ilk dəfə yola düşənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.
1-ci Gün: Bakı-Quba-Xınalıq- Düşərgə
Bakıdan Quba şəhərinə yola düşürük (3 saat). Son alış-verişimizi etdikdən sonra Xınalıq kəndinə yola düşürük (2 saat). Xınalıq kəndinə çatdıqdan sonra dağ maşınlarıyla piyada düşərgəyə doğru yola çıxırıq. 1 saatlıq yürüşdən sonra 2737m yüksəklikdə yerləşən düşərgəmizə çatırıq. Çadırlarımızı qurduqdan sonra dincəlirik. Gecəni çadırlarda qalırıq.
2-ci Gün : Xınalıq- Qızılqaya- Xınalıq-Bakı
Səhər saat 04:00-da oyanır, səhər yeməyindən sonra hazırlıqlarımızı tamamlayırıq. Daha sonra 4x4 yolsuzluq avtomobilləri ilə Qızılqaya zirvəsinə yaxın başlanğıc nöqtəsinə yola düşürük. Avtomobillə yol təxminən bir saat davam edir.
Başlanğıc nöqtəsinə çatdıqdan sonra zirvəyə doğru yürüşə başlayırıq. Qalxış hava şəraitindən və iştirakçıların fiziki hazırlığından asılı olaraq təxminən 5–6 saat davam edə bilər.
Zirvəyə çatdıqdan sonra ətraf dağların mənzərələrini seyr edir, fotoşəkillər çəkir və geri dönüşə başlayırıq. Eniş təxminən 4 saat çəkə bilər. Daha sonra avtomobillərlə Xınalıq kəndinə qayıdırıq.
Gecələmə: Xınalıq kəndində yerli qonaq evi.
-
Fəaliyyət növü: Zirvə dırmanışı
-
Məsafə (gediş gəliş): 11 km
-
Yürüşün Başlanğıc Nöqtəsi: 2737m
-
Yürüşün Bitmə Nöqtəsi:2737 m
-
Maksimum Hündürlük: 3726 m
-
Müddət:6-7 saat
-
Çətinlik: Çətin
Turun Qiymətinə Daxildir:
✅ Bakı–Xınalıq kəndi üzrə nəqliyyat (sprinter, vita)
✅ Zirvə sertifikatları
✅ Şahdağ Milli parkına giriş biletləri
✅ Qaz başlığı və qaz balonun təşkili
✅ Şahdağ Milli Parkına giriş üçün icazə
✅ Dağ bələdçisi (7 nəfərə 1 bələdçi)
✅ Dövlət Sərhət Xidmətindən İcazə
✅ Çadır və matların təşkili
✅ FHN icazə
✅ Xınalıq- Düşərgə yolsuzluq maşını
Turun Qiymətinə Daxil Deyil:
❌ Atlar
❌ Qidalanma və ərzaq
❌ Program xaric istəklər
❌ Şəxsi dağçılıq
Lazımi ləvazimatlar:
Dağ ayaqqabısı, su keçirməz isti şalvar (Gore-Tex), Su keçirməz isti gödəkçə (Gore-Tex), yataq kisəsi, yürüş çomaqları,yemək bişirmə ləvazimatları, qaz başlığı və balon, çadır, baş fənəri, tozluq, papaq, eynək, əlcək, corab, termo içlik, polar gödəkcə, mat, çadır və.s
Əlavə Məlumat və Şərtlər:
-
Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur. Bu müddət ərzində iştirakçılar pasport surətini təqdim etməlidirlər ki, Şahdağ Milli Parkı və Dövlət Sərhəd Xidmətindən icazə alınsın.
-
Rezervasiyanın Ləğvi və Geri Ödəniş:
-
Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.
-
15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).
-
7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.
-
5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.
-
Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.
-
Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.
-
Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.
-
Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.
-
Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
- Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.