Xidmətlərimiz / İcarə avadanlıqları
7

Buzdırmanma üçün Ləvazimatların İcarəsi

Buzdırmanma avadanlıqlarının icarəsi üçün peşəkar və etibarlı ləvazimatlar təklif edirik. Bizdə buz aləti, kranpon, ip, karabin və sığorta ləvazimatları mövcuddur. Avadanlıqlar həm yeni başlayanlar, həm də təcrübəli dağçılar üçün uyğundur. Qış mövsümündə təhlükəsiz və rahat buz və qar marşrutlarında dırmanış üçün bütün avadanlıqlar burada. İcarə üçün bizimlə əlaqə saxlayın və macəraya hazır olun.

Buzdırmanma üçün Ləvazimatların İcarəsi

Qış mövsümündə buz şəlalələri, qar-buz marşrutları və texniki dırmanışlar zamanı maksimum təhlükəsizlik və rahatlığı təmin etmək üçün bütün əsas buzdırmanma avadanlıqlarını icarəyə təqdim edirik. Avadanlıqlarımız peşəkar istifadə üçün nəzərdə tutulub, mütəmadi yoxlanılır və həm yeni başlayanlar, həm də təcrübəli dağçılar üçün uyğundur.

Avadanlıqlarımız həm yeni başlayanlar, həm də təcrübəli dağçılar üçün uyğundur. İcarə prosesi sadə və rahatdır: avadanlığı birbaşa mağazamızdan götürə və ya öncədən onlayn rezervasiya edə bilərsiniz.

Avadanlıqlar  Qiymət
Buz aləti 10 azn
Kranpon (buz caynağı) 10 azn
Karabinlər 5 azn
Dırmanma ipi (9-10 mm)  50-60 m 30-40 azn
Siğorta ləvazimatları 5 azn 

Köməkçi iplər

1-2 azn
Perlon  2-3 a

Exspres dəsti (5 ədəd)

10 azn

Bizdən icarə götürməyin üstünlükləri:

  • Peşəkar və etibarlı avadanlıq

  • Təhlükəsiz və rahat dırmanış təcrübəsi

  • Sərfəli qiymət və yalnız lazım olanı götürmək imkanı

  • İstəyə görə peşəkar təlimçi və təlim də əlavə etmək imkanı

🆘 Outdoor Avadanlıqların İcarə Şərtləri və Qaydaları

Şəxsiyyət vəsiqəsi – İcarə götürən şəxs şəxsiyyət vəsiqəsini girov qoymalıdır.

Ödəniş qaydası – İcarə haqqı tam şəkildə ödənilməlidir.

Alternativ girov – Sənəd əvəzinə avans pul qoymaq mümkündür.

Vaxtında qaytarılma – İcarəyə götürülmüş avadanlıq təyin edilmiş vaxtda geri qaytarılmalıdır.

İtki və zədələnmə – İtki və ya zədələnmə halında avadanlığın tam dəyəri ödənilməlidir.

Gecikmə cəriməsi – Göstərilən vaxtdan gec qaytarılan avadanlıq üçün əlavə ödəniş tələb olunur.

Təmizlik və istifadə vəziyyəti – Çadır, yuxu torbası, qaz balonu və digər avadanlıqlar təmiz və istifadəyə yararlı vəziyyətdə qaytarılmalıdır. Əks halda, təmizlik üçün əlavə ödəniş tətbiq edilə bilər.

Düzgün istifadə – Avadanlıq yalnız təyin olunduğu məqsəd üçün istifadə edilməlidir. Səhv istifadə nəticəsində yaranan zədələrə görə məsuliyyət icarəyə götürən şəxsə aiddir.

Müştərinin məsuliyyəti – Avadanlıqdan istifadə zamanı hər hansı hadisəyə görə mağaza məsuliyyət daşımır.

Paylaş
Babək Orabanlı

Babək Orabanlı

**Babək İsgəndərov (Orabanlı)** – Peşəkar dağçı, dağ bələdçisi və təlimçi. 15 illik təcrübəyə malikdir, 100-dən çox zirvəyə qalxıb. Azərbaycanın ən yüksək zirvəsi Bazardüzü dağına qışda solo dırmanan ilk azərbaycanlıdır. Dağçılıq və bələdçilik sahəsində müxtəlif beynəlxalq kursları bitirib.

Rəylər (0)

Rəy Bildirin

English