Təlimlər
176

Dağçılıq Təlimi

Dağlar, qayalıqlar, qarlı ərazilər, vadilər, cığırlar və sirtlar üzərində etdiyiniz səfərlər sizi həm dağların, həm də ruhunuzun zirvəsinə çatdıracaq. Təşkil etdiyimiz dağçılıq təlimimiz sayəsində dağlarda güvən içində getmənin, düşərgə etməyin və zirvəyə çatmanın üsullarını öyrənəcəksiniz.

Dağçılıq Təlimi


Bir gün ərzində dağçılıq üçün vacib olan bütün nəzəri bilikləri əldə edəcəksiniz. Təlimdən sonra keçiriləcək praktiki düşərgədə gerçək bir dağ şəraitində düşərgə quracaq və zirvə dırmanışını təcrübədən keçirəcəksiniz.

Nələr öyrənəcəksiniz?

  • Azərbaycan dağları haqqında məlumat

  • Dağçılıq və düşərgə ləvazimatları

    • Geyimlər və onların istifadə qaydaları
    • Ayaqqabılar və onların seçimi
    • Eynəklər və onların əhəmiyyəti
  • Düşərgə ləvazimatları

    • Çadırlar
    • Yataq kisələri
    • Matlar, yemək bişirmə dəsti, ocaqlar
  • Təbiətdə məşq, qidalanma və mətbəx ləvazimatları

    • Təməl məşq bilikləri
    • Dağda və təbiətdə qidalanma qaydaları, əsas qida siyahısı
  • Təbiətdə istiqamət tapma və xəritə bilikləri

    • Kompas və onun istifadə texnikaları
    • GPS istifadəsi və metodları
    • Təbiətdə yolunu itirməmək üçün əsas qaydalar
    • İstiqamət tapma texnikaları (gecə və gündüz)
    • Zirvə hədəfinə doğru yüksələn xətt üzrə dağ təlimi

Təlimin müddəti

  • Nəzəri təlim: 1 gün
  • Praktiki təlim: 2000 m yüksəklikdən başlayaraq hədəfə qədər yüksələn xətlə

Kimlər iştirak edə bilər?

Zirvəyə dırmanmaq istəyən hər kəs iştirak edə bilər.

Təlimlər harada keçiriləcək?

Nəzəri dərslər sinif otağında, praktiki dərslər isə təbiətdə keçiriləcəkdir.

Nələr lazımdır?

Təlim üçün bütün lazımi ləvazimatlar tərəfimizdən təmin ediləcəkdir.

Paylaş
Babək İsgəndərov (Orabanlı)

Babək İsgəndərov (Orabanlı)

Babək İsgəndərov (Orabanlı) — Peşəkar dağçı, sertifikatlı dağ bələdçisi və təlimçi.
Dağçılıq sahəsində 15 ildən artıq zəngin təcrübəyə malikdir və bu müddət ərzində 100-dən çox zirvə fəth edib. Azərbaycanın ən hündür nöqtəsi olan Bazardüzü zirvəsinə qış mövsümündə təkbaşına (solo) dırmanan ilk azərbaycanlı alpinist kimi ölkə dağçılıq tarixinə düşüb. Yerli və beynəlxalq səviyyəli ixtisaslaşmış təlimləri uğurla tamamlayaraq, həm yerli, həm də əcnəbi səyahətçilər üçün təhlükəsiz və peşəkar dağ marşrutları təşkil edir.

Rəylər (0)

Rəy Bildirin

English