Təlimlər
43

Təbiətdə İlk yardım Təlimi

Təbiət idmanlarında və təbiətdə edilən digər fəaliyyətlərdə sağlamlıq riskləri / həyati risklər ancaq məlumatlılıq, fiziki təchizat və təcrübə üçbucağının tamamlanmasıyla azaldıla bilər.

Təbiətdə İlk yardım Təlimi

Təbiət idmanlarında və təbiətdə edilən digər fəaliyyətlərdə sağlamlıq riskləri / həyati risklər ancaq məlumatlılıq, fiziki təchizat və təcrübə üçbucağının tamamlanmasıyla azaldıla bilər. Təbiətə idman etmək və ya müxtəlif fəaliyyətləri ehtiva edən məqsədlərlə üz tutanda baş verə biləcək risklərin fərqinə varmaq çox vacibdir. Lakin fərqində olmanız risklərin meydana gəlməsinin qarşısını almaz. Böhran anlarının idarə edilməsi bacarığı, necə müdaxilə etmək barədə məlumatlılıq təbiətdə zaman keçirən hər kəs üçün son dərəcədə əhəmiyyətlidir. Xüsusilə, sağlamlıq və ilk yardım məlumatı bu təchizatın ən həyati elementləridir. Təbiətdə reallaşdırılan istənilən növ fəaliyyət və təbiət idmanları əsnasında istənməsə də, qəzalar və yaralanmalar yaşana bilməkdə, var olan bəzi xəstəliklərin təbiətdə ortaya çıxması, ya da pisləşməsi baş verməkdədir.

Təlimin proqramı:

  • Ümumi ilk yardım məlumatları

  • Xəstə/yaralı və hadisə yerinin qiymətləndirilməsi

  • Qanamalar

  • Yaralanmalar

  • Yanıq, donma və günəş vurmaları

  • Qırıq, çıxıq və burxulmalar

  • Şüur pozulması

  • Zəhərlənmələr

  • Heyvan dişləmələri

  • Göz, qulaq və buruna hər hansı bir cisim girməsi

  • Boğulmalar

  • Yaralı daşıma texnikaları

Paylaş
Babək İsgəndərov (Orabanlı)

Babək İsgəndərov (Orabanlı)

Babək İsgəndərov (Orabanlı) — Peşəkar dağçı, sertifikatlı dağ bələdçisi və təlimçi.
Dağçılıq sahəsində 15 ildən artıq zəngin təcrübəyə malikdir və bu müddət ərzində 100-dən çox zirvə fəth edib. Azərbaycanın ən hündür nöqtəsi olan Bazardüzü zirvəsinə qış mövsümündə təkbaşına (solo) dırmanan ilk azərbaycanlı alpinist kimi ölkə dağçılıq tarixinə düşüb. Yerli və beynəlxalq səviyyəli ixtisaslaşmış təlimləri uğurla tamamlayaraq, həm yerli, həm də əcnəbi səyahətçilər üçün təhlükəsiz və peşəkar dağ marşrutları təşkil edir.

Rəylər (0)

Rəy Bildirin

English