Çadır, mat, yataq kisəsi və digər düşərgə avadanlıqlarının icarəsini sizə rahat və təhlükəsiz təbiət macərası üçün təklif edirik. Keyfiyyətli və praktiki avadanlıqlarımızla düşərgə təcrübənizi daha komfortlu edin!
Təbiətə çıxmağa hazırsınız, amma avadanlığınız yoxdur? Biz sizə rahat, təhlükəsiz və yaddaqalan düşərgə təcrübəsi üçün lazım olan bütün düşərgə ləvazimatlarını icarəyə təklif edirik!
Dağ, meşə, göl kənarı və ya sahil – istənilən təbiət şəraitinə uyğun, keyfiyyətli və istifadəyə hazır avadanlıqlarımızla xidmətinizdəyik.
İcarəyə təklif etdiyimiz məhsullar:
Çadırlar: Hər hava şəraitinə uyğun, 2-6 nəfərlik rahat modellər
Uyku tulumları: Soyuqdan qoruyan, izolyasiyalı və yüngül
Yataq matları və altlıqlar: Rahatlıq və istilik üçün
Portativ mətbəx avadanlıqları: Qaz balonları, qazanlar, qəhvə dəmləyiciləri və s.
Fənərlər və lampa sistemləri: Gecə üçün güclü işıqlandırma
Təhlükəsizlik və rahatlıq ləvazimatları: Soba, su çəni, oturacaq və daha çox
Məhsullar
Günlük icarə qiyməti (AZN)
Çanta 30-50/60/70
5-8-10 AZN
Çadır lampası
5 azn
Mat
3 azn
Yataq kisəsi
4-6 azn
Düşərgə masası
10 azn
Çadır 2/3/4 fəsil/nəfər
10-14-10 azn
Düşərgə oturacağı
6 azn
Yemək bişirmə dəsti
5 azn
Ocaq başlığı
5 azn
İlkin yardım çantası
5 azn
Hamak
5 azn
🆘 Outdoor Avadanlıqların İcarə Şərtləri və Qaydaları
🔸Şəxsiyyət vəsiqəsi – İcarə götürən şəxs şəxsiyyət vəsiqəsini girov qoymalıdır.
🔸Ödəniş qaydası – İcarə haqqı tam şəkildə ödənilməlidir.
🔸Alternativ girov – Sənəd əvəzinə avans pul qoymaq mümkündür.
🔸Vaxtında qaytarılma – İcarəyə götürülmüş avadanlıq təyin edilmiş vaxtda geri qaytarılmalıdır.
🔸İtki və zədələnmə – İtki və ya zədələnmə halında avadanlığın tam dəyəri ödənilməlidir.
🔸Gecikmə cəriməsi – Göstərilən vaxtdan gec qaytarılan avadanlıq üçün əlavə ödəniş tələb olunur.
🔸Təmizlik və istifadə vəziyyəti – Çadır, yuxu torbası, qaz balonu və digər avadanlıqlar təmiz və istifadəyə yararlı vəziyyətdə qaytarılmalıdır. Əks halda, təmizlik üçün əlavə ödəniş tətbiq edilə bilər.
🔸Düzgün istifadə – Avadanlıq yalnız təyin olunduğu məqsəd üçün istifadə edilməlidir. Səhv istifadə nəticəsində yaranan zədələrə görə məsuliyyət icarəyə götürən şəxsə aiddir.
🔸Müştərinin məsuliyyəti – Avadanlıqdan istifadə zamanı hər hansı bədbəxt hadisəyə görə mağaza məsuliyyət daşımır.
Paylaş
Babək İsgəndərov (Orabanlı)
Babək İsgəndərov (Orabanlı) — Peşəkar dağçı, sertifikatlı dağ bələdçisi və təlimçi. Dağçılıq sahəsində 15 ildən artıq zəngin təcrübəyə malikdir və bu müddət ərzində 100-dən çox zirvə fəth edib. Azərbaycanın ən hündür nöqtəsi olan Bazardüzü zirvəsinə qış mövsümündə təkbaşına (solo) dırmanan ilk azərbaycanlı alpinist kimi ölkə dağçılıq tarixinə düşüb. Yerli və beynəlxalq səviyyəli ixtisaslaşmış təlimləri uğurla tamamlayaraq, həm yerli, həm də əcnəbi səyahətçilər üçün təhlükəsiz və peşəkar dağ marşrutları təşkil edir.