Xidmətlərimiz / Fərdi Turlar
48

Xəyallarınıza Uyğun Səyahət

Xəyalınızdakı səyahətləri planlayırıq…

Xəyallarınıza Uyğun Səyahət

 

Xəyalınızdakı səyahətləri planlayırıq…

Xəyalınızdakı səyahəti və ya macəranı müəyyən bir vaxt çərçivəsinə və ya tur qrupuna bağlı qalmadan, tamamilə gözləntilərinizə uyğun şəkildə dizayn etmək istəyirsinizsə, “Fərdi Turlar” tam sizə görədir! Edəcəyiniz səyahəti əvvəlcədən müəyyənləşdirin və ya gəlin, birlikdə seçək. Uzaq və ya yaxın, qısa və ya uzun – fərq etməz. Üstəlik, istədiyiniz macəranı da səyahətinizə əlavə edə bilərsiniz və ya bacarıqlarınıza uyğun olaraq birlikdə seçə bilərik.

Səyahət mütəxəssislərimizin hər detala xüsusi diqqət yetirərək hazırladığı fərdi turlar sayəsində səyahət etməyin həzzini yaşayın! İstər təkbaşına, istər sevdikləriniz, iş yoldaşlarınız, ailəniz və ya övladlarınızla unudulmaz bir yolçuluğa çıxın.

Əvvəlcə sizi dinləyirik…

Sizinlə gözləntilərinizi, xəyallarınızı və xatirələrinizdə iz buraxacaq macəralarınızı müzakirə edirik. Bu ilkin görüşdə səyahət arzularınızı təhlil edərək sizin üçün ən uyğun səyahət marşrutlarını, ən maraqlı və təhlükəsiz macəraları müəyyən edirik.

Səyahətinizin hər mərhələsini planlayaraq, səfər edəcəyiniz bölgədə istədiyiniz otel və uçuş seçimlərini, bələdçi xidmətlərini və fəaliyyətləri müəyyənləşdirərək müxtəlif alternativlər təqdim edirik. Səfər edəcəyiniz bölgə ilə bağlı bütün lazımi məlumatları sizinlə bölüşürük

Səyahətiniz zamanı yarana biləcək yeni ehtiyaclara uyğun olaraq sizi yönləndirir, bütün ehtiyaclarınız üçün məsləhət və təchizat daxil olmaqla geniş xidmətlər təqdim edirik. Maksimal məmnuniyyətiniz bizim üçün prioritetdir, buna görə hər an yanınızdayıq!

Paylaş
Babək İsgəndərov (Orabanlı)

Babək İsgəndərov (Orabanlı)

Babək İsgəndərov (Orabanlı) — Peşəkar dağçı, sertifikatlı dağ bələdçisi və təlimçi.
Dağçılıq sahəsində 15 ildən artıq zəngin təcrübəyə malikdir və bu müddət ərzində 100-dən çox zirvə fəth edib. Azərbaycanın ən hündür nöqtəsi olan Bazardüzü zirvəsinə qış mövsümündə təkbaşına (solo) dırmanan ilk azərbaycanlı alpinist kimi ölkə dağçılıq tarixinə düşüb. Yerli və beynəlxalq səviyyəli ixtisaslaşmış təlimləri uğurla tamamlayaraq, həm yerli, həm də əcnəbi səyahətçilər üçün təhlükəsiz və peşəkar dağ marşrutları təşkil edir.

Rəylər (0)

Rəy Bildirin

English