Hiking mədəniyyəti nədir?
Hiking mədəniyyəti təkcə dağda gəzmək və ya marşrut qət etmək deyil. Bu, təbiətə, qrupa və öz təhlükəsizliyinə qarşı düzgün yanaşma formasıdır. Dünyada hiking müəyyən etik qaydalar, davranış standartları və hazırlıq prinsipləri üzərində qurulub. Bu mədəniyyətə əməl etmək yürüşü həm təhlükəsiz, həm də zövqlü edir.
Hiking turları niyə ağır yeməklərlə keçirilmir?
Azərbaycanda tez-tez rast gəlinən yanlış düşüncələrdən biri budur: turdursa, mütləq günorta yeməyi də olmalıdır. Hiking mədəniyyətində isə bu yanaşma keçərli deyil.
Ağır yeməklər:
-
yürüş zamanı bədəni yorur,
-
ritmi aşağı salır,
-
təhlükəsizlik risklərini artırır.
Bu səbəbdən hiking turlarında əsasən yüngül atışdırmalıqlar və kifayət qədər su tövsiyə olunur. Bu, laqeydlik deyil — yürüşün sağlam və davamlı olması üçündür.
Hiking mədəniyyətinin əsas prinsipləri
Təbiətə hörmət
Tullantılar geridə buraxılmamalıdır. Təbiət yürüş üçün deyil, qorunmaq üçün mövcuddur.
Qrup intizamı
Bələdçinin verdiyi qaydalar təhlükəsizlik məqsədi daşıyır. Qrupdan ayrılmaq və ya fərdi qərarlar risk yarada bilər.
Sakitlik və hörmət
Dağlar səs-küy yeri deyil. Digər yürüşçülərə və vəhşi həyata hörmət vacibdir.
Marşrutu qorumaq
Mövcud cığırlarla hərəkət etmək, yeni izlər açmamaq hiking mədəniyyətinin əsas qaydalarındandır.
Geyim və avadanlıq: düzgün seçim niyə vacibdir?
Hiking üçün uyğun geyim və avadanlıq rahatlıqdan daha çox təhlükəsizlik məsələsidir. Təəssüf ki, hələ də bir çox yürüşə cins şalvar və gündəlik ayaqqabı ilə gələnlər olur.
Hiking üçün tövsiyə olunan əsas avadanlıqlar:
-
Hiking botları: Ayaq biləyini qoruyan, sürüşməyən altlıqlı
-
Tozluq: Daş, palçıq və suya qarşı əlavə qoruma üçün
-
Yürüş çubuqları: Dizlərə düşən yükü azaldır, tarazlığı artırır
-
Texniki geyimlər: Nəfəsalan, tez quruyan üst və alt geyimlər
-
Yağış və külək qoruyucu qat
-
Kifayət qədər su və yüngül qida
Düzgün geyim və avadanlıq yürüşü daha rahat deyil, daha təhlükəsiz edir.
