Bloq / Tarixi yerlər
6

Zeyid kənd məscidi

Zeyid kəndində 1261-ci hicri il (1845/1846) tarixinə aid tarixi Tağlı Məscid yerləşir. Hacı Səlim tərəfindən tikilmiş bu məscid çay daşından və kərpicdən inşa olunub, əsas ibadət otağı, dəhliz və üç hücrədən ibarətdir. Məscid memarlıq baxımından Qubada nadir nümunələrdən biridir və tikintidə yalnız daşdan istifadə olunub, ağac və dəmir konstruksiyalara müraciət edilməyib. Taghli Məscid həm Zeyid, həm də qonşu kəndlərin mədəni və dini irsini əks etdirir.

Zeyid kənd məscidi

Zeyid kəndində hicri tarixi ilə 1261-ci ilə aid qədim tarixi məscid var. Miladı tarixi ilə 1845/1846-cı illərə uyğun gəlir. Məscid çay daşından tikilib və tikintisində kərpicdən də istifadə olunub. Hacı Səlim tərəfindən tikdirilmiş bu məscid başda imamın durması üçün xüsusi yer ayrılmış, dəhlizdən və üç hücrədən ibarətdir. Üstündəki dörd kitabədəki ərəb əlifbası ilə yazılmış yazılardan aydın olur ki, məscidi Təbriz şəhərindən gətirilmiş üç usta inşa etmişdir. Deyilənlərə görə işlədilən qızıl kərpic at yükü ilə Dərbənd şəhərindən daşınıbmış. Binanın tikintisində aşıq Xaltanlı Tağı (1776-1890) da iştirak edibmiş. Məscidin tikintisində ağac və dəmir konstruksiyalardan istifadə edilməmişdir. Tağlı məscid memarlıq baxımından Qubada müstasnalıq təşkil edir. Onu da deyirlər ki, Qonaqkənd–Xaltan yolunun üstündəki iki tağlı körpünü də həmin ustalar tikmişdır. Özünün xeyirxah əməlləriylə nəinki Zeyid, həttda qonşu kəndlərinin də etibarını, hörmətini qazanmış Hacı Səlim isə məscidin tikintisi başa çatandan sonra Məkkəyə ziyarəti zamanı vəfat etmişdir.

Mənbə: Qədim Alban Yolu

Paylaş
" alt="Elnur Nəciyev">

Elnur Nəciyev

Təcrübə: 13 il Zirvələr: 15+ İxtisas: Dağ bələdçisi, tarix üzrə fəlsəfə doktoru, tarix müəllimi. 1989-cu ildə Bakı şəhərində anadan olmuşam. Tarixə olan marağım məni elm yoluna istiqamətləndirdi və bu sahədə ixtisaslaşaraq, Azərbaycan tarixinin müxtəlif dövrlərini dərindən araşdırmağa başladım. Bakı Dövlət Universitetində bakalavr və magistr təhsilimi fərqlənmə ilə başa vuraraq, akademik fəaliyyətə atıldım. Müəllim, elmi işçi və tədqiqatçı kimi çalışaraq, Səfəvi dövrünün əhalisi üzrə elmi tədqiqatımı tamamlayıb tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazandım. Hazırda Bakı Mühəndislik Universitetində Azərbaycan tarixi üzrə baş müəllim kimi fəaliyyət göstərirəm. Elmi fəaliyyətim təkcə universitet divarları ilə məhdudlaşmır. 1 kitab müəllifi, 5 kitabın həmmüəllifi, 1 Atlasın redaksiya heyətinin üzvü və 7 kitabın redaktoru kimi Azərbaycan tarixinin öyrənilməsinə töhfə verməkdə davam edirəm. 30-dan çox elmi məqalə müəllifi olmaqla yanaşı, beynəlxalq platformalarda — Arizona Dövlət Universiteti, Stenford Universiteti, Kaliforniya Universiteti və digər nüfuzlu ali məktəblərin ixtisaslaşma kurslarını uğurla tamamlamışam. Lakin tarix yalnız arxivlərdə yazılmır — o, dağların zirvələrində, unudulmuş kəndlərdə, insan talelərində yaşayır. 2012-ci ildən etibarən dağ kəndlərinə səyahət edərək, yerli mədəniyyəti və qədim tariximizi araşdırmaq mənim üçün əsl ehtirasa çevrilib. Hər bir səyahətim təkcə keçmişi öyrənmək deyil, həm də tariximizin unudulmuş səhifələrini üzə çıxarmaqdır. Araşdırmalarımı məqalələrdə toplayır, tarixi və mədəni irsimizi geniş auditoriya ilə bölüşməyə çalışıram. Keçmişin izlərini yalnız kitab səhifələrində deyil, torpağın özündə tapmaq üçün yola çıxmışam. Tarix danışır — mən isə onu dinləyir və paylaşmaq üçün buradayam.

Rəylər (0)

Rəy Bildirin

English