Bazardüzü dağına Dırmanmaq üçün plan qurarkən ağlınızda bir çox sual yaranır. Bu bələdçi sizədtırmanışı planlamaq, hazırlıq görmək və zirvəyə uğurla çatmaq üçün lazım olan bütün məlumatları təqdim edir.
Bazardüzü Dağına dırmanmaq nə qədər çəkir?
Bazardüzü dağına tırmanış adətən 2–3 gün çəkir. Fiziki hazırlığınız yaxşıdırsa və iqlimə alışmısınızsa, zirvəyə 2 gündə də çata bilərsiniz.
İlk gün: Bakıdan çıxaraq düşərgəyə (təxminən 3,250 m) çatmaq
İkinci gün: Zirvəyə qalxmaq və geri Bakıya dönmək mümkündür
Əsas şərt həmin gün havanın yaxşı olmasıdır.
Bazardüzü dağına icazə tələb olunur?
Bazardüzü dağı Azərbaycan və Rusiya sərhədində yerləşdiyi üçün dağa çıxmaq üçün icazə tələb olunur. Dağa gedəcək şəxslər Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi və Şahdağ Milli Parkına 15 gün öncədən pasport məlumatlarını göndərərək icazə almalıdırlar. İcazəni tur operatoru və ya hansısa təşkilat adından da əldə etmək mümkündür. İcazə olmadan əraziyə daxil olmaq qanunsuzdur və tutulsanız cərimələnmə ehtimalı var.
Dırmanışın çətinliyi
Bazardüzü, Azərbaycan dağçılığı üçün ən məşhur və əlçatan zirvələrdən biridir. 4,466 metr yüksəklikdə olan bu dağa dırmanış texniki baxımdan mürəkkəb deyil, yəni xüsusi qayaya dırmanma bacarığı tələb etmir. Buna görə də başlanğıc səviyyəli dağçılar üçün uyğundur.
Lakin çətinliyi fiziki hazırlıq və iqlim şəraitinə görə artır. Zirvə günü təxminən 1,200 metr yüksəlmə var, bu da əzələ və dözümlülük baxımından ciddi sınaqdır. Yol boyunca hava dəyişkən ola bilər — sərin və küləkli şərait, bəzən yağış və qar müşahidə olunur.
Tövsiyələr:
-
Yaxşı fiziki kondisiyaya malik olun
-
Hündürlükdə oksigen azalmasına uyğunlaşmaq üçün yavaş-yavaş irəliləyin
-
Müvafiq geyimlə təmin olun
-
Təcrübəli bələdçi ilə getmək vacibdir
Qısaca, Bazardüzü texniki baxımdan asandır, amma yüksək hündürlük, uzun yürüş və dəyişkən hava şəraiti səbəbindən ciddi fiziki hazırlıq və etibarlı bələdçi ilə getmək tövsiyə olunur. Normal havada yay aylarında zirvəyə çıxmaq heç bir texniki ləvazimat tələb etmir. Buna görə də Qafqaza səyahət edən xarici dağçılar ilk öncə Bazardüzü dağına gəlir, sonra Kazbek və Elbrusa gedirlər. Bazardüzü zirvəsinə yüksəklikə uyğunlaşmaq baxımından asandır.
Bazardüzü dağına dırmanmaq təhlükəlidirmi?
Bazardüzü dağı ümumilikdə texniki baxımdan təhlükəli sayılmır, amma bəzi risklər mövcuddur:
Yüksək hündürlük: Zirvə 4,466 metrdir, oksigen azlığı başgicəllənmə, ürəkbulanma və yorğunluq yarada bilər. Akklimatizasiya və yavaş irəliləmək vacibdir.
Hava şəraiti: Dağda hava sürətlə dəyişir; külək, yağış, qar və soyuq temperatur mümkündür.
Fiziki yük: Zirvə günü təxminən 1,200 metr yüksəlmə var. Hazırlıqsız və ya zəif fiziki kondisiyaya malik şəxslər üçün yorucu ola bilər.
Təcrübəsiz qrup və bələdçi: Təcrübəli bələdçi qrupun ritmini tənzimləyir, hava şəraitini qiymətləndirir və fövqəladə vəziyyətlərdə tədbir görür.
Yaxşı fiziki hazırlıq, hava şəraitinə uyğun planlama və etibarlı bələdçi ilə getmək təhlükəsizliyi xeyli artır.
Bazardüzü dağına necə hazırlanmalı və nə qədər formda olmalıyam?
Bazardüzü texniki baxımdan asandır, amma zirvəyə qalxmaq fiziki hazırlıq tələb edir. Zirvə günü təxminən 1,200 metr yüksəlmə var, buna görə dözümlülük və ayaq əzələlərinin güclü olması vacibdir.
Fiziki hazırlıq
Ümumi dözümlülük: 2–3 ay əvvəl gündəlik yürüşlər, qaçış, pilləkən və velosiped məşqləri ilə dözümlülüyü artırın
Ayaq əzələləri və güc: Squat, lunges, ayaq və bilək gücləndirən məşqlər yorğunluğu azaldır
Ürək-damar sistemi: Kardio məşqləri (qaçış, sürətli yürüş, üzgüçülük) dözümlülüyü artırır
Çəki idarəsi: Optimal bədən çəkisi yürüşü asanlaşdırır
Akklimatizasiya
-
Yüksək hündürlükdə oksigen azalması başgicəllənmə və yorğunluq yarada bilər
-
Tövsiyə: Yavaş-yavaş yüksəlmək və bir gecə əvvəl aşağı hündürlükdə yatmaq
Təcrübə və forma səviyyəsi
-
Başlanğıc səviyyəli dağçılar da dırmanış edə bilər, amma gündəlik aktiv həyat və orta fiziki forma vacibdir
-
Ən azı 2–3 saatlıq yürüşləri rahat edə bilmək və yamaclarda qalxa bilmək lazımdır
-
Zirvəyə çıxış günü tempinizi qoruyaraq yavaş irəliləmək dözümlülüyü artırır
Əlavə tövsiyələr
-
Ağırlıq çantası ilə məşqlər (4–6 kq) real şəraitə uyğunlaşdırır
-
Günəş, külək və soyuq hava üçün uyğun geyim götürün
-
Su və enerji verən qəlyanaltılar vacibdir
Yüksək irtifada özümü necə hiss edəcəyəm?
Bazardüzü zirvəsinə yaxın yüksək irtifada hisslər fərqli ola bilər. Oksigen azlığı baş ağrısı, ürəkbulanma, yorğunluq və nəfəs darlığı yarada bilər. Bu simptomlar adətən yavaş irəliləmə və qısa fasilələrlə yüngülləşir.
Tövsiyə:
-
Kifayət qədər su için və enerji verən qidalar qəbul edin
-
Əgər simptomlar şiddətlənərsə, dərhal aşağı enin
Bazardüzü dağına yaxşı iqlimə alışmaq üçün ipuçları
-
Çox maye için, minerallar əlavə edin (maqnezium, kalsium)
-
Akklimatizasiya yürüşlərini atlmayın
-
Daha yavaş yürüyün və gün ərzində kiçik porsiyalarla yeyin
-
Özünüzü çox yormayın; hərəkətsiz olsanız belə, ürək döyüntüsü yüksələcək
-
Bol karbonhidrat yeyin, yüksəkdə ət və yağlar gec həzm olunur
Bazardüzü dağına dırmanmaq üçün ən yaxşı zaman ?
Bazardüzü dağına tırmanmaq üçün ən uyğun dövr iyun–sentyabr aylarıdır. Bu dövrdə hava stabildir, temperatur mülayimdir və günlər uzun olduğundan zirvəyə çıxış üçün kifayət qədər işıq olur.
Yükləri daşımaq üçün atlar varmı?
Bazardüzü turunda yük daşımaq üçün at və qatırlar mövcuddur. Qrupun çantalarını, avadanlıqları və düşərgə materiallarını daşımaq üçün istifadə olunur. Adətən bələdçilər əvvəlcədən təşkil edir və əlavə ödəniş tələb oluna bilər.
Düşərgədə çadır və yemək xidməti varmı?
Bazardüzü turunda hazır çadır və yemək xidməti yoxdur. Hər kəs öz çadırını, yatmaq üçün mat və yataq kisəsini, həmçinin yeməyini gətirməlidir. Enerji verən qəlyanaltılar və yüngül yeməklər tövsiyə olunur. Düşərgə ərazisində su mövcuddur.
Bazardüzünə dırmanma maliyyəti nə qədərdir?
Bələdçi ilə dırmanışın qiyməti qrup ölçüsünə və yük daşıma seçimlərinə görə 300–750 dollar arasında dəyişir. Tək çıxmaq istəsəniz, qiymət daha yüksək ola bilər. Daha sərfəli və təhlükəsiz olmaq üçün açıq qruplara qoşulmaq tövsiyə olunur.
Bazardüzü dağına dırmanmağa dəyərmi?
Bazardüzü dağına dırmanmağa mütləq dəyər. Zirvədən açılan mənzərə Azərbaycan və Quba,Qəbələ,Qusar və Dağıstan bölgəsinin gözəlliyini göstərir və yüksək dağ mənzərəsinin unudulmaz təcrübə təqdim edir. Texniki baxımdan asan olduğundan, əvvəlcədən təcrübəsi olmayan dağçılar da düzgün hazırlıqla zirvəyə çata bilər. Dırmanış həm fiziki dözümlülüyü artırır, həm də motivasiya və özünəinam hissini gücləndirir.
Yalnız səyahət edən qadınlar üçün təhlükəsizdirmi?
Bazardüzü dağı yalnız qadın səyahətçilər üçün də təhlükəsizdir. Getdiyiniz qrup və iştirakçıları diqqətlə seçmək vacibdir. Təcrübəli bələdçi ilə və açıq qruplara qoşularaq dırmanmaq həm təhlükəsiz, həm də rahat olur.
Telefon xidməti və dil
Bazardüzü dağında mobil telefon xidməti düşərgə ərazisində yoxdur.Zirvəyə yaxın hissələrdə mümkündür, amma həmişə etibarlı deyil. Tur zamanı bələdçilərlə əvvəlcədən razılaşdırılmış siqnallardan istifadə etmək tövsiyə olunur.
Dağ ərazisində yerli əhali əsasən Azərbaycan və Xınalıq dillərində danışır. Tur bələdçiləri adətən həm Azərbaycan, həm də ingilis dilində ünsiyyət qura bilir, bu da xarici turistlər üçün rahatlıq yaradır.
Bazardüzü dağına çıxmaq üçün hansı ləvazimatlar lazımdır?
Bazardüzü dağına çıxmaq üçün tam dağ avadanlığı və düşərgə ləvazimatları tələb olunur, çünki düşərgədə hazır çadır və yemək xidməti yoxdur. Əsas ləvazimatlara dağ ayaqqabısı, termo geyim, flis və külək keçirməz gödəkçə, isti papaq və əlcək, gün eynəyi və gün kremi daxildir. Həmçinin çadır, yuxu tulumu, mat, alın fənəri, bel çantası və trekkinq çomaqları vacibdir. Qida və içməli su da özünüzlə gətirilməlidir, həmçinin fərdi ilk tibbi yardım çantası, powerbank, pasportunuzu və telefon götürmək vacibdir.
Bazardüzü turuna qoşulmaq istəyirsinsə linkə keçid edə bilərsiz: https://mountainguide.az/turlar/43-bazarduzu-dagi-4466-m.html