Bloq / Kəndlər
254

Masallı: Dəmbəlov kəndi

Dəmbəlov kəndi, Masallı rayonunun ən hündür yaşayış məntəqəsi olaraq, Burovar silsiləsinin ətəklərində yerləşir. Kəndin adı talış dilində "xoş iyli su kənarı" mənasını daşıyır və burada maldarlıq əsas məşğuliyyət sahəsidir.

Masallı: Dəmbəlov kəndi

Dəmbəlov kəndi Masallı şəhərindən təxminən 14 km cənub-qərbdə, Burovar silsiləsinin ətəklərində, Viləşçayın sahilində yerləşir. Yerli əhali kəndin adını fərqli şəkildə – Dəmbolovu və ya Dəmbələhu kimi tələffüz edir.

Kəndin ərazisində Masallı rayonunun ən yüksək nöqtəsi olan Dəmbəlov zirvəsi (827 metr) yerləşir. Bu səbəbdən Dəmbəlov Masallı rayonunun ən hündür yaşayış məntəqəsi hesab olunur.

Dəmbəlov kəndi XIX əsrdə Cənubi Azərbaycandan köç etmiş, talışların qolu sayılan kalış (və ya qalış) tayfasının burada məskunlaşması nəticəsində yaranmışdır.

 Kəndin adı – Dəmbəlov – talış dilindəki “dəmbo” (xoş iy), “lev” (kənar) və “ov” (su) sözlərindən ibarət olub, “xoş iyli su kənarı” kimi izah edilir. Eyni zamanda, kəndin adı bəzi mənbələrdə ərazidə yerləşən, istiliyi 50 dərəcəyə çatan bulaqla əlaqələndirilir. Bu halda oykonim “yerdən qaynayıb çıxan su kənarı” mənasını da daşıya bilər. Yerli əhalinin izahına görə isə, kəndin adı “hündür təpə” və ya “dağ yeri” anlamını verir.

Kənddə bir sıra tarixi abidələr qorunub saxlanılır. Onlar arasında ən qədimi – e.ə. VI əsrə aid Dəmbəlov daş qutu nekropolu xüsusilə qeyd olunmağa layiqdir.



Paylaş
Babək İsgəndərov (Orabanlı)

Babək İsgəndərov (Orabanlı)

Babək İsgəndərov (Orabanlı) — Peşəkar dağçı, sertifikatlı dağ bələdçisi və təlimçi.
Dağçılıq sahəsində 15 ildən artıq zəngin təcrübəyə malikdir və bu müddət ərzində 100-dən çox zirvə fəth edib. Azərbaycanın ən hündür nöqtəsi olan Bazardüzü zirvəsinə qış mövsümündə təkbaşına (solo) dırmanan ilk azərbaycanlı alpinist kimi ölkə dağçılıq tarixinə düşüb. Yerli və beynəlxalq səviyyəli ixtisaslaşmış təlimləri uğurla tamamlayaraq, həm yerli, həm də əcnəbi səyahətçilər üçün təhlükəsiz və peşəkar dağ marşrutları təşkil edir.

Rəylər (0)

Rəy Bildirin

English