Popular Asan 4 fəsil

Masallı: Dəmbəlov Zirvəsinə Hiking Turu

Masallı, Dəmbəlov kəndi 1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

827 Zirvə
Gediş-dönüş 10km Məsafə
1 Gün
150m Başlangıc

Dəmbəlov kəndi və zirvəsinə hiking turu, Masallı rayonunun unudulmaz təbiət mənzərələri ilə tanış olmaq istəyənlər üçün əla fürsətdir. Marşrut Dəmbəlov kəndi yaxınlığından başlayır, Viləşçayın sahili boyunca yüksəlir və sizi Masallının ən yüksək nöqtəsinə – 827 metr hündürlükdə yerləşən Dəmbəlov zirvəsinə aparır.

Yürüş Dəmbəlov kəndinin içindən keçərək dağın srt xəttinə doğru davam edir. Zirvəyə qalxan bu marşrut boyunca Masallı şəhəri, Viləşçay su anbarı və Xəzər dənizinə doğru uzanan Masallının kəndlərini əhatə edən möhtəşəm mənzərələr açılır. Digər tərəfdə isə Yardımlı istiqamətində cənub dağlarının ən hündür zirvələrini seyr etmək mümkündür.

Dəmbəlov zirvəsi, eyni zamanda Masallı rayonunun ən yüksək nöqtəsi hesab olunur və bu hiking turu təbiətsevərlər üçün həm fiziki aktivlik, həm də vizual zövq baxımından unikal bir təcrübə təqdim edir.

Professional bələdçi
Daxil deyil
Daxildir
Foto və Video

Hiking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə yola gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:

06:40 – Təyin edilmiş yerdə toplanış

07:00 - 10:00 Bakı–Masallı -Bakı

10:30 – 17:00 Dəmbəlov dağı yürüşü

18:00 - 21:30 Bakıya yola düşürük

Turun Qiymətinə Daxildir:

✅Nəqliyyat (Bakı–Masallı -Bakı)

✅Dağ bələdçisi

✅Fotoçəkiliş

✅Yürüşün təşkili

Turun Qiymətinə Daxil Deyil: 

❌Qidalanma

❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim 

❌Programdan xaric istəklər

Lazım olan ləvazimatlar:
  • Bel çantası (həcmi 20-35 l)

  • Rahat yürüş ayaqqabısı

  • Şalvar və gödəkçə (sukeçirməz arzu olunandır)

  • Papaq, eynək, əlcək

  • Su və qida (sendviç, buterbrod və s.)

  • Yürüş çomağı

  • Termos

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.

❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir. 

❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.

İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxil deyil
English