Bloq / Qayayadırmanma Məkanları
17

Bibiheybət Qayayadırmanma Məkanı (Mayak)

Bibiheybət Qayayadırmanma Ərazisi Bakı şəhərinə ən yaxın və məşhur dırmanma məkanlarından biridir. Burada müxtəlif səviyyələrə uyğun qayalar, möhtəşəm dəniz mənzərəsi və ilboyu dırmanış imkanı mövcuddur.

Bibiheybət Qayayadırmanma Məkanı (Mayak)

   Bibiheybət qayayadırmanma ərazisi Bakının mərkəzinə yaxın, Xəzər dənizinin sahilində yerləşən unikal bir açıq hava dırmanma məkanıdır. Ərazi həm başlanğıc, həm də orta səviyyəli dırmanma həvəskarları üçün uyğun şəraitə malikdir. Bakı şəhərindən cəmi 20 dəqiqəlik məsafədə yerləşməsi bu məkanı asan əlçatan edir və qısa müddətli açıq hava macəraları üçün ideal seçimə çevirir.

Ərazinin Xüsusiyyətləri:

Qaya divarlarının hündürlüyü: Maksimal 16 metr

Qaya sahəsinin genişliyi: Təxminən 400 metr
Qaya strukturu: Təbii əhəngdaşı (kireçtaşı) forması, yaxşı tutacaq və pillələrə malikdir. Bəzi yerlərdə qayalar qopa bilir.
Çətinlik dərəcələri: 3-cü və 5-ci dərəcə arasında dəyişir (UIAA)
Dırmanma növü: Yalnız Top Rope (üstdən ipli) dırmanma mümkündür. Qurulmuş anker nöqtələri vasitəsilə təhlükəsiz dırmanma təmin edilir.
Ərazinin dəniz səviyyəsindən hündürlüyü: Təxminən 130 metr

Lazım olan ləvazimatlar:

  • İp Əsas ip 50-60 m

  • Təhlükəsizlik kəməri 

  • Dəbilqə

  • Dırmanma ayaqqabısı

  • Karabin (4 ədəd)

  • Təhlükəsizlik aləti (ATC)

  • Köməkçi ip 10-20 m

  • İmkanlar və Təhlükəsizlik:
  • Ərazi əsasən qaya dırmanması üçün nəzərdə tutulub və əlavə olaraq gəzinti, fotoqrafiya və dəniz mənzərəsindən zövq almaq üçün də əlverişlidir.

  • Ərazidə daimi anker nöqtələri və təhlükəsizlik sistemləri quraşdırılmışdır.

  • Ərazi yalnız təlim keçmiş bələdçilərlə və ya təcrübəli dırmanışçılarla istifadə olunmalıdır.

  • İstifadəçilərə dəbilqə, təhlükəsizlik kəməri və standart ip sistemləri ilə təchiz olunmaları tövsiyə olunur.

Əlavə Məlumat:

  • Bibiheybət dırmanma ərazisi ilin böyük hissəsində istifadəyə yararlıdır. Lakin yay aylarında günorta saatlarında isti hava şəraiti nəzərə alınmalıdır.

  • Əraziyə çatmaq üçün fərdi nəqliyyat vasitəsi və ya taksi xidmətlərindən istifadə etmək rahatdır.

Kimlər Üçündür?

  • Yeni başlayanlar (təlim üçün uyğundur)

  • Orta səviyyəli dırmanışçılar

  • Təbiət və macəra sevənlər

  • Qısa müddətli outdoor təcrübəsi yaşamaq istəyən şəhər sakinləri və turistlər



Paylaş:
Babək Orabanlı

Babək Orabanlı

Administrators

**Babək İsgəndərov (Orabanlı)** – Peşəkar dağçı, dağ bələdçisi və təlimçi. 15 illik təcrübəyə malikdir, 100-dən çox zirvəyə qalxıb. Azərbaycanın ən yüksək zirvəsi Bazardüzü dağına qışda solo dırmanan ilk azərbaycanlıdır. Dağçılıq və bələdçilik sahəsində müxtəlif beynəlxalq kursları bitirib.

Rəylər (0)

Rəy Bildirin

English