Bloq / Dağlar və Zirvələr
6

Bazardüzü Zirvəsinə Hazırlıq – 4466 m Ekspedisiya üçün Tam Bələdçi

Bazardüzü Zirvəsinə Hazırlıq – 4466 m hündürlüyündə Azərbaycanın ən yüksək zirvəsinə qalxmaq üçün hazırlıq, marşrut və avadanlıq haqqında tam bələdçi. Bazardüzü ekspedisiyası üçün fiziki hazırlıq, akklimatizasiya, dağ şəraiti və təhlükəsizlik qaydaları barədə vacib məlumatları öyrənin. Bu bələdçi Bazardüzü zirvəsinə qalxmağı planlaşdıran yürüşçülər və dağ həvəskarları üçün hazırlanıb.

Bazardüzü Zirvəsinə Hazırlıq – 4466 m Ekspedisiya üçün Tam Bələdçi

Artıq Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzü dağına qalxmağa qərar vermisiniz? O zaman ekspedisiyaya düzgün hazırlaşmaq uğurlu və təhlükəsiz zirvə yürüşünün əsas şərtlərindən biridir.

4466 metr yüksəklikdə yerləşən Bazardüzü zirvəsi Azərbaycanın ən yüksək nöqtəsidir. Zirvəyə gedən marşrut texniki alpinizm baxımından ən mürəkkəb marşrutlardan biri olmasa da, yüksək hündürlük, uzun yürüş, dəyişkən hava şəraiti və fiziki dözümlülük tələb edir.

Bu məqalədə Bazardüzü ekspedisiyasına necə hazırlaşmalı, hansı fiziki hazırlığa ehtiyac var, hansı avadanlıqları götürmək lazımdır və zirvə günü sizi nələrin gözlədiyini izah edirik.

Bazardüzü dağına qalxmaq üçün xüsusi təcrübə lazımdırmı?

Bazardüzü zirvəsinə qalxmaq üçün peşəkar alpinist olmaq və ya xüsusi texniki dırmanma bacarıqlarına sahib olmaq vacib deyil. Lakin Bazardüzü 4466 metr yüksəklikdə yerləşən yüksək dağdır və burada uğurlu zirvə yürüşü üçün yaxşı fiziki hazırlıq, düzgün avadanlıq və ən əsası, dağ şəraitini düzgün qiymətləndirə bilən təcrübəli bələdçi lazımdır.

Bazardüzü marşrutunun böyük hissəsində qayaya dırmanmaq və ya mürəkkəb texniki keçidlər yoxdur. Xüsusilə iyun ayından sonra qar örtüyü azaldıqda zirvəyə gedənlərin izləri üzərində müəyyən cığırlar formalaşır. Hava açıq və şərait əlverişli olduqda bu cığırı izləyərək zirvəyə doğru hərəkət etmək mümkündür.

Lakin burada vacib bir məqam var: dağda görünən cığır həmişə təhlükəsiz marşrut demək deyil.

Bazardüzü kimi yüksək dağlarda hava şəraiti çox sürətlə dəyişə bilər. Bəzən cəmi 5–10 dəqiqə ərzində açıq və aydın hava duman, güclü külək və zəif görünüşlə əvəz oluna bilər. Belə vəziyyətdə əvvəlcə aydın görünən cığır öz əhəmiyyətini itirir və marşrutu yalnız ayaq izlərini izləməklə müəyyən etmək artıq mümkün olmur.

Məhz təhlükə də çox vaxt burada başlayır.

Bazardüzü ilk baxışdan asan görünə bilər: cığır var, başqa insanların ayaq izləri görünür və hava yaxşıdır. Bu səbəbdən bəzi insanlar kifayət qədər hazırlıq olmadan və dağ şəraitini lazımi səviyyədə qiymətləndirməyən bələdçilərlə zirvəyə çıxmağa qərar verirlər.

 

Ancaq dağ şəraiti dəyişdikdə vəziyyət tamamilə fərqli ola bilər.

Təcrübəli dağ bələdçisinin əsas rolu sadəcə qrupu cığır boyunca aparmaq deyil. Bələdçi hava şəraitini, görünüşü, qar və buz vəziyyətini, marşrutun təhlükəsizliyini və qrup üzvlərinin fiziki vəziyyətini daim qiymətləndirir və lazım gəldikdə qərarını dəyişir.

Bəzən ən düzgün qərar zirvəyə davam etmək deyil, geri qayıtmaqdır.

Buna görə Bazardüzü ekspedisiyasına hazırlaşarkən yalnız “marşrut çətindirmi?” sualını vermək düzgün deyil. Daha vacib suallar bunlardır:

  • Hava dəyişərsə, marşrutu müəyyən edə biləcəyikmi?

  • Bələdçi dağ şəraitini düzgün qiymətləndirə bilirmi?

  • Qrupun fiziki vəziyyəti zirvə yürüşünə uyğundurmu?

  • Qar və buz şəraitində hansı avadanlıq tələb olunur?

  • Şərait təhlükəli olarsa, geri qayıtmaq qərarı vaxtında veriləcəkmi?

Bazardüzü zirvəsinə qalxmaq mümkündür, lakin dağın asan görünməsi onun təhlükəsiz olduğu anlamına gəlmir.

Yaxşı fiziki hazırlıq, düzgün avadanlıq və təcrübəli yerli dağ bələdçisi ilə Bazardüzü ekspedisiyası həm təhlükəsiz, həm də unudulmaz bir zirvə təcrübəsinə çevrilə bilər.

Dağda məqsəd sadəcə zirvəyə çatmaq deyil. Əsas məqsəd zirvəyə təhlükəsiz qalxmaq və eyni şəkildə geri qayıtmaqdır.

Bazardüzü ekspedisiyası üçün hansı fiziki hazırlıq lazımdır?

Bazardüzü zirvəsinə qalxmaq üçün peşəkar idmançı olmaq lazım deyil. Lakin 4466 metr yüksəklikdə uzun və yorucu bir dağ yürüşünə hazır olmaq vacibdir.

Burada əsas məsələ sürətli qaçmaq deyil. Əsas məqsəd uzun müddət fasiləsiz hərəkətdə qala bilmək, yoxuşlarda tempinizi qorumaq və gün ərzində enerjinizi düzgün bölüşdürməkdir.

Bazardüzü ekspedisiyasından əvvəl fiziki hazırlığa ən azı bir neçə həftə əvvəl başlamağınızı tövsiyə edirik.

Necə məşq etmək lazımdır?

Həftədə 3–4 dəfə fiziki aktivlik etmək yaxşı nəticə verir. Məşqlərinizə aşağıdakı fəaliyyətləri daxil edə bilərsiniz:

  • uzun məsafəli piyada yürüşlər;

  • yoxuş və enişli ərazilərdə trekking;

  • qaçış və ya sürətli yerimə;

  • pilləkən qalxmaq;

  • velosiped sürmək;

  • bel çantası ilə dağ yürüşləri.

Xüsusilə yoxuşlu ərazidə yürüş Bazardüzü üçün daha faydalıdır. Çünki zirvə yürüşündə əsas yük ayaqlara düşür və uzun müddət yüksəklik qazanmaq lazım gəlir.

Nə qədər məşq etməliyəm?

Əgər müntəzəm olaraq idman edirsinizsə, həftəsonları 10–15 km-lik dağ yürüşləri yaxşı hazırlıq ola bilər. Mümkün olduqda yüksəklik qazanan marşrutları seçin və tədricən yürüş məsafəsini artırın.

Bazardüzü üçün məşq edərkən özünüzü belə yoxlaya bilərsiniz:

10–15 km-lik dağ yürüşünü rahat tempdə tamamlayır, yoxuşlarda tamamilə tükənmir və ertəsi gün normal hərəkət edə bilirsinizsə, bu, yaxşı hazırlıq göstəricisidir.

Əlbəttə, hər insanın fiziki vəziyyəti fərqlidir. Məqsəd məşq zamanı özünüzü maksimum yükləmək deyil, uzunmüddətli dözümlülük yaratmaqdır.

Bazardüzü ekspedisiyası üçün hansı fiziki hazırlıq lazımdır?

Bazardüzü zirvəsinə qalxmaq üçün peşəkar idmançı olmaq lazım deyil. Lakin 4466 metr yüksəklikdə uzun və yorucu bir dağ yürüşünə hazır olmaq vacibdir.

Burada əsas məsələ sürətli qaçmaq deyil. Əsas məqsəd uzun müddət fasiləsiz hərəkətdə qala bilmək, yoxuşlarda tempinizi qorumaq və gün ərzində enerjinizi düzgün bölüşdürməkdir.

Bazardüzü ekspedisiyasından əvvəl fiziki hazırlığa ən azı bir neçə həftə əvvəl başlamağınızı tövsiyə edirik.

Necə məşq etmək lazımdır?

Həftədə 3–4 dəfə fiziki aktivlik etmək yaxşı nəticə verir. Məşqlərinizə aşağıdakı fəaliyyətləri daxil edə bilərsiniz:

  • uzun məsafəli piyada yürüşlər;

  • yoxuş və enişli ərazilərdə trekking;

  • qaçış və ya sürətli yerimə;

  • pilləkən qalxmaq;

  • velosiped sürmək;

  • bel çantası ilə dağ yürüşləri.

Xüsusilə yoxuşlu ərazidə yürüş Bazardüzü üçün daha faydalıdır. Çünki zirvə yürüşündə əsas yük ayaqlara düşür və uzun müddət yüksəklik qazanmaq lazım gəlir.

Nə qədər məşq etməliyəm?

Əgər müntəzəm olaraq idman edirsinizsə, həftəsonları 10–15 km-lik dağ yürüşləri yaxşı hazırlıq ola bilər. Mümkün olduqda yüksəklik qazanan marşrutları seçin və tədricən yürüş məsafəsini artırın.

Bazardüzü üçün məşq edərkən özünüzü belə yoxlaya bilərsiniz:

10–15 km-lik dağ yürüşünü rahat tempdə tamamlayır, yoxuşlarda tamamilə tükənmir və ertəsi gün normal hərəkət edə bilirsinizsə, bu yaxşı hazırlıq göstəricisidir.

Əlbəttə, hər insanın fiziki vəziyyəti fərqlidir. Məqsəd məşq zamanı özünüzü maksimum yükləmək deyil, uzunmüddətli dözümlülük yaratmaqdır.

 Şəhərdə gəzmək kifayətdirmi?

Adi şəhər gəzintisi müəyyən qədər faydalıdır, lakin Bazardüzü ekspedisiyasına tam hazırlıq üçün kifayət etmir.

Şəhərdə bir neçə saat gəzməklə dağda uzun müddət yoxuş qalxmaq eyni şey deyil. Dağda həm relyef, həm uzunmüddətli fiziki yük, həm də dəyişkən hava şəraiti orqanizmə əlavə yük yaradır.

Bundan daha vacib amillərdən biri isə yüksəklikdir.

Bakı dəniz səviyyəsindən təxminən 28 metr aşağıda yerləşir, Bazardüzü zirvəsi isə 4 466 metr yüksəklikdədir. Yəni zirvə yürüşü zamanı orqanizm çox qısa müddətdə böyük yüksəklik fərqinə uyğunlaşmalı olur.

Yüksəklik artdıqca havadakı oksigenin miqdarı azalır və bəzi insanlarda nəfəs darlığı, baş ağrısı, yorğunluq, halsızlıq və performansın azalması kimi əlamətlər yarana bilər. Yaxşı fiziki formada olmaq yüksəkliyə problemsiz uyğunlaşacağınız demək deyil. Yüksəkliyə reaksiyası hər insanda fərqli ola bilər.

 

Bazardüzüdən əvvəl yüksəkliyə alışmaq

Əgər əvvəllər 4 000 metrdən yüksək dağda olmamısınızsa, Bazardüzü ekspedisiyasından əvvəl müxtəlif yüksəkliklərdə trekking etmək həm fiziki, həm də psixoloji baxımdan faydalıdır.

Məsələn, əvvəlcə:

2 000 m → 3 000 m → 3 500 m

yüksəkliklərdə yürüşlər etməyə çalışa bilərsiniz.

Bu, təkcə fiziki hazırlığınızı artırmır. Eyni zamanda öz bədəninizin yüksəkliyə necə reaksiya verdiyini daha yaxşı anlamağa kömək edir.

Məsələn, 3 000 və ya 3 500 metr yüksəklikdə özünüzü necə hiss etdiyinizi, nəfəsinizin necə dəyişdiyini, yorğunluğa necə reaksiya verdiyinizi və hansı tempdə daha rahat hərəkət etdiyinizi əvvəlcədən bilmək Bazardüzü ekspedisiyası zamanı özünüzə daha çox güvənməyinizə kömək edə bilər.

Lakin burada vacib bir məqam var: 2 000 və ya 3 500 metrə əvvəlcədən çıxmış olmaq 4 466 metrə problemsiz uyğunlaşacağınıza zəmanət vermir. Bu yürüşlər sadəcə hazırlıq və təcrübə baxımından faydalıdır.

Buna görə Bazardüzüyə hazırlaşarkən yalnız idman zalında və ya şəhərdə məşq etməklə kifayətlənməyin. İmkanınız varsa, müxtəlif yüksəkliklərdə real dağ yürüşləri edin və orqanizminizin yüksəklik şəraitinə reaksiyasını müşahidə edin.

Bazardüzü zirvəsinə hazırlığın ən yaxşı yollarından biri dağda əvvəlcədən təcrübə toplamaqdır.

Və unutmayın: yüksəklikdə özünüzü pis hiss etdikdə bunu bələdçidən gizlətmək olmaz. Zirvə hər zaman gözləyə bilər. Əsas məqsəd təhlükəsiz şəkildə zirvəyə çıxmaq və sağlam şəkildə geri qayıtmaqdır.

 

Zirvə günü üçün ən vacib şey

Bazardüzü zirvə günü əsas məqsəd ilk saatlarda özünüzü həddindən artıq yormamaqdır. Yavaş və sabit temp çox vaxt sürətli başlayıb sonradan tükənməkdən daha effektivdir.

Bələdçinin tempinə uyğun hərəkət edin, mütəmadi olaraq su için və lazım gəldikdə qısa fasilələr verin.

Unutmayın ki, Bazardüzü ekspedisiyası yarış deyil. Burada məqsəd ən sürətli şəkildə zirvəyə çatmaq yox, enerjinizi düzgün bölüşdürərək 4466 metr yüksəklikdə yerləşən zirvəyə təhlükəsiz şəkildə çatmaq və geri qayıtmaqdır.

Əgər uzun yürüşlərə öyrəşməmisinizsə, ekspedisiyadan əvvəl məşqlərə tədricən başlayın. Hər hansı sağlamlıq probleminiz və ya fiziki məhdudiyyətiniz varsa, yüksək dağ ekspedisiyasına qatılmadan əvvəl həkimlə məsləhətləşmək məqsədəuyğundur.

Bazardüzü marşrutu Xınalıq kəndindən başlayır.

Xınalıq Azərbaycanın ən yüksək yaşayış məntəqələrindən biri olmaqla yanaşı, Bazardüzü ekspedisiyası üçün əsas başlanğıc nöqtələrindən biridir.

Marşrutun əsas mərhələləri:

Bakı → Quba → Xınalıq → 4x4 ilə Şahyayalaq→Yatıqçay dərəsi → piyada yürüş → 3 250 m düşərgə → Bazardüzü zirvəsi 4 466 m → düşərgə → Xınalıq → Bakı

Bu marşrutda əsas məqsəd ilk gündə mümkün qədər yüksəkliyə qalxaraq zirvə gününə hazırlaşmaqdır.

 

Bazardüzü ekspedisiyası neçə gün davam edir?

Standart Bazardüzü zirvə ekspedisiyası adətən 3 gün davam edir. Bu müddət ərzində Bakıdan Xınalığa, daha sonra yüksək dağ düşərgəsinə gedir, növbəti gün 4 466 metrlik Bazardüzü zirvəsinə qalxır və üçüncü gün Bakıya qayıdırıq.

1-ci gün – Bakı → Quba → Xınalıq → Bazardüzü düşərgəsi

Ekspedisiya səhər saatlarında Bakıdan başlayır. Quba istiqamətində hərəkət etdikdən sonra Xınalıq kəndinə çatırıq.

Xınalıqdan sonra ekspedisiyanın avtomobillə gedilən hissəsi başlayır. 4x4 yolsuzluq avtomobili ilə təxminən 2 900–2 950 metr yüksəklikdə yerləşən yolun sonuna qədər hərəkət edirik.

Buradan artıq piyada yürüş başlayır.

Təxminən 4 km-lik dağ yürüşündən sonra 3 250 metr yüksəklikdə yerləşən Bazardüzü düşərgəsinə çatırıq.

Düşərgəyə çatdıqdan sonra iştirakçılar yerləşir, istirahət edir və növbəti günün zirvə yürüşünə hazırlaşırlar. Gecə çadırda, təxminən 3 250 metr yüksəklikdə keçirilir.

Bu günün əsas məqsədi mümkün qədər rahat şəkildə yüksəkliyə qalxmaq, düşərgəyə yerləşmək və orqanizmi növbəti günün daha uzun zirvə yürüşünə hazırlamaqdır.

Qeyd: Bazardüzü ekspedisiyasında marşrutun avtomobillə və piyada hissəsi hava və yol şəraitindən asılı olaraq dəyişə bilər. Dağ şəraitində təhlükəsizlik həmişə marşrutun dəqiq planından daha önəmlidir.

 

2-ci gün – Bazardüzü zirvə günü

Ekspedisiyanın ən əsas və fiziki baxımdan ən tələbkar günü Bazardüzü zirvə günüdür.

Səhər tezdən, hava və marşrut şəraitinə uyğun olaraq düşərgədən yola çıxırıq. Qarşımızda 4466 metr yüksəklikdə yerləşən Bazardüzü zirvəsinə qədər uzun yüksəliş və daha sonra düşərgəyə geri qayıdış var.

Zirvə yürüşünün müddəti hava şəraitindən, qar və buz vəziyyətindən, görünüş məsafəsindən və qrupun fiziki hazırlığından asılı olaraq dəyişə bilər. Buna görə zirvə gününün dəqiq müddətini əvvəlcədən müəyyən etmək mümkün deyil.

Yürüş zamanı əsas məqsəd sürətli hərəkət etmək deyil, sabit temp saxlamaq və enerjini düzgün bölüşdürməkdir. Yüksəklik artdıqca nəfəs alma çətinləşə və hərəkət tempi yavaşlaya bilər. Bələdçi qrupun vəziyyətini və dağ şəraitini daim qiymətləndirərək hərəkət tempini müəyyən edir.

Əlverişli hava və təhlükəsiz marşrut şəraitində zirvəyə çatdıqda 4 466 metrlik Bazardüzü zirvəsində qısa fasilə verərək fotoşəkillər çəkirik və sonra düşərgəyə doğru enişə başlayırıq.

Zirvəyə çatmaq ekspedisiyanın yalnız bir hissəsidir. Eyni marşrutla təhlükəsiz şəkildə düşərgəyə qayıtmaq da zirvə gününün vacib hissəsidir.

Düşərgəyə qayıtdıqdan sonra istirahət edir, yemək yeyir və gecəni yenidən 3 250 metr yüksəklikdə çadırlarda keçiririk.

Bu günün əsas prinsipi sadədir: zirvə hədəfdir, təhlükəsizlik isə prioritetdir. Hava və ya marşrut şəraiti təhlükəli olarsa, zirvəyə davam etmək əvəzinə geri qayıtmaq qərarı verilə bilər.

 

3-cü gün – Düşərgə → Xınalıq → Bakı

Səhər düşərgə yığılır və Xınalıq istiqamətində eniş edilir.

Xınalıqda qısa istirahətdən sonra nəqliyyatla Bakıya qayıdırıq.



Bazardüzü marşrutu necə keçir?

Bazardüzü ekspedisiyasında akklimatizasiya niyə vacibdir?

Akklimatizasiya orqanizmin yüksəkliyə və oradakı daha aşağı oksigen təzyiqinə uyğunlaşması prosesidir.

Bazardüzü zirvəsi 4 466 metr yüksəklikdə yerləşir. Bu yüksəklikdə dəniz səviyyəsi ilə müqayisədə atmosfer təzyiqi əhəmiyyətli dərəcədə aşağıdır və orqanizm hər nəfəsdə daha az oksigen qəbul edir. Buna görə insan yüksəkliyə qalxdıqca nəfəs alma daha çətinləşə, fiziki performans azala və yorğunluq daha tez yarana bilər.

Bəzi insanlarda yüksəkliyə uyğunlaşma zamanı baş ağrısı, halsızlıq, başgicəllənmə, iştahasızlıq, yuxu pozuntusu və nəfəs darlığı kimi əlamətlər müşahidə oluna bilər. Bu reaksiyalar hər insanda eyni olmur və yaxşı fiziki formada olmaq da yüksəkliyə mütləq problemsiz uyğunlaşacağınız anlamına gəlmir.

Bazardüzüyə getməzdən əvvəl necə hazırlaşmaq olar?

Əgər əvvəllər yüksək dağlarda olmamısınızsa, ekspedisiyadan əvvəl 2 000, 3 000 və mümkün olduqda 3 500 metr yüksəkliklərdə yürüşlər etmək faydalı təcrübədir.

Məsələn, Xınalıq və ətrafındakı yüksək dağ marşrutlarında trekking etmək sizə həm yüksəklik şəraitini əvvəlcədən hiss etməyə, həm də orqanizminizin buna necə reaksiya verdiyini anlamağa imkan verir.

Bu yürüşlər Bazardüzü zirvəsinə uyğunlaşacağınıza zəmanət vermir, lakin öz fiziki imkanlarınızı daha yaxşı tanımağınıza və yüksəkliyə qarşı psixoloji hazırlığınızı artırmağınıza kömək edir.

Bazardüzü ekspedisiyasında akklimatizasiya necə baş verir?

Bizim standart ekspedisiya proqramında ilk gün Xınalıqdan yüksəkliyə qalxaraq təxminən 3 250 metr yüksəklikdə yerləşən düşərgədə gecələyirik. Bu, orqanizm üçün əvvəlki gecə ilə müqayisədə daha yüksək şəraitdə istirahət etmək imkanı yaradır.

Növbəti gün isə 4466 metrlik zirvəyə doğru hərəkət edirik.

Lakin burada vacib məqam odur ki, bir gecəlik qalmaq tam akklimatizasiya demək deyil. Yüksəkliyə uyğunlaşma fərdi prosesdir və insandan insana dəyişir.

Buna görə ekspedisiya zamanı özünüzü necə hiss etdiyinizi bələdçiyə mütləq bildirməlisiniz. Baş ağrısı, güclü halsızlıq, ürəkbulanma, başgicəllənmə və ya nəfəs alma ilə bağlı ciddi problem yaranarsa, bunu gizlətmək olmaz.

Dağda özünüzü yaxşı hiss etməmək zəiflik deyil. Təcrübəli bələdçi üçün iştirakçının vəziyyətini vaxtında bilmək düzgün qərar qəbul etməyin ən vacib hissələrindən biridir.

Ən vacib qayda isə budur: zirvə heç vaxt sağlamlığınızdan və təhlükəsizliyinizdən vacib deyil.

Bazardüzü ekspedisiyasında məqsəd sadəcə 4 466 metrə çatmaq deyil. Məqsəd dağ şəraitini düzgün qiymətləndirərək, öz imkanlarınızı nəzərə alaraq və təhlükəsiz şəkildə zirvəyə qalxıb geri qayıtmaqdır.

Müddət barədə vacib qeyd

Bizim tövsiyəmiz Bakıdan yola düşdüyünüz gün Xınalıqda gecələmək və ekspedisiyaya növbəti gün başlamaqdır. Bu variant orqanizmə Xınalığın təxminən 2 170 metr yüksəkliyinə uyğunlaşmaq, uzun yolun yorğunluğunu atmaq və növbəti gün yüksək dağ şəraitinə daha rahat başlamaq imkanı verir.

Bu halda ekspedisiyanın ümumi müddəti 4 gün olur:

1-ci gün: Bakı → Quba → Xınalıq və Xınalıqda gecələmə
2-ci gün: Xınalıq → Bazardüzü düşərgəsi
3-cü gün: Bazardüzü zirvəsi → düşərgə
4-cü gün: Düşərgə → Xınalıq → Bakı

Lakin praktikada qonaqlarımızın böyük hissəsi həftəsonundan istifadə edərək Bazardüzü ekspedisiyasına qatılır. İşdən əlavə bir gün icazə almaq hər kəs üçün mümkün olmadığından, standart proqramı 3 günə təşkil edirik.

Fiziki cəhətdən yaxşı hazırlanmış və yüksək dağ yürüşü təcrübəsi olan qruplar üçün isə ekspedisiyanı Bakıdan başlayaraq 2 gün ərzində də həyata keçirmək mümkündür. Bu variant daha intensiv proqramdır və yalnız qrupun fiziki hazırlığı, hava şəraiti və marşrut vəziyyəti buna imkan verdiyi halda tətbiq olunur.

Bizim üçün ekspedisiyanın neçə gün davam etməsindən daha vacib olan qrupun təhlükəsizliyi, yüksəkliyə uyğunlaşması və marşrut şəraitinin düzgün qiymətləndirilməsidir.

Bazardüzü marşrutunun əsas mərhələləri

Bazardüzü zirvə yürüşü bir gündə başlayıb birbaşa zirvəyə qalxmaqdan ibarət deyil. Ekspedisiya bir neçə əsas mərhələdən keçir və hər mərhələnin öz fiziki və praktiki xüsusiyyətləri var.

Mərhələ 1 — Xınalıq kəndindən dağ yolunun başlanğıcına

Ekspedisiya Xınalıq kəndindən başlayır. Təxminən 2170 metr yüksəklikdə yerləşən Xınalıq Bazardüzü ekspedisiyasının əsas başlanğıc nöqtələrindən biridir.

Buradan 4x4 nəqliyyat vasitəsi ilə dağın daha yüksək hissəsinə qalxılır. Dağ yolu təxminən 2900–2 950 metr yüksəklikdə başa çatır. 25 km məsafə 2 saat zaman alır.

Bu mərhələdə əsas məqsəd avtomobillə mümkün qədər yüksəkliyə qalxaraq piyada yürüşün başlanğıc nöqtəsinə çatmaqdır.

Mərhələ 2 — 4x4 yolunun sonundan yüksək dağ düşərgəsinə

Təxminən 2 900–2 950 metr yüksəklikdən sonra ekspedisiya piyada davam edir.

Bu hissədə iştirakçılar təxminən 4 km məsafəni dağ cığırı ilə, şəxsi çantaları ilə yürüyərək təxminən 3 250 metr yüksəklikdə yerləşən düşərgəyə çatırlar.

Bu mərhələ xüsusilə vacibdir, çünki artıq yüksəklik daha çox hiss olunur. Yürüş zamanı sürəti düzgün bölüşdürmək və enerjini zirvə gününə saxlamaq lazımdır.Bu mərhələ Yatıq çayın sahili ilə hərdə çay keçmək və hərdən buz kütlələrinin üzəri ilə davam edir. Bu hissəsni qrupun iştirakçıları yüklərini özü daşıyır.

Mərhələ 3 — Yüksək dağ düşərgəsində gecələmə

Təxminən 3 250 metr yüksəklikdə düşərgə qurulur. Burada iştirakçılar istirahət edir və növbəti günün zirvə yürüşünə hazırlaşırlar.

Düşərgədə gecələmək həm fiziki bərpa, həm də yüksəklik şəraitinə uyğunlaşmaq baxımından mühüm mərhələdir.

Zirvə günü çox erkən başladığı üçün gecə istirahəti mümkün qədər düzgün planlaşdırılmalıdır. Düşərgəyə gəldikdən sonra axşam yeməyini erkən yeyib düşərgədən yuxarıda bir az gəzməyiniz sizin gecə yatmagınızı dahada rahatlaşdıracaq.

Mərhələ 4 — Zirvə yürüşü: 3 250 metrdən 4 466 metrə

Bu, Bazardüzü ekspedisiyasının əsas və ən tələbkar mərhələsidir. Zirvə yürüşü adətən səhər erkən saatlarda başlayır. Marşrutun çətinliyi qar və buzun vəziyyətindən, hava şəraitindən, görünüşdən və qrupun fiziki vəziyyətindən asılı olaraq dəyişə bilər.

3 250 metr yüksəklikdə yerləşən düşərgədən çıxdıqdan sonra zirvəyə doğru mərhələli şəkildə yüksəlirik. Bu hissəni daha yaxşı başa düşmək üçün zirvə yolunu bir neçə kiçik mərhələyə bölmək olar.

3 250 m — Düşərgədən çıxış

Səhər erkən saatlarda düşərgədən çıxaraq Bazardüzü zirvəsinə doğru hərəkətə başlayırıq. Bu saatlarda hava daha soyuq ola bilər və baş fənəri vacib avadanlıqlardan biridir.

İlk hissədə əsas məqsəd sürəti artırmaq deyil, enerjini düzgün bölmək və sabit temp saxlamaqdır.

Dağın ətəyindəki bulaq

Zirvə yolunun ilk hissələrindən biri dağın ətəyində yerləşən gözəl bulağa qədər davam edir. Burada qısa fasilə vermək, su qəbul etmək və növbəti hissəyə hazırlaşmaq mümkündür.

Bundan sonra marşrutun daha fiziki cəhətdən tələbkar hissələrindən biri başlayır.

Ziqzaqlar — ən çox səbr tələb edən hissə

Bulaqdan sonra marşrut ziqzaq şəklində yüksəlməyə başlayır. Bu hissə bir çox iştirakçının ən çox yorulduğu və psixoloji olaraq çətinlik çəkdiyi bölmələrdən biridir.

Hündürlük artdıqca nəfəs almaq çətinləşə və hər addım daha çox enerji tələb edə bilər. Buna görə bu hissədə tələsməmək, sabit temp saxlamaq və enerjini qorumaq xüsusilə vacibdir.

4 000 m — İstirahət nöqtəsi

Ziqzaqları keçdikdən sonra təxminən 4 000 metr yüksəklikdə yerləşən istirahət nöqtəsinə çatırıq.

Bu nöqtə ekspedisiyanın mühüm mərhələlərindən biridir. Buraya qədər gələn iştirakçı artıq marşrutun böyük və çətin hissələrindən birini geridə qoymuş olur. Burada qısa istirahət edib vəziyyəti qiymətləndiririk və zirvəyə doğru davam edirik.

4 000 metrə çatmaq zirvəyə çatmağa zəmanət vermir, lakin iştirakçının bu yüksəkliyə qədər olan hissəni uğurla keçməsi onun zirvəyə çatmaq şansının artdığını göstərir.

4 100 m — Telefon siqnalının çatdığı nöqtə

Növbəti mərhələdə təxminən 4 100 metr yüksəklikdə telefon siqnalının yenidən tutulduğu hissəyə çatırıq.

Bu nöqtədən etibarən Bazardüzü zirvəsi artıq daha aydın görünə bilər. Qarşınızda 4 466 metrlik zirvəni görmək həm fiziki, həm də psixoloji baxımdan əlavə motivasiya yaradır.

Burada qısa fasilədən sonra son hissəyə doğru hərəkəti davam etdiririk.

4 200 m — Zirvəyə son yüksəliş

Təxminən 4 200 metr yüksəklikdən sonra artıq zirvəyə gedən son və daha tələbkar hissəyə daxil oluruq.

Bu mərhələdə yüksəklik daha çox hiss olunur və tempimizi qrupun vəziyyətinə uyğunlaşdırırıq. Hava şəraiti, qar və buzun vəziyyəti burada marşrutun çətinliyinə ciddi təsir göstərə bilər.

4 466 m — Bazardüzü zirvəsi

Nəhayət, bütün bu mərhələləri keçdikdən sonra 4 466 metr yüksəklikdə yerləşən Bazardüzü zirvəsinə çatırıq.

Bu an ekspedisiyanın ən yaddaqalan hissəsidir. Zirvədə qısa müddət dayanaraq istirahət edir, fotoşəkillər çəkir və hava şəraitinə uyğun olaraq geri dönüşə hazırlaşırıq.

Ancaq burada vacib bir məqamı unutmaq olmaz: zirvəyə çatmaq ekspedisiyanın sonu deyil. Təhlükəsiz şəkildə geri qayıtmaq da zirvə yürüşünün ayrılmaz hissəsidir.

Bazardüzü yolunda hər metr eyni hiss olunmur. 3 250 metrdən başlayan yürüş bulaq, ziqzaqlar, 4 000 metrlik istirahət nöqtəsi, 4 100 metrdə telefon siqnalı, 4 200 metrlik son yüksəliş və nəhayət 4 466 metrlik zirvə ilə davam edir. Bu mərhələlərin hər biri iştirakçıdan səbr, düzgün temp və enerjini idarə etməyi tələb edir.

Mərhələ 5 — Zirvədən düşərgəyə qayıdış

Zirvəyə çatmaq ekspedisiyanın sonu deyil. 4 466 metrlik Bazardüzü zirvəsindən təhlükəsiz şəkildə düşərgəyə qayıtmaq da ekspedisiyanın ən vacib hissələrindən biridir.

Zirvədə qısa fasilədən və fotoşəkillərdən sonra eyni marşrutla düşərgəyə doğru enməyə başlayırıq. Enış adətən qalxışdan daha sürətli və fiziki olaraq daha rahat olur. Lakin bu, enişin risksiz olduğu anlamına gəlmir.

Əksinə, dağ yürüşlərində qəza və yıxılma halları çox vaxt iştirakçının yorulduğu və diqqətinin azaldığı eniş zamanı baş verə bilər. Zirvəyə çatdıqdan sonra yaranan yorğunluq, sürətlə enmək istəyi, sürüşkən qar və ya daşlı səthlər diqqətli olmağı xüsusilə vacib edir.

Bu səbəbdən eniş zamanı da tələsməmək, ayaq addımlarına diqqət etmək və bələdçinin göstərişlərinə əməl etmək lazımdır. Qrupun bir yerdə hərəkət etməsi və iştirakçıların vəziyyətinin nəzarətdə saxlanılması təhlükəsizlik baxımından önəmlidir.

Düzgün temp saxlanıldıqda zirvədən düşərgəyə qayıdış adətən qalxışdan xeyli daha sürətli başa çatır. Lakin əsas məqsəd mümkün qədər tez düşmək deyil, zirvədən düşərgəyə təhlükəsiz şəkildə çatmaqdır.

Bazardüzü ekspedisiyasında zirvə uğuru yalnız 4 466 metrə çatmaqla ölçülmür. Əsl uğur bütün qrupu təhlükəsiz şəkildə zirvədən aşağı endirmək və düşərgəyə qaytarmaqdır.

 

Mərhələ 6 — Düşərgədən Xınalığa və Bakıya qayıdış

Növbəti mərhələdə düşərgə yığılır və qrup piyada şəkildə təxminən 2 900–2 950 metr yüksəklikdəki nəqliyyat nöqtəsinə enir.

Buradan 4x4 nəqliyyat vasitəsi ilə Xınalıq kəndinə qayıdılır və daha sonra Bakı istiqamətində yol davam edir.

Beləliklə, Bazardüzü ekspedisiyası Xınalıqdan başlayan, yüksək dağ düşərgəsi və 4 466 metrlik zirvə yürüşü ilə davam edən və təhlükəsiz şəkildə Xınalıq və Bakıya qayıdışla tamamlanan mərhələli dağ ekspedisiyasıdır.

 

Bazardüzü ekspedisiyası üçün hansı avadanlıqlar lazımdır?

Bazardüzü zirvəsinə hazırlıq zamanı düzgün avadanlıq seçimi həm rahatlıq, həm də təhlükəsizlik baxımından çox vacibdir.

Bazardüzü 4 466 metr yüksəklikdə yerləşir və dağda hava şəraiti qısa müddətdə dəyişə bilər. Buna görə hətta yay ekspedisiyasında belə isti, külək və yağışa qarşı qoruyucu geyimləri yanınızda saxlamaq lazımdır.

Geyim və şəxsi avadanlıq

Əsas geyim və şəxsi avadanlıqlar:

  • trekking və ya dağ çəkmələri;

  • su keçirməyən və küləyə davamlı gödəkçə;

  • fleece və ya polar;

  • termal alt geyim;

  • trekking şalvarı;

  • isti papaq;

  • isti və suya davamlı əlcəklər;

  • gün eynəyi;

  • günəş kremi;

  • şəxsi dərmanlar;

  • baş fənəri;

  • su qabı və ya su sistemi.

Ayaqqabı seçiminə xüsusi diqqət yetirin. Çəkmələriniz ayağınıza uyğun olmalı və ekspedisiyadan əvvəl istifadə edilmiş olmalıdır. Yeni ayaqqabı ilə birbaşa Bazardüzü ekspedisiyasına gəlmək ayaqda su toplaması və ağrıya səbəb ola bilər.

Çantalar

Ekspedisiya üçün iki müxtəlif çantadan istifadə etmək daha rahatdır:

60–65 litrlik əsas bel çantası – düşərgə üçün lazım olan şəxsi əşyalarınızı, isti geyimləri, yataq ləvazimatlarını və digər avadanlıqları daşımaq üçün.

30–40 litrlik zirvə çantası – zirvə günü əsas çantanın böyük hissəsini düşərgədə saxlayaraq yalnız gün ərzində lazım olacaq avadanlıqları özünüzlə götürmək üçün.

Zirvə çantasına adətən su, isti geyim, yağış və küləkdən qoruyucu geyim, şəxsi əşyalar, enerji verən qidalar, baş fənəri və hava şəraitindən asılı olaraq əlavə dağ avadanlığı qoyulur.

Düşərgə avadanlığı

Bazardüzü ekspedisiyasında düşərgə üçün:

  • yuxu tulumu;

  • yatmaq üçün mat və ya karrimat;

  • çadır;

  • trekking çomaqları;

  • tozluq (gaiters);

  • yemək bişirmə dəsti;

  • şəxsi yemək və qəlyanaltılar

lazım ola bilər.

Çadır, mat, qaz və yemək bişirmə avadanlığının hansı hissəsinin təşkilatçı tərəfindən təmin edildiyini ekspedisiyadan əvvəl dəqiqləşdirmək yaxşıdır.

Krampon və buz baltası mütləq lazımdırmı?

Hər Bazardüzü ekspedisiyasında krampon və buz baltası mütləq lazım olmur.

Xüsusilə yay aylarında qarın böyük hissəsi əriyir və normal şəraitdə zirvə marşrutunun bir çox hissəsində bu avadanlıqlara ehtiyac yaranmır.

Lakin dağ şəraiti tarixə görə dəyişə bilər. Məsələn, yay aylarında belə güclü qar yağarsa və ya temperatur aşağı düşərək əvvəlki qar örtüyünü dondurarsa, marşrutun müəyyən hissələri sərtləşə və sürüşkən ola bilər. Belə vəziyyətdə kramponsuz hərəkət etmək təhlükəli və ya ümumiyyətlə mümkün olmaya bilər.

Buna görə krampon və buz baltası məsələsini ekspedisiyadan bir neçə gün əvvəl bələdçinizlə dəqiqləşdirmək ən doğru yanaşmadır.

Bələdçi həmin tarixdəki hava proqnozunu, qar örtüyünü, temperaturu və marşrutun real vəziyyətini qiymətləndirərək hansı avadanlığın lazım olduğunu müəyyən edə bilər.

Dağ avadanlığında əsas prinsip budur: avadanlığı təqvimə görə deyil, real dağ şəraitinə görə seçmək lazımdır.

Bazardüzü üçün iyul və ya avqust ayı olması kramponun mütləq lazım olmayacağına zəmanət vermir. Eyni şəkildə, yay ekspedisiyası olması isti geyimlərə ehtiyac olmadığı anlamına gəlmir.

Bazardüzü üçün qısa avadanlıq siyahısı

Şəxsi avadanlıq:

  • Dağ çəkməsi

  • Trekking çomaqları

  • 30–40 L zirvə çantası

  • 60–65 L əsas çanta

  • Baş fənəri

  • Su qabı

  • Gün eynəyi

  • Günəş kremi

  • Şəxsi dərmanlar

Geyim:

  • Termal alt geyim

  • Fleece/polar

  • Külək və su keçirməyən gödəkçə

  • Trekking şalvarı

  • İsti papaq

  • Əlcək

  • Ehtiyat corab

Düşərgə:

  • Çadır

  • Yuxu tulumu

  • Mat

  • Yemək bişirmə dəsti

  • Şəxsi qida və qəlyanaltılar

Şəraitdən asılı olaraq:

  • Krampon

  • Buz baltası

  • Tozluq (gaiters)

Qar və buz şəraitindən asılı olaraq krampon və buz baltası da tələb oluna bilər. Buna görə ekspedisiyadan bir neçə gün əvvəl marşrutun vəziyyəti və hava şəraiti yenidən qiymətləndirilməlidir.

Ekspedisiyadan əvvəl avadanlıqlarınızı bələdçinizlə birlikdə yoxlamağınız məsləhətdir. Bazardüzü kimi yüksək dağlarda düzgün avadanlıq bəzən rahatlıq məsələsi deyil, təhlükəsizlik məsələsidir.

 

Bazardüzü zirvəsində hava necə olur?

Bazardüzü zirvəsi 4 466 metr yüksəklikdə yerləşir. Buna görə zirvədə hava şəraiti Bakı və hətta Xınalıqla müqayisədə tamamilə fərqli ola bilər.

Bakı və ya Xınalıqda havanın günəşli və sakit olması Bazardüzü zirvəsində də eyni hava şəraitinin olacağı anlamına gəlmir. Yüksəklik artdıqca temperatur aşağı düşür, küləyin gücü arta və hava şəraiti çox qısa müddətdə dəyişə bilər.

Hətta yay aylarında Bazardüzü ərazisində aşağıdakı şəraitlə qarşılaşmaq mümkündür:

  • güclü və soyuq külək;

  • aşağı temperatur;

  • qar və ya qar yağışı;

  • duman;

  • zəif görünüş;

  • yağış;

  • buzlu və sürüşkən səthlər;

  • qəfil hava dəyişiklikləri.

Bazardüzüdə hava nə qədər tez dəyişə bilər?

Yüksək dağlarda hava şəraiti bəzən çox sürətlə dəyişir. Bazardüzüdə 5–10 dəqiqə ərzində əvvəlcə aydın görünən marşrut dumanla örtülə və görünüş məsafəsi kəskin şəkildə azala bilər.

Belə vəziyyətdə əvvəlcədən görünən cığır artıq etibarlı istiqamət göstəricisi olmaya bilər. Buna görə Bazardüzü ekspedisiyasında yalnız cığırı izləmək kifayət etmir. Marşrutu və hava şəraitini düzgün qiymətləndirmək təcrübə tələb edir.

Hava proqnozuna güvənmək olarmı?

Ekspedisiyadan əvvəl hava proqnozlarını yoxlamaq vacibdir. Biz də səfərdən əvvəl temperatur, külək, yağıntı və qar şəraiti ilə bağlı məlumatları nəzərdən keçiririk.

Lakin yüksək dağlarda proqnoz həmişə real vəziyyəti tam əks etdirməyə bilər. Xüsusilə külək və görünüş şəraiti dağda proqnozlaşdırılandan fərqli ola bilər.

Buna görə hava proqnozu qərar vermək üçün vacib məlumatdır, lakin yeganə meyar deyil. Bələdçini şəxsi təcrübəsindən də yararlanmaq lazımdır.

Ekspedisiya zamanı bələdçi real hava şəraitini, marşrutun vəziyyətini, qar və buz örtüyünü, görünüşü və qrupun fiziki vəziyyətini birlikdə qiymətləndirir.

Əgər şərait təhlükəli olarsa, zirvəyə qalxışı dayandırmaq və ya geri qayıtmaq qərarı verilə bilər.

Bazardüzüyə yayda gedirəmsə, isti geyimə ehtiyac varmı?

Mütləq.

“Yaydır, hava isti olacaq” düşüncəsi Bazardüzü üçün doğru yanaşma deyil. 4 466 metr yüksəklikdə temperatur aşağı ola bilər və güclü külək insanın bədən temperaturunu daha da sürətlə aşağı sala bilər.

Buna görə yay ekspedisiyasında belə termal alt geyim, fleece və ya polar, külək və su keçirməyən gödəkçə, isti papaq və əlcək kimi avadanlıqlar çantada olmalıdır.

Bazardüzü ekspedisiyasında məqsəd yalnız yaxşı hava olan günə hazırlaşmaq deyil. Dağın sizə göstərə biləcəyi müxtəlif hava şəraitinə hazır olmaqdır.

Unutmayın: Bazardüzüdə zirvəyə gedən marşrutu hava müəyyən edir. Təcrübəli bələdçinin əsas vəzifələrindən biri də hava və dağ şəraitindəki dəyişiklikləri vaxtında görmək və qrup üçün ən təhlükəsiz qərarı verməkdir.

 

Bazardüzü ekspedisiyasına nə vaxt getmək daha yaxşıdır?

Bazardüzü zirvəsinə qalxmaq üçün mövsüm seçimi çox vacibdir.

Yay və erkən payız dövründə hava şəraiti adətən daha əlverişli olur və qar şəraiti daha az çətinlik yarada bilər. Lakin dağ şəraitinin ildən-ilə dəyişdiyini nəzərə almaq lazımdır.

İyun iyul, avqust və sentyabr ayları Bazardüzü ekspedisiyaları üçün ən çox seçilən dövrlərdəndir.

Bununla belə, zirvə ekspedisiyasının keçirilib-keçirilməməsi yalnız təqvimə deyil, həmin tarixdəki hava, qar, külək və marşrut şəraitinə əsasən müəyyən edilir.

 

Bazardüzü zirvə günü sizi nə gözləyir?

Zirvə günü ekspedisiyanın ən erkən başlayan hissəsidir.

Səhər tezdən düşərgədən çıxılır. İlk saatlarda temperatur aşağı və hava qaranlıq ola bilər. Buna görə baş fənəri vacib avadanlıqlardan biridir.Çıxış vaxtını bələdçi təyin edir.

Yüksəklik artdıqca yürüş daha yavaş tempdə davam edir. Məqsəd mümkün qədər sürətli getmək deyil, sabit temp saxlamaq və enerjini zirvəyə qədər qorumaqdır.

Bazardüzü zirvəsinə çatdıqda sizi Azərbaycanın ən yüksək nöqtələrindən birində möhtəşəm Qafqaz mənzərəsi gözləyir.

 

Bazardüzü ekspedisiyasına kimlər qoşula bilər?

Bazardüzü zirvəsi fiziki cəhətdən sağlam, uzun dağ yürüşlərinə hazır və yüksəklik şəraitinə uyğunlaşmağa hazırlıqlı insanlar üçün uyğundur.

Əvvəllər yüksək dağlarda trekking və ya uzunmüddətli dağ yürüşlərində iştirak etmək üstünlükdür, lakin Bazardüzüyə qalxmaq üçün mütləq peşəkar alpinizm təcrübəsi tələb olunmur. Marşrut texniki alpinizm baxımından mürəkkəb olmasa da, 4466 metr yüksəklik, uzun yürüş və dəyişkən hava şəraiti ekspedisiyanı fiziki cəhətdən tələbkar edir.

Əgər ilk dəfə 4 000 metrdən yüksək zirvəyə qalxırsınızsa, ekspedisiyadan əvvəl fiziki hazırlığa, yüksəklik təcrübəsinə və düzgün avadanlıq seçiminə xüsusi diqqət yetirməyiniz məsləhətdir.

Ən vacib məqam isə qrupun və hər bir iştirakçının real vəziyyətinin nəzərə alınmasıdır. Zirvəyə qalxmaq qərarı hava şəraiti, marşrutun vəziyyəti, fiziki hazırlıq və iştirakçının yüksəklikdə özünü necə hiss etməsindən asılı olaraq dəyişə bilər.

 

Bazardüzü ekspedisiyasına hazırlaşmaq üçün son məsləhətlər

Bazardüzü zirvəsinə qalxmaq sadəcə bir trekking turu deyil. Bu, 4 466 metr yüksəklikdə fiziki və psixoloji dözümlülük, düzgün hazırlıq və təhlükəsizlik tələb edən əsl dağ ekspedisiyasıdır.

Uğurlu və təhlükəsiz Bazardüzü zirvə yürüşü üçün ekspedisiyadan əvvəl aşağıdakı məqamlara diqqət yetirin:

  1. Fiziki hazırlığa əvvəlcədən başlayın. Uzun yürüşlərə, yoxuşlara və yüksəklik şəraitinə bədəninizi tədricən hazırlayın.

  2. Dağ çəkmələrinizi əvvəlcədən istifadə edin. Yeni ayaqqabı ilə ekspedisiyaya gəlməyin. Çəkmələr ayağınıza uyğunlaşmalı və uzun yürüş zamanı rahat olmalıdır.

  3. Kifayət qədər su götürün. Uzun və fiziki cəhətdən tələbkar yürüş zamanı maye qəbuluna diqqət yetirmək vacibdir.

  4. Hava şəraitinə uyğun geyinin. Bazardüzüdə hava sürətlə dəyişə bilər. Külək, soyuq, yağış, qar və zəif görünüş ehtimalına hazır olun.

  5. Avadanlıqlarınızı əvvəlcədən yoxlayın. Baş fənəri, geyim, çanta, trekking çomaqları, yataq ləvazimatları və digər avadanlıqların işlək vəziyyətdə olduğundan əmin olun.

  6. Yüksəkliyə uyğunlaşmağa vaxt ayırın. Mümkündürsə, ekspedisiyadan əvvəl 2 000–3 000 metr və daha yüksək dağ yürüşlərində iştirak edin və orqanizminizin yüksəklik şəraitinə reaksiyasını müşahidə edin.

  7. Bələdçinin göstərişlərinə əməl edin. Marşrut, hava şəraiti, temp və təhlükəsizliklə bağlı qərarlar dağ şəraitinə uyğun olaraq dəyişə bilər.

  8. Özünüzü pis hiss etdikdə bunu gizlətməyin. Baş ağrısı, güclü halsızlıq, başgicəllənmə, nəfəs darlığı və ya digər narahatlıq hiss etdikdə dərhal bələdçiyə məlumat verin.

  9. Zirvə uğrunda təhlükəsizliyi heç vaxt ikinci plana keçirməyin. Bəzən hava, marşrut və ya qrupun vəziyyəti zirvəyə davam etməyə imkan verməyə bilər. Belə hallarda geri qayıtmaq düzgün və peşəkar qərardır.

Əsas məqsəd zirvəyə çatmaqla bitmir

Bazardüzü ekspedisiyasının əsas məqsədi yalnız 4 466 metr yüksəklikdə zirvə fotosu çəkmək deyil. Əsas məqsəd zirvəyə təhlükəsiz qalxmaq və eyni təhlükəsizliklə geri qayıtmaqdır.

Düzgün fiziki hazırlıq, uyğun avadanlıq, yüksəklik təcrübəsi, dəyişkən hava şəraitinə hazırlıq və təcrübəli dağ bələdçisinin müşayiəti ekspedisiyanın daha təhlükəsiz və uğurlu keçməsinə kömək edir.

 

Bazardüzü zirvəsinə hazırsınız?

Mount Bazarduzu Expedition Azərbaycanın ən yüksək zirvəsinə aparan unudulmaz dağ macərasıdır. Xınalıq kəndindən başlayan marşrut, yüksək dağ düşərgəsi və 4 466 metrlik Bazardüzü zirvəsi bu ekspedisiyanı Qafqazda xüsusi trekking və summit təcrübəsinə çevirir.

AMG Team olaraq Bazardüzü ekspedisiyalarını yerli və təcrübəli dağ bələdçiləri ilə təşkil edirik. Marşrutun planlaşdırılması, zəruri icazələrin alınması, nəqliyyat, yüksək dağ düşərgəsinin təşkili və zirvə yürüşünün təhlükəsiz şəkildə həyata keçirilməsində qonaqlarımızı müşayiət edirik.

Əgər siz də Bazardüzü zirvəsinə qalxmaq, 4 466 metr yüksəklikdə Qafqaz dağlarının möhtəşəm mənzərəsini yaşamaq və Azərbaycanın ən yüksək zirvəsini fəth etmək istəyirsinizsə, ekspedisiyaya əvvəlcədən hazırlaşmağa başlayın.

Bazardüzü sizi gözləyir. Zirvəyə gedən yol hazırlıqdan başlayır. Əgər hazırsınızsa bizimlə əlaqə saxlayın və Aşağıdakı tur programımızla tanış ola bilərsiz.

Paylaş
Babək Orabanlı

Babək Orabanlı

Babək İsgəndərov (Orabanlı) – Peşəkar dağçı, dağ bələdçisi və təlimçi. 15 illik təcrübəyə malikdir, 100-dən çox zirvəyə qalxıb. Azərbaycanın ən yüksək zirvəsi Bazardüzü dağına qışda solo dırmanan ilk azərbaycanlıdır. Dağçılıq və bələdçilik sahəsində müxtəlif beynəlxalq kursları bitirib.

Rəylər (0)

Rəy Bildirin

English