Bloq
9

Qələbin Şəlalələri – Lerikin Təbiət Möcüzəsi

Azərbaycanın cənub bölgəsi füsunkar təbiəti, yaşıl meşələri və şəlalələri ilə tanınır. Lerik rayonunun Piran bölgəsində, Qələbin kəndi yaxınlığında yerləşən Qələbin şəlalələri bu möhtəşəm mənzərələrdən biridir. Təbiətsevərlərin, fotoqrafların və macərapərəstlərin diqqətini cəlb edən bu möhtəşəm məkan, səhər günəşi altında da, yağışlı havada da ecazkar görünür. Bu yazıda sizi Qələbin kəndi və onun möcüzəvi şəlalələri ilə tanışdıracağıq.

Qələbin Şəlalələri – Lerikin Təbiət Möcüzəsi



Qələbin kəndi Talış dağlarının qoynunda, dəniz səviyyəsindən 893 metr yüksəklikdə yerləşən sakit və təbiətlə əhatə olunmuş bir guşədir. Burada saf hava, sərin bulaqlar və mehriban insanlarla rastlaşmaq mümkündür. Kənd sakinləri əsasən heyvandarlıq, əkinçilik və arıçılıqla məşğul olur. Son illərdə turizm də bu kəndin iqtisadiyyatında önəmli yer tutmağa başlayıb. Səyahətçilər burada qonaqpərvər kənd sakinlərinin evində qalaraq yerli mədəniyyət və həyat tərzi ilə yaxından tanışa bilər.


 

Qələbin kəndi yaxınlığında Veriçayın üzərində iki möhtəşəm şəlalə yerləşir. Eyni çay üzərində yerləşən bu şəlalələr biri Aşağı, digəri isə Yuxarı şəlalə adlanır. Hər ikisi füsunkar görünüşə, gur sulara və ecazkar təbiət mənzərəsinə malikdir. Şəlalələrin yüksəkliyi təqribən 40-50 metrdir. Aşağı şəlaləyə getmək olduqca asandır. Maşın yolu bu məkanadək uzanır, və şəlalənin yaxınlığında taxta masa və oturacaqlar yerləşir. Burada dayanaraq suyun səsindən həzz ala, ailəniz və dostlarınızla piknik edə bilərsiniz. Macəra axtaranlar üçün Yuxarı şəlalə daha maraqlıdır. Buraya çatmaq üçün təxminən 1 kilometr uzunluğunda bir cığırla yürümək lazımdır. Yolu nisbətən dik olsa da, gediş boyu qarşınıza çıxan meşəliklər, qayalar və sürpriz təbiət görünüşləri bu səyahəti daha da maraqlı edir. Xüsusilə yuxarı şəlalənin orta hissəsində yerləşən qaya boşluğu buranı daha da fürsətli edir. Burada dayanaraq suyun axınının gücünü hiss edib, təbiətin gözəlliyindən həzz ala bilərsiniz.


Hər fəsildə fərqli gözəlliyə sahib olan Qələbin şəlalələrini payızda ziyarət etdikdə saralmış yarpaqlar arasından dökülən suyun məftunedici görünüşünə tamaşa edə bilərsiniz. Yazda isə burada suyun axını daha da gücülənir və ətraf təbiət canlanır. Əgər sız də unudulmaz bir təbiət təcrübəsi yaşamaq, saf havadan həzz almaq və möcüzəvi mənzərələrə şahid olmaq istəyirsinizsə, Lerik rayonunun bu gözəl guşəsinə mütləq səfər edin!

Rəylər (0)

Rəy Bildirin

English