Popular Orta-Çətin May-Noyabr

Bazardüzü Zirvə Ekspedisiyası – 3 Gün

Şahdağ Milli Parkı 3 Gün Max 14 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

4466m Zirvə
3 Gün
2170m Başlangıc
3250 m Düşərgə

Azərbaycanın ən yüksək zirvəsi olan 4466 metrlik Bazardüzüyə unudulmaz dağ ekspedisiyasına çıxın. Xınalıqdan başlayan marşrut yüksək dağ mənzərələri, düşərgə həyatı və Böyük Qafqazın möhtəşəm təbiəti ilə sizi zirvəyə aparır. Təcrübəli bələdçi müşayiəti ilə təşkil olunan bu 3 günlük ekspedisiya macəra və dağ yürüşünü sevənlər üçün ideal seçimdir.

Professional bələdçi
Daxil deyil
Daxildir
Foto və Video

Zirvə turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən zirvəyə ilk dəfə yola düşənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

1-ci Gün: Bakı-Xınalıq-Şahyaylaq-Düşərgə 3250 m

Bakıdan Quba şəhərinə yola düşürük. Yol təxminən 3 saat davam edir. Qubada son alış-verişimizi etdikdən sonra Xınalıq kəndinə doğru hərəkət edirik. Xınalığa çatdıqdan sonra dağ nəqliyyat vasitələri ilə Bazardüzü marşrutunun başlanğıc nöqtəsinə yola düşürük. Təxminən 2 saatlıq yolun ardından 2 900 metr yüksəklikdə yerləşən birinci düşərgəyə çatırıq.

Burada son hazırlıqlarımızı tamamlayır, düşərgə üçün lazım olan yükləri götürür və piyada şəkildə 3 250 metr yüksəklikdə yerləşən ikinci düşərgəyə doğru hərəkət edirik. Bu hissə təxminən 2 saat davam edir. İkinci düşərgəyə çatdıqdan sonra çadırlarımızı qurur və növbəti gün Bazardüzü zirvəsinə qalxışa hazırlaşırıq.

2-ci Gün: Düşərgə -Bazardüzü zirvəsi - Düşərgə

Səhər saat 04:00-da 4 466 metr hündürlüyündə yerləşən Bazardüzü zirvəsinə doğru yürüşə başlayırıq. Zirvəyə qalxış hava və marşrut şəraitindən asılı olaraq təxminən 7–8 saat davam edir. Zirvədə qısa fasilə verərək şəkillər çəkdirir və möhtəşəm Böyük Qafqaz mənzərələrindən zövq alırıq. Daha sonra eyni marşrutla düşərgəyə enirik. Eniş təxminən 4–5 saat davam edir və gecəni 3 250 metr yüksəklikdə yerləşən düşərgədə çadırda keçiririk.

3-cü Gün: Düşərgə -Xınalıq- Bakı

Səhər yeməyindən sonra çadırlarımızı toplayırıq və saat 10:00-da düşərgədən avtomobillərin dayandığı nöqtəyə doğru enişə başlayırıq. Buradan dağ nəqliyyat vasitələri ilə Xınalıq kəndinə qayıdırıq. Xınalıqda nəqliyyat vasitələrimizi dəyişərək Bakıya doğru hərəkət edirik və Bazardüzü ekspedisiyamızı tamamlayırıq.

Tura Daxil Olan Xidmətlər:
  • Bakı — Quba — Xınalıq kəndi — Bakı (Vita, Sprinter avtobusu)
  • Xınalıq kəndi — Şahyaylaq — Düşərgə — Xınalıq kəndi (QAZ-66 və ya 4×4 dağ maşınları)
  • Dağ bələdçisi ( 7 nəfərə 1 bələdçisi)
  •  Çadır və mat təminatı
  • Düşərgədə isti suyun təşkili
  • Zirvəyə çıxmış iştirakçılara sertifikat verilməsi
  • Şahdağ Milli Parkına giriş biletləri
  • İcazələr və Rəsmi Qeydiyyatlar:
  • Şahdağ Milli Parkına giriş icazəsi
  • Dövlət Sərhəd Xidmətindən icazə

  • Fövqəladə Hallar Nazirliyindən icazə

Tura Daxil Olmayan Xidmətlər:
  • Fərdi xərclər

  • Şəxsi səyahət sığortası

  • Qidalanma və ərzaq

  • Proqram xaricində olan fərdi istəklər

  • Şəxsi dağçılıq ləvazimatları

Lazım Olan Ləvazimatlar:

Dağ ayaqqabısı, su keçirməz isti şalvar (Gore-Tex), Su keçirməz isti gödəkçə (Gore-Tex), yataq kisəsi, yürüş çomaqları,yemək bişirmə ləvazimatları, qaz başlığı və balon, çadır, baş fənəri, tozluq, papaq, eynək, əlcək, corab, termo içlik, polar gödəkcə, mat, çadır və.s

Əlavə Məlumatlar və Şərtlər
  • Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur. Bu müddət ərzində iştirakçılar pasport surətini təqdim etməlidirlər ki, Şahdağ Milli Parkı və Dövlət Sərhəd Xidmətindən icazə alınsın.

  • Rezervasiyanın Ləğvi və Geri Ödəniş:

    • Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.

    • 15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).

    • 7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.

    • 5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.

  • Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.

  • Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.

  • Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.

  • Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.

  • Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

  • Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.

İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxil deyil
English