Popular Orta-Çətin May-Noyabr

Kəpəz Zirvəsi – Gün Doğumu Zirvə Turu

Göygöl Milli Parkı 1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

3066 m Zirvə
Gediş-dönüş 7km Məsafə
1 Gün

Kiçik Qafqazın incisi – Kəpəz dağı (3066 m) möhtəşəm təbiəti və əsrarəngiz mənzərələri ilə Azərbaycanın ən gözəl zirvələrindən biridir. Göygöl Milli Parkının ətrafında ucalan Kəpəz, xüsusilə günün ilk işıqlarında tamamilə fərqli və sehrli görünür. Bu turda yürüşümüzü gecə saatlarında başlayaraq Kəpəz zirvəsinə gün doğumundan əvvəl çatmağı hədəfləyirik. Zirvədə günəşin ilk şüalarının Kiçik Qafqaz dağlarını işıqlandırmasını izləmək bu yürüşün ən unudulmaz anlarından biri olacaq. 3066 metr yüksəklikdə günəşin doğuşunu qarşılamaq, ətrafdakı dağların və vadilərin tədricən işığa bürünməsini seyr etmək sizə təbiətlə baş-başa qalacağınız xüsusi bir təcrübə bəxş edəcək. Aydın havada zirvədən açılan möhtəşəm dağ mənzərələri bu macəranı daha da xüsusi edir.

Professional bələdçi
Daxildir
Foto və Video

Hiking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə yola gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:

 19:30 – Əvvəlcədən təyin edilmiş yerdə toplaşma

 20:00 – Bakıdan çıxış

01:00 – Toğana kəndinə çatırıq

01:00 – 03:00 – 4×4 avtomobillərlə yürüşün başlanğıc nöqtəsinə hərəkət

 03:00 – 08:00 – Kəpəz Zirvəsinə (3066 m) yürüş, zirvədə foto fasiləsi və eniş

 08:00 – 10:00 – 4×4 avtomobillərlə Toğanaya qayıdış

 10:00 – 12:00 – Nahar və çay fasiləsi

 12:00 – 15:00 – Maralgöl və Göygöl gəzintisi, foto və istirahət

15:00 – 20:00 – Bakıya dönüş

Qeyd: Göstərilən yürüş müddəti və Bakıya dönüş vaxt aralıqları şərtidir. Qrupun sürətindən asılı olaraq artıb-azala bilər.

Turun Qiymətinə Daxildir:

 ✅Bakı – Toğana – Bakı nəqliyyatı

 ✅Toğana – Kəpəz dağının ətəyi – Toğana (4×4 nəqliyyat)

 ✅Peşəkar bələdçi xidməti

 ✅Zirvə sertifikatı

 ✅Göygöl Milli Parkına giriş bileti və icazə

 ✅Nahar (Qutab) və çay süfrəsi

Turun Qiymətinə Daxil Deyil: 

❌Yürüş üddətində qidalanma

❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim 

❌Programdan xaric istəklər

Lazım olan ləvazimatlar:

✅30–40 litrlik bel çantası

Trekking botu

✅Gödəkçə (su keçirməz olması arzuolunandır)

✅Yürüş çubuqları

✅Papaq və əlcək

✅Gün eynəyi

✅Alın fənəri

✅Dəyişiklik geyim

✅Su və qida (sendviç, buterbrod və s.)

✅Termos

✅SPF 50+ günəş kremi

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.

❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir. 

❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.


İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
English