Popular Orta May-Noyabr

2 Günə Bazardüzü Zirvəsi — Sürətli Marşrut

2 Gün Max 14 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

4466m Zirvə
12 km Məsafə
2 Gün
2900m Başlangıc
3250m Düşərgə

Bu 2 günlük sürətli marşrut sizi Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzü dağına aparır. Səhər Bakıdan yola çıxaraq Quba və Xınalıq kəndi vasitəsilə 4x4 maşınlarla dağın 2900 metr hündürlüyündə yerləşən düşərgəsinə çatırıq. Buradan təcrübəli və sürətli yürüşçülər üçün nəzərdə tutulmuş marşrutla 4466 metr hündürlükdəki zirvəyə qalxırıq. Zirvədən möhtəşəm Böyük Qafqaz mənzərələrini seyr etdikdən sonra düşərgəyə enirik. Tur boyunca yüksək tempdə yürüş, dağ təbiəti və unudulmaz macəra sizi gözləyir. Çadırda gecələyərək və təbiətin sakitliyini yaşayaraq bu unudulmaz səyahəti tamamlayırıq.

Professional bələdçi
Bakıdan transfer
Foto və Video

Sürətli Bazardüzü turuna qatılmadan əvvəl, marşrutun yüksək tempdə olacağını, tələb olunan avadanlıqları, ziyarət olunacaq düşərgə və dağ mənzərələrini, məsafəni və hava şəraitini öyrənmək vacibdir. Bu, tur boyunca daha rahat, təhlükəsiz və səmərəli hərəkət etməyinizə kömək edəcək.

1-ci Gün: Bakı → Quba → Xınalıq → Bazardüzü düşərgəsi

Bakıdan Quba rayonuna yola düşürük. Bakıdan Qubaya təxminən 3 saatlıq yol var. Qubada son alış-verişimizi etdikdən sonra Xınalıq kəndinə yola çıxırıq (təxminən 2 saat). Xınalıqdan 4x4 maşınlarla Bazardüzü dağına davam edirik. Təxminən 2 saat ərzində Şahdağ Milli Parkını və Dövlət Sərhəd Xidmətinin buraxılış məntəqəsini keçərək yolumuza davam edirik. İlk dayanacağımız ölkənin ən gözəl yaylası olan Şahyaylaqdır. Buradan Azərbaycanın bir çox 4000 metrlik zirvələrini seyr edirik. Maşınla yolumuza davam edərək 2900 metr hündürlüyə çatırıq. Daha sonra çantalarımızla 2 saatlıq yürüşlə 3250 metr hündürlükdə yerləşən düşərgəyə çatırıq. Çadırları qurduqdan sonra istirahət edirik və gecəni çadırlarda keçiririk.

  • Xınalıq kəndi: 2170m
  • Şahyaylaq yüksəklik: 2650 m
  • Bazardüzü dağı düşərgə 1: 2900m
  • Bazardüzü düşərgə yüksəkliyi 2 : 3250 m
  • Xınalıq-Bazardüzü dağı düşərgə 1: 25 km
  • Bazardüzü dağı düşərgə 1- Bazardüzü düşərgə yüksəkliyi 2: 4 km

 

2-ci Gün: Bazardüzü zirvəsi → Bazardüzü düşərgəsi → Xınalıq → Bakı

Səhər saat 04:00-da oyanırıq və Bazardüzü zirvəsinə qalxmağa başlayırıq. Zirvəyə qalxmaq təxminən 6–7 saat çəkir. Zirvə fəaliyyətimizi tamamladıqdan sonra düşərgəyə enirik (təxminən 2–3 saat). İstirahətdən sonra çadırlarımızı toplayıb maşınlara enirik. Daha sonra maşınlarla Xınalıq kəndinə və oradan Bakıya yol alırıq.

  • Bazardüzü dağı yüksəkliyi: 4466m

  • Bazardüzü düşərgə 2- Bazardüzü zirvə(gediş-gəliş): 12 km

Turun Qiymətinə Daxildir:

 Bakı–Xınalıq kəndi üzrə nəqliyyat (sprinter, vita)
✅ Xınalıq kəndi düşərgə və geriyə (Yolsuzluq və4x4 dağ maşınları)
✅ Zirvə sertifikatları
✅ Şahdağ Milli parkına giriş biletləri
✅ Qaz başlığı və qaz balonun təşkili
✅ Şahdağ Milli Parkına giriş üçün icazə
✅ Dağ bələdçisi (7 nəfərə 1 bələdçi)
✅ Dövlət Sərhət Xidmətindən İcazə
✅ Çadır və matların təşkili
✅ FHN icazə

Turun Qiymətinə Daxil Deyil:

❌ Atlar
❌ Qidalanma və ərzaq
❌ Program xaric istəklər
❌ Şəxsi dağçılıq ləvazimatları

Lazımi ləvazimatlar:

Çadır, dağ ayaqqabısı, su keçirməz isti şalvar (Gore-Tex), Su keçirməz isti gödəkçə (Gore-Tex), yataq kisəsi, yürüş çomaqları,yemək bişirmə ləvazimatları, qaz başlığı və balon, çadır, baş fənəri, tozluq, papaq, eynək, əlcək, corab, termo içlik, polar gödəkcə, mat, çadır və.s


Əlavə Məlumat və Şərtlər:
  • Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur. Bu müddət ərzində iştirakçılar pasport surətini təqdim etməlidirlər ki, Şahdağ Milli Parkı və Dövlət Sərhəd Xidmətindən icazə alınsın.

  • Rezervasiyanın Ləğvi və Geri Ödəniş:

    • Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.

    • 15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).

    • 7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.

    • 5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.

  • Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.

  • Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.

  • Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.

  • Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.

  • Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

  • Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.

İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Bakıdan transfer
English