Popular Orta-Çətin

Bazardüzü Zirvəsi və Bakı Mədəni Turu

Qusar, Bazardüzü zurvəsi 6 Gün Max 14 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

4466m Zirvə
6 Gün
2170m Başlangıc
3250 m Düşərgə

Ekspedisiya planımız mərhələli şəkildə yüksəklik artımına uyğunlaşmaq (akklimatizasiya) və dağa qalxışı bir neçə günə bölmək üzərində qurulub. Bu, yüksək dağ təcrübəniz olmasa belə, fiziki cəhətdən hazır olduğunuz və hər hansı tibbi əks göstərişiniz olmadığı halda, təhlükəsiz şəkildə zirvəyə çatmağınıza imkan verəcək.

Səfər boyunca yalnız Bazardüzü (4466 m), Şahdağ (4243 m) və Xarıbülbül yüksəkliyinə (2783 m) qalxmaqla kifayətlənməyəcək, həm də Azərbaycanın ən maraqlı yerlərini görəcəyik: Qobustan Milli Parkı, palçıq vulkanları, Atəşgah məbədi və ölkənin paytaxtı Bakı.

Turun bütün müddəti ərzində sizə tur rəhbəri və dağ təlimi keçmiş bələdçi (o cümlədən dağ-xilasetmə biliklərinə malik) müşayiət edəcək və təhlükəsizliyinizə cavabdeh olacaq.

Professional bələdçi
Daxil deyil
Daxildir
Foto və Video

Zirvə mədəniyyət turuna qatılmadan əvvəl, marşrutun çətinlik səviyyəsi, tələb olunan avadanlıqlar, ziyarət olunacaq mədəni və tarixi məkanlar, məsafə və hava şəraiti ilə tanış olmaq vacibdir. Bu, tur boyunca daha rahat və təhlükəsiz hərəkət etməyinizə kömək edəcək.

Səyahət planı:

1-ci GÜN: Hava Limanı→ Bakı → Otel

Qonaqlar Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanır və otelə transfer edilir. Təyyarənin eniş vaxtından asılı olaraq şəhər turu təşkil oluna bilər.

Gecələmə Bakıda oteldə.

2-ci GÜN: Bakı → Qobustan → Palçıq vulkanları → Atəşgah → Yanardağ →Bakı

Oteldə səhər yeməyi.
Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu ziyarət edirik – burası Mezosolit dövrü (e.ə. XII–VIII əsrlər) insanların yaşayış məskəni olmuşdur. Daha sonra palçıq vulkanlarını, o cümlədən dünyanın ən böyük və aktiv vulkanlarından olan Toragay vulkanını (təqribən 400 m) görəcəyik.

Nahar sonrası XV–XVII əsrlərə aid Atəşgah məbədi və Yanardağ ziyarət olunur.
Gecələmə: Bakı.

3-cü GÜN: Bakı → Quba →Xınalıq → Xarıbülbül yüksəkliyi (2783 m)

Səhər yeməyindən sonra Bakından Qubaya yola düşürük (təxminən 3 saat). Qubada son alış-verişləri etdikdən sonra Xınalıq kəndinə hərəkət edirik (təxminən 2 saat). Qonaq evində yerləşirik.

Naharın ardından hündürlüyə uyğunlaşma üçün Xarıbülbülün zirvəsinə (2783 m) qalxırıq. Daha sonra kəndə qayıdaraq qonaq evində gecələyirik.

  • Xınalıq kəndi yüksəkliyi: 2170m
  • Xarıbülbülün yüksəkliyi: 2783 m
4-cü GÜN:  Xınalıq → Şahyayla → Bazardüzü düşərgəsi 3250 m

Səhər yeməyindən sonra 4x4 avtomobillərlə Bazardüzü Dağına doğru yola çıxırıq. Təxminən 2 saat davam edən səyahətimiz Şahdağ Milli Parkı və Dövlət Sərhəd Xidməti yoxlama məntəqəsindən keçərək davam edir. Yol boyu, Azərbaycanın 4000 metrlik zirvələri ilə məşhur Şahyaylaq yaylasında dayanır və unikal panoramik mənzərənin dadını çıxarırıq.

Səyahətimizə avtomobillə davam edərək 2.900 metr hündürlüyə çatırıq. Buradan etibarən çantalarımızla (atlar daşıyır) təxminən 2 saatlıq yürüşlə 3250 metr hündürlükdəki kamp sahəsinə çatırıq. Çatdıqdan sonra çadırlarımızı qurur və nahar edirik.

Günün ikinci yarısında 3400 metr hündürlüyə qədər bir yürüş həyata keçiririk. Kamp sahəsinə qayıtdıqdan sonra Bazardüzü Dağına qalxış üçün son hazırlıqları tamamlayır və istirahət edirik.

  • Şahyaylaq yüksəklik: 2650 m
  • Bazardüzü dağı düşərgə 1: 2900m
  • Bazardüzü düşərgə yüksəkliyi 2 : 3250 m
  • Xınalıq-Bazardüzü dağı düşərgə 1: 25 km
  • Bazardüzü dağı düşərgə 1- Bazardüzü düşərgə yüksəkliyi 2: 4 km

5-ci GÜN: Bazardüzü kampı → Bazardüzü zirvəsi → Xınalıq → Bakı

Səhər saat 04:00-da oyanır və Bazardüzü Zirvəsinə qalxışa başlayırıq. Zirvəyə çatma müddətimiz təxminən 6-7 saat çəkir və düşərgəyə enirik (2-3 saat). Düşərgə  sahəsinə çatdıqda çadırlarımızı toplayır və Xınalıq kəndinə doğru yola çıxırıq. Gecəni Xınalıq kəndində keçiririk.

  • Bazardüzü dağı yüksəkliyi: 4466m

  • Bazardüzü düşərgə 2- Bazardüzü zirvə(gediş-gəliş): 12 km

6-cı GÜN: Bakı → Hava Limanı transferi

Səhər oteldə yeməkdən sonra qonaqlarımızı hava limanına transfer edirik və səyahətimiz başa çatır.

Turun Qiymətinə Daxil Olan Xidmətlər:

1. Nəqliyyat

  • Bakı Beynəlxalq Hava Limanı – Otel – Bakı Beynəlxalq Hava Limanı (Mercedes Vito, Sprinter)
  • Bakı – Xınalıq kəndi – Bakı (Mercedes Vito, Sprinter)
  • Xınalıq kəndi (4x4 avtomobillər) – Bazardüzü baza düşərgəsi (4x4 avtomobillər)
  • Bakı – Qobustan – Palçıq vulkanları – Atəşgah məbədi

2. Dağ bələdçisi (7 nəfərə 1 dağ bələdçisi + şəhər bələdçisi)

3. Zirvə sertifikatları

4. Şahdağ Milli Parkına giriş biletləri və tələb olunan ödənişlər

5. Düşərgə avadanlıqları (çadır, mat, qaz balonu, qaz başlığı)

6. Qonaq evində yerləşmə

Xınalıq qonaq evində 1 gecə (gündə 2 dəfə yemək daxil)

7. İcazələrin alınması

  • Şahdağ Milli Parkı
  • Dövlət Sərhəd Xidməti
  • Fövqəladə Hallar Nazirliyi

Qeyd: Tələb üzrə əlavə xidmətlər əlavə oluna bilər.

Turun Qiymətinə Daxil Olamayan Xidmətlər:
  • Dağda yemək

  • Təyyarə biletləri

  • Şəhərdəki yeməklər

  • Proqramda göstərilməyən digər xərclər (xüsusi tələblər, tək nəfərlik otaq və s.)

  • Muzey biletləri

  • Atlar( İstəyə görə xidmətlərə daxil edilə bilər)

Tur iştirakçılarında olması lazım olan avadanlıqlar:
  • 50–70 litrlik bel çantası

  • Su keçirməyən/ nəfəs alan şalvar və gödəkçə (GORE-TEX), isti saxlayan sviter (polar), termal iç geyim və papaq

  • Su keçirməyən dağ ayaqqabıları, tozluq

  • Dağçı kaskı, gün eynəyi, baş fənəri və ehtiyat batareyalar

  • Yürüş üçün çubuqlar (baston)

  • Çadır (tərəfimizdən təmin olunacaq)

  • Yatmaq üçün mat və yataq çantası

  • Kamp sobaları və mətbəx ləvazimatları

  • Su qabı

  • Şəxsi gigiyena vasitələri

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır

Əlavə Məlumat və Şərtlər:
  • Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur. 

  • Rezervasiyanın Ləğvi və Geri Ödəniş:

    • Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.

    • 15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).

    • 7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.

    • 5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.

  • Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.

  • Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.

  • Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.

  • Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.

  • Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

  • Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.

İştirakçı Rəyləri

100%
1

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxil deyil
English