Popular Asan 4 fəsil

Üzüm Yığımı və Şərab Festivalı – İsmayıllı

İsmayıllı 2 Gün Max 16 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

2 Gün

İsmayıllıda keçirilən üzüm yığımı festivalı, üzümün yetişmə dövriyyəsinin sonunda qeyd olunur. Bu unudulmaz təcrübədə siz, üzüm yığıb, palıd çəlləklərdə onları əzəcək, musiqi, şərab və yerli yeməklərin dadını çıxaracaqsınız.

Bələdçimiz sizi şərab zavoduna aparacaq, şərab istehsalı prosesi haqqında ətraflı məlumat verəcək. Azərbaycanın ən böyük şərab zirzəmilərindən birini ziyarət edəcək və şərabın necə saxlanıldığını öyrənəcəksiniz. Maraqlı ekskursiyadan sonra isə sizi şərab dadımı gözləyir.

Bizimlə birlikdə olduğunuz müddətdə sizə əyləncə, isti münasibət, qonaqpərvərlik, dadlı yeməklər və əlbəttə ki, keyfiyyətli şərab vəd edirik.


Professional bələdçi
Daxildir
Daxildir
Foto və Video

Şərab turuna qatılmadan əvvəl, turla bağlı bütün detalları öyrənmək vacibdir. Bu, xüsusilə ilk dəfə şərab zavoduna və üzüm bağlarına gedənlər üçün faydalıdır və gözlənilməz halların qarşısını alır. Tur marşrutu, ziyarət ediləcək yerlər, şərab dadımı prosesi, nəqliyyat və hava şəraiti haqqında öncədən məlumatlanmaq, tur boyunca daha rahat və xoş təcrübə yaşamağınıza kömək edəcək.

Şərab Turunun programı:

1-ci GÜN: Bakı – Şamaxı- Basqal-Lahıc-Şərab zavodu-Otel 

Bakıdan İsmayıllıya yola çıxırıq və Şamaxıda qısa fasilədən sonra Basqal kəndinə çatırıq, burada tarixi küçələri gəzirik və Kələğayı hazırlanma yerlərini görürük. Daha sonra Lahıca doğru davam edərək yolüstü asma körpüdə dayanır, Lahıcın tarixi-mədəni yerlərini, o cümlədən Namazgah bulağını, Bazar meydanındakı sənətkarlıq ocaqlarını və yerli məhsul satışı məkanlarını ziyarət edirik. Lahıcda yerli mətbəxin ləzzətli yeməkləri ilə nahar edir, sonra otelə gedirik; axşam yeməyi və gecələmə oteldədir.

2-ci GÜN:  Şərab zavpdu-Üzüm Bağı-Bakı

Səhər yeməyindən sonra şərab zavoduna gəzinti başlayır və mövsümə uyğun üzüm yığımı təcrübəsi əldə edirsiniz. Şərabçılıq kompleksi boyunca ekskursiya zamanı zavodun tarixi və şərab istehsalı prosesi ilə tanış olur, istehsal olunan müxtəlif şərabları qəlyanaltılarla dadmaq imkanı əldə edirsiniz. Nahar və istirahətdən sonra Bakıya geri dönürük.

Turun Qiymətinə Daxil Olan Xidmətlər:
  • Bakı – İsmayıllı – Lahıc – Bakı nəqliyyatı

  • Üzüm bağı gəzintisi

  • 1 gecəlik qonaqlama

  • 3 dəfə yemək (səhər yeməyi, nahar, axşam yeməyi)

  • 4 növ şərabın dequstasiyası

  • Şərabçılıq kompleksi üzrə ekskursiya, şərab istehsalı prosesinin izlənilməsi

  • Azərbaycanın ən böyük şərab zirzəmilərindən birinə ziyarət

Turun Qiymətinə Daxil Olmayan Xidmətlər:
  • Fərdi xərclər (əlavə yeməklər, içkilər, suvenirlər və s.)
  • Bakıdakı transfer (evdən yola düşmə və geri dönüş)
  • Əlavə içkilər və menyudan kənar sifarişlər
  • Sığorta xidmətləri
  • Tur proqramında qeyd olunmayan fəaliyyətlər və ya ekskursiyalar

Lazım olan ləvazimatlar:

Şərab turuna qatılanlar üçün geyim və rahatlıq məsləhətləri:

Rahat və mövsümə uyğun geyim – Açıq havada üzüm bağlarında gəzmək lazım ola bilər, ona görə yüngül, rahat və hava şəraitinə uyğun geyim geyinin. Yaz və yayda açıq rəngli, nəfəs alan paltarlar, payız və qışda isti və suya davamlı geyim yaxşıdır.

Rahat ayaqqabılar – Bağlarda və zavod ərazilərində gəzmək üçün idman ayaqqabısı və ya rahat, möhkəm ayaqqabı tövsiyə olunur.

Baş örtüyü və günəş eynəyi – Açıq havada günəşdən qorunmaq üçün papaq və günəş eynəyi götürmək faydalıdır.

Əlavə üst geyim – Sərin yerlərdə və ya axşam üçün yüngül jaket və ya sviter götürmək məsləhətdir.

Əl və çanta – Kiçik çanta götürmək rahatdır, əlinizdə əşyalarla dolaşmaq çətin olar.

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:
  • Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur.

  • Rezervasiyanın ləğvi və geri ödəniş:

    • Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə ödəniş tam geri qaytarılır.

    • 15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır.

    • 7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.

    • 5 gün və daha az qalmış ləğv edildikdə ödəniş geri qaytarılmır.

  • Üzüm yığımı və şərab istehsalı fəaliyyəti mövsümi xarakter daşıyır (adətən sentyabr – oktyabr aylarında keçirilir).
  • Şərab dadımı yalnız 18 yaşdan yuxarı iştirakçılar üçün nəzərdə tutulub.
  • Qrupun sayı minimum 6 nəfər, maksimum 16 nəfər olaraq planlaşdırılır.
  • Təşkilatçı hava şəraiti və ya istehsal müəssisəsindəki səbəblərdən proqramda cüzi dəyişiklik etmək hüququnu saxlayır.
  • Tur zamanı təhlükəsizlik qaydalarına və bələdçinin göstərişlərinə əməl olunmalıdır.
  • Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir

İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxildir
English