Zirvə turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən zirvəyə ilk dəfə yola düşənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.
1-ci Gün: Bakı-Quba-Qalaxudat kəndi
Bakıdan Quba şəhərinə yola düşürük (təxminən 3 saat). Qubada son alış-verişi etdikdən sonra Qalaxudat kəndinə yola düşürük (təxminən 2 saat). Qalaxudat kəndində kənd evində yerləşirik. Qısa istirahət və çay fasiləsindən sonra yüksəkliyə uyğunlaşma məqsədilə Ayda Qala dağının ətəklərinə yürüş edirik. Daha sonra kəndə geri qayıdırıq. Axşam yeməyi və kənd evində gecələmə.
2-ci Gün: Qalaxudat -Ayda qala- Bakı
Saat 05:00-da oyanırıq və 05:00–06:00 aralığında səhər yeməyimizi yeyirik. Saat 06:00-da Ayda Qaya zirvəsinə doğru yola düşürük. Zirvəyə qalxışımız təxminən 3–4 saat davam edəcək. Zirvəyə çatdıqdan sonra enişə başlayırıq və maşınlara doğru hərəkət edirik (təxminən 2–3 saat). Daha sonra qonaq evində yeməyimizi yeyir, Bakıya doğru yola çıxırıq.
Turun Qiymətinə Daxildir:
- Bakı–Qalaxudat kəndi üzrə nəqliyyat (sprinter, vita)
- Qalaxudat kəndi–dağın ətəyi və geriyə (Yolsuzluq və4x4 dağ maşınları)
- Zirvə sertifikatllar
- Dağ bələdçisi (7 nəfərə 1 bələdçi)
- Qonaq evində gecələmək
- Kənd evində yeməklər
Turun Qiymətinə Daxil Deyil:
- Program xaric istəklər
- Şəxsi dağçılıq
Lazımi ləvazimatlar:
Dağ ayaqqabısı, su keçirməz isti şalvar (Gore-Tex), Su keçirməz isti gödəkçə (Gore-Tex), yataq kisəsi, yürüş çomaqları,yemək bişirmə ləvazimatları, qaz başlığı və balon, çadır, baş fənəri, tozluq, papaq, eynək, əlcək, corab, termo içlik, polar gödəkcə, mat, çadır və.s
Əlavə məlumat və Şərtlər:
-
Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur. Bu müddət ərzində iştirakçılar pasport surətini təqdim etməlidirlər ki, Şahdağ Milli Parkı və Dövlət Sərhəd Xidmətindən icazə alınsın.
-
Rezervasiyanın Ləğvi və Geri Ödəniş:
-
Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.
-
15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).
-
7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.
-
5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.
-
Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.
-
Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.
-
Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.
-
Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.
-
Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
- Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.