Popular Çətin May-Noyabr

Şahdağ Zirvəsi Turu 4243 m: Dağların Şahı

Qusar, Azərbaycan 3 Gün Max 12 nəfər 4.8 (1 Rəylər)

Tur haqqında

4243m Zirvə
16km Məsafə
3 Gün
2170m Başlangıc
3100m Düşərgə

Azərbaycanın ən füsunkar təbiət guşələrindən biri olan Şahdağ Milli Parkında möhtəşəm yürüyüş sizi gözləyir! Bu yürüyüş zamanı ölkəmizin ən məşhur zirvələrindən birinə doğru unudulmaz bir macəraya atılacaq, gözoxşayan mənzərələr və təmiz dağ havası ilə ruhunuzu dincəldəcəksiniz.

Səyahət təcrübəli və professional bələdçilər tərəfindən müşayiət olunacaq, bu da yürüşünüzü həm təhlükəsiz, həm də maarifləndirici edəcək. Yol boyu Şahdağın sərt qayalıqları, yaşıl çəmənlikləri, buz kimi bulaqları və nadir rast gəlinən fauna və florası ilə tanış olmaq imkanı əldə edəcəksiniz.

Bu yürüyüş təkcə fiziki bir səyahət deyil, eyni zamanda özünüzü aşmaq, yeni zirvələr fəth etmək və təbiətlə bir olmaq üçün əla fürsətdir. Siz də bu möhtəşəm təcrübənin bir parçası olun, unudulmaz anlar yaşayın!

Professional bələdçi
Daxil deyil
Bakıdan transfer
Foto və Video

Şahdağ zirvə turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən zirvəyə ilk dəfə yola düşənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

1-ci Gün: Bakı-Quba-Xınalıq-Şahyaylaq-Şahdağ düşərgə

Bakı şəhərindən Quba rayonunun Xınalıq kəndinə doğru yola düşürük (təxminən 5 saat). Qubada son alış-verişimizi tamamlayıb Xınalığa doğru yolumuza davam edirik. Xınalıq kəndindən dağ maşınları ilə Şahdağın düşərgəsinə doğru yola çıxırıq (təxminən 2 saat). Maşından endikdən sonra 45 dəqiqəlik piyada yürüş edərək düşərgəyə çatırıq. Çadırlarımızı qurub istirahət etdikdən sonra yüksəkliyə uyğunlaşma yürüşü edirik. Axşam yeməyindən sonra zirvə hazırlıqlarını tamamlayıb yatırıq.

2-ci Gün: Şahdağ düşərgə- Şahdağ zirvə

Səhər saat 05:00-da Şahdağ zirvəsinə dırmanışa başlayırıq. Zirvəyə qalxmağımız təxminən 6-7 saat davam edəcək. Zirvəyə çatdıqdan sonra şəkillər çəkdirib istirahət edirik. Daha sonra düşərgəyə doğru enişə başlayırıq, bu mərhələ təxminən 3-4 saat çəkəcək. Gecəni düşərgədə qalırıq.

3-cü Gün: Şahdağ düşərgə- Xınalıq-Quba-Bakı

Səhər yeməyindən sonra çadırlarımızı toplayıb maşınlara doğru enirik. Maşınlara minib Xınalıq kəndinə yola düşürük. Orada nəqliyyat vasitəmizi dəyişərək Bakıya doğru yolumuza davam edirik.

Turun Qiymətinə Daxildir:

✅ Bakı–Xınalıq kəndi üzrə nəqliyyat (sprinter, vita)
Zirvə sertifikatları
✅ Şahdağ Milli parkına giriş biletləri
✅ Qaz başlığı və qaz balonun təşkili
✅ Şahdağ Milli Parkına giriş üçün icazə
✅ Dağ bələdçisi (7 nəfərə 1 bələdçi)
✅ Dövlət Sərhət Xidmətindən İcazə
✅ Çadır və matların təşkili
✅ FHN icazə

Turun Qiymətinə Daxil Deyil:

❌ Atlar
❌ Qidalanma və ərzaq
❌ Program xaric istəklər
❌ Şəxsi dağçılıq

Lazımi ləvazimatlar:

Dağ ayaqqabısı, su keçirməz isti şalvar (Gore-Tex), Su keçirməz isti gödəkçə (Gore-Tex), yataq kisəsi, yürüş çomaqları,yemək bişirmə ləvazimatları, qaz başlığı və balon, çadır, baş fənəri, tozluq, papaq, eynək, əlcək, corab, termo içlik, polar gödəkcə, mat, çadır və.s


 Qeyd: Tur üçün lazım olan ləvazimatlar mövsümə görə dəyişə bilər. Təşkilatçı ilə turdan əvvəl məsləhətləşməyiniz tövsiyə olunur.
Əlavə məlumat və Şərtlər:
  • Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur. Bu müddət ərzində iştirakçılar pasport surətini təqdim etməlidirlər ki, Şahdağ Milli Parkı və Dövlət Sərhəd Xidmətindən icazə alınsın.

  • Rezervasiyanın Ləğvi və Geri Ödəniş:

    • Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.

    • 15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).

    • 7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.

    • 5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.

  • Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.

  • Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.

  • Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.

  • Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.

  • Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

  • Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.

İştirakçı Rəyləri

100%
3
Reviewer
Jalə Hüseynli
23 fevral 2025 23:30
Guests

Əla təşkil olunmuş tur idi. Bələdçimiz çox peşəkar və səmimi idi. Bütün təhlükəsizlik tədbirləri düşünülmüşdü.
 

Rəy Bildirin

250
Adam başı 3 Gün
Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Bakıdan transfer
Daxil deyil
English