Zirvə turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən zirvəyə ilk dəfə yola düşənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.
Səyahət planı:
06:00 Təyin olunmuş məkanda toplaşma
06:30 – 10:00 – Bakı – Şamaxı – Dəmirçi marşrutu üzrə hərəkət
10:00 – 11:30 – Dəmirçidən yürüş marşrutunun başlanğıc nöqtəsinə çatmaq (yolsuzluq maşını)
11:30 – 18:00 – Şahnəzər dağına zirvə yürüşü
18:00 – 21:00 – Lahıc kəndindən Bakıya qayıdış (Şamaxıda 10 dəqiqəlik fasilə)
Turun Qiymətinə Daxildir:
✅Nəqliyyat (Bakı - Şamaxı-Dəmirçi - Bakı)
✅ Dəmirçidən yürüş marşrutunun başlanğıc nöqtəsi (yolsuzluq maşını)
✅Dağ bələdçisi
✅Fotoçəkiliş
✅Yürüşün təşkili
Turun Qiymətinə Daxil Deyil:
❌Qidalanma
❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim
❌Programdan xaric istəklər
Lazım Olan Ləvazimatlar:
-
Bel çantası (həcmi 20-35 l)
-
Rahat yürüş ayaqqabısı
-
Şalvar və gödəkçə (sukeçirməz arzu olunandır)
-
Papaq, eynək, əlcək
-
Su və qida (sendviç, buterbrod və s.)
-
Yürüş çomağı
-
Termos
Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.
Əlavə Məlumat və Şərtlər:
❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.
❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.