Zirvə turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən zirvəyə ilk dəfə yola düşənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.
1-ci Gün: Bakı-Xınalıq-Şahyaylaq-Düşərgə 3250 m
Bakıdan Quba şəhərinə yola düşürük (təxminən 3 saat). Qubada son alış-verişi etdikdən sonra Xınalıq kəndinə doğru hərəkət edirik (təxminən 2 saat). Xınalıq kəndinə çatdıqdan sonra dağ maşınları ilə Zəfər zirvəsinin birinci düşərgəsinə yola düşürük (təxminən 2 saat). Birinci düşərgə 2900 metr yüksəklikdə yerləşir. Burada son hazırlıqlarımızı tamamlayır və düşərgə yüklərimizi götürərək 3250 metr yüksəklikdə yerləşən ikinci düşərgəyə doğru hərəkət edirik (təxminən 2 saat).
2-ci Gün: Düşərgə - Zəfər zirvəsi- Düşərgə
Səhər saat 04:00-da Zəfər zirvəsinə (4300 m) doğru yürüşə başlayırıq. Zirvəyə qalxış təxminən 7-8 saat, eniş isə 4-5 saat çəkir. Zirvə faəliyyətimizi tamamladıqdan sonra düşərgəyə qayıdır və gecəni ikinci düşərgədə çadırlarda keçiririk.
3-cü Gün: Düşərgə -Xınalıq- Bakı
Səhər yeməyindən sonra çadırlarımızı toplayırıq və saat 10:00-da maşınların dayandığı yerə doğru enişə başlayırıq. Oradan dağ maşınları ilə Xınalıq kəndinə yola düşürük. Xınalıq kəndində nəqliyyat vasitələrimizi dəyişərək Bakıya doğru hərəkət edirik.
Turun Qiymətinə Daxil Olan Xidmətlər:
Turun Qiymətinə Daxil Olmayan Xidmətlər:
Lazım Olan Ləvazimatlar:
Dağ ayaqqabısı, su keçirməz isti şalvar (Gore-Tex), Su keçirməz isti gödəkçə (Gore-Tex), yataq kisəsi, yürüş çomaqları,yemək bişirmə ləvazimatları, qaz başlığı və balon, çadır, baş fənəri, tozluq, papaq, eynək, əlcək, corab, termo içlik, polar gödəkcə, mat, çadır və.s
Əlavə Məlumatlar və Şərtlər
-
Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur. Bu müddət ərzində iştirakçılar pasport surətini təqdim etməlidirlər ki, Şahdağ Milli Parkı və Dövlət Sərhəd Xidmətindən icazə alınsın.
-
Rezervasiyanın Ləğvi və Geri Ödəniş:
-
Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.
-
15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).
-
7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.
-
5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.
-
Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.
-
Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.
-
Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.
-
Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.
-
Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
- Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.