Gəncə: Qədimdən müasirə uzanan zəngin tarixi mədəniyyət

Gəncə, Azərbaycanın ikinci böyük şəhəri olaraq, zəngin tarixi və mədəni irsi ilə tanınır. Bu qədim şəhər, 4 min ildən çox bir tarixi ilə, zamanın müxtəlif dönəmlərində bir çox ad dəyişikliklərinə məruz qalmışdır. 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol, 1935-ci ildə isə Kirovabad adlandırılmışdır. Nəhayət, 1989-cu ildə şəhərin qədim adı olan Gəncə yenidən bərpa edilmişdir.  Müasir ərəb tarixşünasları "Gəncə" adının ərəb dilindəki farsca kökənli xəzinə anlamlı "kənz" sözündən gəldiyini irəli sürürlər.

Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və ilkin forması hesab etdiyi "Qança" sözünün ilk komponenti "qan", "kan", "kaan", "xan" sözlərini türk dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan –ca şəkilçisini isə məkan, yer, yurd kimi izah edir. Beləliklə, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı","xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir. Müəllif bildirir ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı".

Müasir İran tarixşünasları "Gəncə" adının fars dilindəki "gənc" (azərb. xəzinə‎) sözündən törədiyini iddia edir.

Gəncənin Yaranması və Əfsanələr

Gəncənin yaranması ilə bağlı bir çox əfsanələr mövcuddur. Onlardan biri, Məziyəd nəslindən olan bir hökmdarın yuxusunda bir səsin ona atını götürərək, atın ayağının harada dayanacağını gözləməsi və o yerdə xəzinə tapıb şəhər salması ilə bağlıdır. Həqiqətən də, arxeoloji qazıntılar göstərir ki, bu ərazi çox qədimdən insan məskəni olmuşdur.

Alman İzi Gəncədə

Gəncə, həmçinin, alman kolonistlərinin izlərini də özündə saxlayır. 1817-ci ildə Rusiya imperatoru I Aleksandrın fərmanı ilə Zaqafqaziyaya köçürülən 700 şvab ailəsinin bir hissəsi 1819-cu ildə Helenendorf və Annenfeld kimi ilk alman koloniyalarını saldılar. 1822-ci ilə qədər səkkiz koloniyada 5000 alman kolonisti yaşayırdı. Onlar burada öz mədəniyyətlərini yaşatmış, kənd təsərrüfatında və sənətkarlıqda mühüm irəliləyişlərə nail olmuşlar.

Gəncənin Görməli Yerləri

Gəncənin zəngin tarixi və mədəniyyəti şəhərin görməli yerlərində öz əksini tapır:

Nizami Gəncəvi Məqbərəsi:

Nizami Gəncəvi Məqbərəsi, Azərbaycanın Gəncə şəhərində, görkəmli şair və filosof Nizami Gəncəvinin xatirəsinə tikilmişdir. Nizami Gəncəvi 1141-ci ildə Gəncədə doğulmuş və “Xəmsə” (Beş poema) əsərləri ilə dünya şöhrəti qazanmışdır. Əsərləri arasında "Xosrov və Şirin", "Leyli və Məcnun" və "İskəndər-namə" xüsusi yer tutur.

Məqbərənin tarixi 1606-cı ildən başlayır və dəfələrlə bərpa olunmuşdur. 1991-ci ildə yenidən ucaldılmış məqbərə, qırmızı qranitdən tikilmiş 20 metr hündürlüyündə silindrik bir abidədir. Girişin üzərində Nizaminin adı qızılla həkk olunmuşdur. Bu məqbərə, həmçinin heykəllər və park ərazisini də əhatə edən bir kompleksi təşkil edir.

Məqbərə, əsrlər boyu ziyarətçilərin gəldiyi müqəddəs bir yer olaraq qalır.

İmamzadə Məqbərəsi:

Gəncənin əsas görməli yerlərindən biri də Göy-İmam Məqbərəsidir. Məqbərə, İmamın oğlu Məhəmməd Bağırın dəfn olunduğu yerdə tikilmişdir və günbəzin mavi rənginə görə "Göy-İmam" adlandırılmışdır. Bu kompleksdə qəbiristanlıq, kiçik məscidlər və karvansaray da yerləşir. Məqbərənin ətrafında qədim qəbiristanlıq var və buradakı portret təsvirli abidələr ölkədə yeganədir.

Cümə Məscidi:

Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşən Cümə Məscidi, XVII əsrdə Arran memarlıq üslubunda inşa edilmişdir. Şah Abbasın dövründə tikildiyi üçün onu bəzən Şah Abbas məscidi də adlandırılır. Bu tarixi məscid, ümumi memarlıq kompozisiyası, planlaşdırma, konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini davam etdirir. Məscidin memarlığında, xüsusilə günbəz və portalların həllində Azərbaycan və qonşu ölkələrin zəngin memarlıq ənənələri uğurla istifadə olunmuşdur. Bununla yanaşı, məscidin memarlığında forma və detalların sadə təkrarlanmasına yol verilməmiş, Arran memarlıq məktəbi üçün xarakterik olan lakoniklik, ifadəlik və aydınlıq əks etdirilmişdir.

1606-cı ildə memar, astronom və Şah Abbasın vəziri Şeyx Bahauddin tərəfindən layihələndirilmişdir. Şeyx Bahauddin, məscidi elə tikmişdir ki, düz günorta çağı qərb divarına düşən günəş şüası kölgəni yox edir, bu da möminlərə günorta namazının vaxtının gəldiyini göstərirdi. Bu gün də Gəncə sakinləri vaxtı yoxa çıxan kölgə ilə yoxlayırlar. 1776-cı ildə məscidə bişmiş qırmızı kərpicdən iki minarə əlavə edilmişdir və bu minarələr sayəsində məscid günümüzə qədər gəlib çatmışdır. Minarələr açıq işlənmiş eyvanlarla bəzədilmişdir və onlardan möminlər azan oxuyurlar. 19-cu əsrdə minarələr bərpa edilmiş və bir qədər dəyişdirilmişdir.

Məscidin yaxınlığında mədrəsə yerləşirdi ki, burada məşhur şair Mirzə Şəfi Vazeh xəttatlıq sənətindən dərs verirdi. Təəssüf ki, sovet dövründə mədrəsə dağıdılmış, lakin sonradan bərpa olunmuşdur. Hazırda həm məscid, həm də mədrəsə fəaliyyət göstərir.

Çökək Hamam:

1606-cı ildə memar Şeyx Bahəddinin layihəsi əsasında tikilən bu hamam, qırmızı kərpicdən və gil-əhəng qatışığından inşa edilmişdir. Yelçəkən yarımqübbələr və bərabər yayılmış buxar sistemi ilə bu hamam 400 il boyunca xidmət göstərmişdir.

"Çökək" hamamı, Gəncə şəhərində yerləşən və tarixi XVII əsrə gedib çıxan unikal qədim hamamdır. 1606-cı ildə memar Şeyx Bahəddinin layihəsi əsasında tikilən bu hamam, qırmızı kərpicdən və gil-əhəng qatışığından inşa edilmişdir. Bu hamam, iki böyük və beş kiçik günbəzdən ibarətdir və iki rabitə zalını əhatə edir. Hamamın kiçik zalı dəstəmaz üçün nəzərdə tutulmuşdur, mərkəzdəki böyük zalda isə hovuz və fəvvarə yerləşir, bu da istirahət üçün istifadə edilirdi.

Hamamın iki böyük günbəzi yelçəkən rolunu oynayan yarımqübbələrə malikdir. Yarımqübbələrdən çıxan borular, bina boyunca və divarların boşluqlarından keçərək, qışda hamamı isti, yayda isə sərin saxlayırdı. Hamam, odunla qızdırılan iki buxar qazanı vasitəsilə qızdırılırdı. Divarlara və döşəməyə çəkilmiş keramika borular vasitəsilə buxar dəhlizlərə verilirdi. Buxar bərabər şəkildə yayılaraq, bütün otaqları qızdırırdı. Hamamın havalandırma və istilik sistemi qüsursuz işləyəcək qədər yaxşı düşünülmüşdür.

"Çökək" hamamı, 1963-cü ilə qədər fasiləsiz olaraq 400 il xidmət göstərmişdir. Bu gün isə köhnə binada Farfor Muzeyi yerləşir. 2002-ci ildə "Çökək" hamamları YUNESKO-nun mədəni irs saytı kimi tanınıb, bu da onun tarixi və mədəni əhəmiyyətini bir daha vurğulayır.

Butulka Evi:

Gəncə şəhərinin maraqlı və qeyri-adi görməli yerlərindən biri də Butulka evidir. Bu ikimərtəbəli ev, şəhər sakini İbrahim Cəfərov tərəfindən 1966-67-ci illərdə inşa edilib. Evin tikintisində 48 min şüşə butulka və rəngarəng daşlardan istifadə olunub. İbrahim Cəfərov bu evi II Dünya Müharibəsi zamanı itkin düşmüş qardaşının xatirəsinə həsr etmişdir.

Butulka evi, Qəmbər Hüseynli və Hüseyn Cavid küçələrinin kəsişməsində yerləşir. İnşaat prosesində Cəfərov, evin fasadındakı naxışlar və mozaikaları öz əlləri ilə yaradıb. O, naxışları yaratmaq üçün Soçidən çamadanlarla dəniz daşları gətirirmiş.

Bu ev, yalnız gözəlliyi ilə deyil, həm də memarlıq baxımından maraqlı xüsusiyyətləri ilə diqqət çəkir. Ev, Gəncədə turizm potensialının bir nümunəsi olaraq, şəhərin tarixi və mədəni irsini yaşadan unikal bir abidədir.

Gəncənin Qala Qapıları:

1063-cü ildə dəmirçi İbrahim ibn Osman tərəfindən düzəldilmişdir. 1139-cu ildə gürcü şahı I Demeter tərəfindən Gəncə qalasının qapıları qənimət olaraq götürülmüşdür. Bu qapılar hələ də Gürcüstanda, Kelatinski monastırının divarında saxlanılır.

Gəncə Şəhəri Bugün

Gəncə, Gəncə çayı və Kür çayının cənubunda yerləşən bir kənd təsərrüfatı bölgəsindədir. Şəhər, sənaye və mədəniyyət mərkəzi olaraq Azərbaycanın iqtisadi və mədəni inkişafında mühüm rol oynayır. 336,100 nəfərlik əhalisi ilə Gəncə, Azərbaycanın qədim tarixinin izlərini daşıyan bir şəhər olaraq, hər il çoxsaylı turistləri qəbul edir.

Gəncə, Azərbaycanın zəngin tarixi və mədəni irsini yaşadan və gələcək nəsillərə ötürən bir şəhərdir. Bu qədim şəhərin hər bir küncündə tarix və mədəniyyətin izləri vardır. Gəncənin təkrarolunmaz cazibəsi onu həm yerli sakinlər, həm də turistlər üçün unudulmaz edir.

Natəvan Vəliyeva

Natəvan Vəliyeva

Natəvan Vəliyeva Mountain Guide komandasının ofis meneceridir. 2000-ci ildə Mingəçevir şəhərində anadan olub. Hal-hazırda Bakı Mühəndislik Universitetində, İdarəetmədə İnformasiya sistemləri (tədris ingiliscə) ixtisası üzrə magistr təhsili alır. Elə universitet vaxtlarından hiking və düşərgələrə maraqlı olub. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun və digər gənclər təşkilatlarının dəstəyi ilə keçirilən bir çox düşərgə və təlimlərə qoşulduqdan sonra, Azərbaycan Skautlar Assosiasiyası ilə tanış olub. Onların dəyərləri və missiyalarını özünə çox yaxın görərək, skautlara qoşulub. Elə qoşulduğu vaxtdan Təməl Liderlik Kursunu keçərək, Mingəçevirdə tək səyyah skaut dəstəsinin lideri olub. 1il dəstədə lider kimi fəaliyyət göstərdikdən sonra, təhsili ilə əlaqədar Bakıya köçdüyü üçün estafeti dəstəsindən öz yetişdirdiyi başqa skauta ötürüb. O həmişə turlarımızda ön cəbhədə olmasa da, səyahətə olan sevgisi dərindir. O, ofis meneceri olaraq, rahat və xoş bir səyahətin təmin edilməsində hər bir detalın əhəmiyyətini başa düşdüyünü qeyd edir və turlarımızın hər bir aspektinin ən yüksək keyfiyyət və mükəmməllik standartlarına cavab verməsini təmin etmək üçün tur bələdçiləri, təchizatçılarımız və tərəfdaşlarımızla sıx əməkdaşlıq edir.

Telefon

Ən son yeniləmə üçün bülletenimizə abunə olun

logo

Biz təbiətlə iç-içə şövqlə işləyən komandayıq. Turlar təşkil edərək təbiətin sehri ilə macəra axtarışında olan hər kəsi bir araya gətiririk. Peşəkarlıqla və həvəslə hazırladığımız turlarla unudulmaz təcrübələr yaşatmağı hədəfləyirik.

Bizi İzlə:
Əlaqə

© Azerbaijan Mountain Guide 2024