image
image
Mountain Guide haqqında

Ən Yaxşı Səyahət Agentlik Şirkəti

Azərbaycan Dağ Bələdçiləri Azərbaycanın ən yüksək zirvələrinə dırmaşma ekspedisiyaları və Azərbaycanın ucqar guşələrinə trekking gəzintiləri təşkil edən şirkətdir. Biz yüzlərlə macəraya qədəm qoymuş, saysız-hesabsız mil yol qət etmiş, çoxsaylı zirvələri fəth etmiş və hər birinin arxasında minlərlə dostu olan komandayıq.

İstər yüksək zirvəyə qalxmaq, istərsə də qədim ərazilərdə gəzinti olsun, hər bir macəra bizi təbiətə və özümüzə daha çox yaxınlaşdırır. Hər səyahətin bir kəşf, hər kəşfin həyatın mənasını dəyişən bir xoşbəxtik olduğunu bilirik. Xoşbəxtlik üçün öz həyatımızı necə diqqətlə planlayırıqsa, eyni diqqət və əməklə başqalarının xoşbəxtliklərini də hazırlayan yol məsləhətçiləriyik.

Biz, Azərbaycan Dağ Bələdçiləri əla maddi-texniki hazırlığa diqqət yetirən və hər şeydən əvvəl işlədiyimiz mühitə həvəs göstərən rəhbər peşəkarlardan ibarət ixtisaslaşmış komandayıq. Səyahət yoldaşlarımız üçün hazırlayacağımız yeni bir səyahətin, yeni bir tur proqramının həyəcanı hər zaman ürəklərimizi döyündürür. Biz başqalarını öz rahatlıq zonalarından kənara çıxmağa, naməlum olanı qəbul etməyə və macəra həyəcanını birlikdə yaşamağa ruhlandırmağa çalışırıq. Ekspedisiyalarımız və turlarımız keyfiyyət, xidmət və təhlükəsizliyi ön planda tutmaqla, diqqətlə təşkil edilmiş macəralar təklif edən təcrübəli komandamız tərəfindən idarə olunur.

Bizim missiyamız macəradan daha çoxudur. Biz ətraf mühitin mühafizəsi və davamlı turizm dəyərlərinə sadiqik və gələcək nəsillərin də bu gün səyahət etdiyimiz mənzərələrdən həzz almasını təmin edirik. Biz öz fəaliyyətimiz və təbliğatımızla Azərbaycanın təbiət möcüzələrini gələcək illər ərzində qoruyub saxlamağa ümid edirik.Biz Azərbaycan dağlarına ekspedisiya, trekking, dağ xizəyi, velotur, at turu, hiking, düşərgə macəraları və bu fəaliyyətləri həyata keçirmək istəyən şəxslərə dırmaşma təlimləri təklif edirik. Biz səyahət etməyi, dırmanmağı, təbiəti və insanı kəşf etməyi, mədəniyyətləri öyrənməyi ehtirasla sevən, gördüklərimizi, öyrəndiklərimizi paylaşmağı həyatımızın mərkəzinə qoymuş təbiəti sevən turizm professionallarıyıq.

Ən gözəl macəranın evə sağ-salamat evə dönülən macəralar olduğunun fərqindəyik. Təhlükəsizliyinizi və xoşbəxtliyinizi hər şeydən öndə tutarıq. Biz dünyadakı bütün rənglərin, insanların, mədəniyyətlərin, təbii gözəlliklərin qorunmalı olduğuna ürəkdən inanan və bunun üçün məsuliyyət daşımaqdan çəkinməyən təbiət sevərlərik. Adını da, gücünü də, ruhunu da dağlardan almış; fərq yaradan bir səyahət anlayışının reallaşdırılmasını hədəfləyən professionalların bir yerə gələrək meydana gətirdiyi Mountain Guide Komandasıyıq!

aboutUs.texts.textSix

Komandamız
Natəvan Vəliyeva

Ofis meneceri

Babək Orabanlı (İsgəndərov)

Təsisçi − dağ bələdçisi

Ülvi Mirzəyev

Dağ bələdçisi

Abdulla Bəşiroğlu

Xarici əlaqələr üzrə menecer

Telefon

Ən son yeniləmə üçün bülletenimizə abunə olun

logo

Biz təbiətlə iç-içə şövqlə işləyən komandayıq. Turlar təşkil edərək təbiətin sehri ilə macəra axtarışında olan hər kəsi bir araya gətiririk. Peşəkarlıqla və həvəslə hazırladığımız turlarla unudulmaz təcrübələr yaşatmağı hədəfləyirik.

Bizi İzlə:
Əlaqə

© Azerbaijan Mountain Guide 2024