İstisu – Dilmədi – Siyov – Sım trekking

package image
package image
package image
package image

İstisu – Dilmədi – Siyov – Sım trekking

Azərbaycan
Müddət

2 gün

Tur tipi

trekking

Çətinlik səviyyəsi

Orta

Qrupun ölçüsü

6-12

Dillər

Azərbaycan, İngilis

İcmal

Hirkan Milli parkı ölkəmizin ən gözəl canlılarıyla zəngin milli parkıdır. Əsası endemik  dəmir ağac meşələridir. Ərazinin bitki aləminin zənginliyi burada çoxsaylı heyvanların yaşamasına imkan yaratmışdır. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, çöl donuzu, cüyür, yenot və s. növlərə rast gəlmək olar. Ərazidə suda-quruda yaşayan heyvan növlərindən adi triton, daraqlı triton, Suriya sarımsaqiyli qurbağası, Qafqaz xaçlıcası, adi quru qurbağası yayılmışdır. Milli Parkın ərazisində sürünənlərdən Aralıq dənizi tısbağası, zolaqlı çılpaqgöz kərtənkələ, girdəbaş yovşanlıq kərtənkələsi, xarabalıq kələzi, Eskulap ilanı və s. növlər mövcuddur.

Hirkan meşələrin dərinliklərində məskən salmış işiqsız və maşın yolu olmayan kəndlərə səfər edəcəyik. Kəndlərin əhalisi talışlardır. Əsas məşğuliyyəti arıçılıq və heyvandarlıqdır. Dilmədi kəndi yaxınlığında tarixi qəbirstanlıq vardır. Yaşayışın çətinliyi ilə əlaqədar əhalinin bir hissəsi aşağı kəndlərə yerləşməyə başlamışdır.

Bəndəsər kəndindən Başlayan yolumuz Çayağzı, Dilmədi kəndlərini keçərək Siov kəndində tamamlanacaqdır. Gecəni Siov kəndində evdə qalacağıq. Talış mətbəxtinə uyğun kənd yeməkləriylə qidalanacağıq.Səhər yeməyindən sonra Sım kəndinə yola düşəcəyik. Sım kəndini gəzib , turumuzu Sım şəlaləsində bitirəcəyik.

Öhdəliklər və əlavələr
  • İştirakçılar tur üçün ən azı 30 gün əvvəl qeydiyyatdan keçməlidirlər.
  • 1 həftə qalmış ləğv edənlərə 50% geri ödəniş, 3 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır.
  • Tur ərzində spirtli içki qadağandır!
  • Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
Önə çıxanlar
  • Hirkan Milli Parkının təbiətini kəşf edin.
  • Bəndəsar, Çayağzı və Dilmədi kəndlərində Talış mədəniyyəti ilə tanış olun.
  • Sım kəndindəki heyrətamiz Sım şəlaləsini görün.
  • Hirkan Milli Parkı
  • Talış kənd mədəniyyəti
  • Sım şəlaləsi macərası
Bu Paketi Bron Et

Mesajınız uğurla göndərildi.

Telefon

Ən son yeniləmə üçün bülletenimizə abunə olun

logo

Biz təbiətlə iç-içə şövqlə işləyən komandayıq. Turlar təşkil edərək təbiətin sehri ilə macəra axtarışında olan hər kəsi bir araya gətiririk. Peşəkarlıqla və həvəslə hazırladığımız turlarla unudulmaz təcrübələr yaşatmağı hədəfləyirik.

Bizi İzlə:
Əlaqə

© Azerbaijan Mountain Guide 2024