Səyahət proqramı:
Gün 1. Bakıya gəliş və otelə transfer
-
Bakı Beynəlxalq Hava Limanında qarşılanma.
-
Otelə transfer və yerləşmə.
-
İstirahət və sərbəst vaxt.
Gecələmə: Bakı şəhərində otel.
Gün 2. Bakı – Şabran – Əmbil gölü – Quba
Səhər yeməyindən sonra Bakıdan Quba istiqamətində yola düşürük. Şabran rayonunun Zeyvə kəndinə çatdıqdan sonra yolsuzluq avtomobili ilə Əmbil gölünün yaxınlığına gedirik. Gölün ətrafındakı təbiət mənzərələrini kəşf edir, istirahət və foto çəkilişi üçün vaxt ayırırıq. Təbiət qoynunda keçirdiyimiz vaxtdan sonra Quba şəhərinə doğru yolumuza davam edirik. Qubaya çatdıqdan sonra otelə yerləşir və günün qalan hissəsini sərbəst keçiririk.
Marşrut haqqında məlumat:
-
Piyada marşrutunun ümumi uzunluğu (gediş-dönüş): təxminən 5 km
-
Gölün yerləşdiyi yüksəklik: təxminən 930 m
-
Başlanğıc nöqtəsinin yüksəkliyi: 796 m
-
Yürüşün çətinlik dərəcəsi: orta
Gecələmə: Quba şəhərində otel.
Gün 3. Quba – Xınalıq – Xınalıq şəlaləsi – Qalaxudat – Quba
Səhər yeməyindən sonra 4x4 yolsuzluq avtomobilləri ilə dağ yolu boyunca Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olan Xınalıq kəndinə yola düşürük. Dəniz səviyyəsindən təxminən 2.170 metr yüksəklikdə yerləşən kəndə çatdıqdan sonra onun ənənəvi memarlığı, özünəməxsus mədəniyyəti və yerli həyat tərzi ilə tanış oluruq. Ətrafdakı möhtəşəm dağ mənzərələrindən zövq aldıqdan sonra Xınalıq şəlaləsinə səfər edirik. Daha sonra Qalaxudat kəndinə yollanır, Böyük Qafqaz dağlarının panoramik mənzərələrini seyr edir və foto çəkilişi üçün fasilələr veririk. Günün sonunda Qubaya qayıdırıq.
Marşrut haqqında məlumat:
-
Piyada marşrutunun uzunluğu: təxminən 9 km
-
Başlanğıc nöqtəsinin yüksəkliyi: 2.170 m
-
Maksimum yüksəklik: 2.300 m
-
Bitmə nöqtəsinin yüksəkliyi: 2.200 m
-
Yürüşün çətinlik dərəcəsi: asan
Gecələmə: Quba şəhərində otel.
Gün 4. Quba – Şahdağ – Laza şəlalələri – Kuzun – İsmayıllı
Səhər yeməyindən sonra Qubadan Şahdağ istiqamətində yola düşürük. Şahdağ Turizm Mərkəzində istirahət etdikdən və ərazinin gözəl dağ mənzərələrini kəşf etdikdən sonra Laza kəndinə yollanırıq. Burada məşhur Laza şəlalələrini ziyarət edir və ətrafdakı möhtəşəm təbiət mənzərələrindən zövq alırıq. Daha sonra Laza kəndindən Kuzun kəndinə doğru piyada yürüşə başlayırıq. Dağ cığırları boyunca davam edən yürüş zamanı Böyük Qafqazın füsunkar mənzərələri ilə tanış oluruq. Yürüş başa çatdıqdan sonra İsmayıllı istiqamətində yola düşürük.
Marşrut haqqında məlumat:
-
Piyada marşrutunun uzunluğu: təxminən 10 km
-
Başlanğıc nöqtəsinin yüksəkliyi: 1.700 m
-
Maksimum yüksəklik: 1.700 m
-
Bitmə nöqtəsinin yüksəkliyi: 1.300 m
-
Yürüşün çətinlik dərəcəsi: orta
Gecələmə: İsmayıllıda otel.
Gün 5. İsmayıllı – Lahıc – Niyaldağ – Basqal – İsmayıllı
Səhər yeməyindən sonra İsmayıllıdan Lahıc qəsəbəsinə yola düşürük. Burada daş döşənmiş qədim küçələri gəzir, ənənəvi memarlıq nümunələri və misgərlik kimi sənətkarlıq ənənələri ilə tanış oluruq. Daha sonra hava və yol şəraiti imkan verdiyi halda Niyaldağ ərazisinə səfər edir, dağ mənzərələrindən zövq alır və təbiət qoynunda gəzinti edirik. Növbəti dayanacağımız Basqal kəndi olur. Burada tarixi küçələri gəzir, ənənəvi memarlıq nümunələrini və kəndin özünəməxsus mədəni irsini kəşf edirik. Günün sonunda İsmayıllıya qayıdırıq.
Marşrut haqqında məlumat:
-
Piyada marşrutunun uzunluğu: təxminən 13 km
-
Başlanğıc nöqtəsinin yüksəkliyi: 1.300 m
-
Maksimum yüksəklik: 2.053 m
-
Bitmə nöqtəsinin yüksəkliyi: 1.400 m
-
Yürüşün çətinlik dərəcəsi: orta-çətin
Gecələmə: İsmayıllıda otel.
Gün 6. İsmayıllı – Talıstan – Qaranohur gölü – Bakı
Səhər yeməyindən sonra İsmayıllıdan Talıstan kəndinə yola düşürük. Kəndə çatdıqdan sonra meşə cığırları boyunca Qaranohur gölünə doğru piyada yürüşə başlayırıq. Marşrut boyunca sıx meşələrin, dağ mənzərələrinin və təbiətin sakitliyinin zövqünü çıxarırıq. Gölə çatdıqdan sonra onun ətrafında istirahət edir, mənzərəli təbiətdən zövq alır və foto çəkilişi üçün vaxt ayırırıq. Daha sonra eyni marşrutla başlanğıc nöqtəsinə qayıdır və Bakı istiqamətində yola düşürük. Bakıya çatdıqdan sonra otelə yerləşirik.
Marşrut haqqında məlumat:
-
Piyada marşrutunun uzunluğu (gediş-dönüş): təxminən 9 km
-
Başlanğıc nöqtəsinin yüksəkliyi: 900 m
-
Maksimum yüksəklik: 1.540 m
-
Bitmə nöqtəsinin yüksəkliyi: 900 m
-
Yürüşün çətinlik dərəcəsi: orta
Accordion summary...
Accordion body...
Gecələmə: Bakı şəhərində otel.
Gün 7. Bakı şəhər turu
Səhər yeməyindən sonra Bakı şəhər turuna başlayırıq. İlk olaraq İçərişəhəri gəzərək onun tarixi küçələri, qədim memarlıq nümunələri və şəhərin simvollarından biri olan Qız Qalası ilə tanış oluruq. Daha sonra Bakı bulvarına yollanır, Xəzər dənizinin mənzərələrindən zövq alırıq. Turun davamında müasir memarlığı ilə seçilən Heydər Əliyev Mərkəzinə baş çəkir və foto çəkilişi üçün vaxt ayırırıq. Proqram çərçivəsində şəhərin digər görməli yerləri ilə də tanış olduqdan sonra nahar edirik. Nahardan sonra günün qalan hissəsi sərbəst vaxt üçün nəzərdə tutulur. Bu müddətdə alış-veriş edə, şəhərdə müstəqil gəzintiyə çıxa və ya istirahət edə bilərsiniz.
Gecələmə: Bakı şəhərində otel.
Gün 8. Sərbəst vaxt və hava limanına transfer
Turun Qiymətinə Daxildir:
✅Hava limanı – Bakı – hava limanı nəqliyyatı (Sprinter və ya Vito).
✅Bakı – Şabran – Zeyvə kəndi – Quba nəqliyyatı.
✅Quba – Xınalıq – Qalaxudat – Quba nəqliyyatı.
✅Quba – Şahdağ – Laza şəlalələri – Kuzun – İsmayıllı nəqliyyatı.
✅İsmayıllı – Lahıc – Niyaldağ – Basqal – İsmayıllı nəqliyyatı.
✅İsmayıllı – Talıstan – Qaranohur gölü – Bakı nəqliyyatı.
✅Şahdağ Milli Parkına giriş biletləri.
✅4 ulduzlu oteldə yerləşmə (səhər yeməyi daxil olmaqla).
✅Dağ bələdçisi.
✅Mədəniyyət bələdçisi.
✅Şahdağ Milli Parkına giriş bileti.
Turun Qiymətinə Daxil Deyil:
❌Yürüş müddətində nahar yeməkləri.
❌Təyyarə biletləri.
❌Axşam yeməkləri.
❌Proqramda göstərilməyən digər xərclər (xüsusi tələblər, tək nəfərlik otaq və s.).
❌Muzey biletləri.
Lazımi ləvazimatlar:
Yüngül və rahat geyimlər – İqlim isti olduğuna görə pambıq və ya kətan materiallı geyimlər məsləhətdir.
Gün eynəyi və papaq – Günəşdən qorunmaq üçün vacibdir.
Rahat ayaqqabı – Tarixi abidələrə və muzeylərə uzun gəzintilər zamanı rahatlıq üçün idman ayaqqabısı və ya sandallar.
Şal və ya nazik uzunqol geyim – Məbədləri və dini məkanları ziyarət edərkən uyğun geyinmək üçün.
Çimərlik geyimi – Xəzər dənizində çimmək və ya sahildə istirahət etmək istəyənlər üçün.
Su qabı – Yayda susuzluğun qarşısını almaq üçün vacibdir.
Günəşdən qoruyucu krem – İsti hava şəraitində dərini qorumaq üçün.
Fotoaparat və ya telefon – Tarixi abidələri və gözəl mənzərələri çəkmək üçün.
Kiçik bel çantası – Sənədləri, suyu və digər vacib əşyaları rahat daşımaq üçün.
Şəxsi dərmanlar və ilkin tibbi yardım dəsti – Hər ehtimala qarşı.
Əlavə Məlumat və Şərtlər:
-
Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur. Bu müddət ərzində iştirakçılar pasport surətini təqdim etməlidirlər ki, Qarabağ zonasına icazə alınsın.
-
Rezervasiyanın Ləğvi və Geri Ödəniş:
-
Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.
-
15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).
-
7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.
-
5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.
-
Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.
-
Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.
-
Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.
-
Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
- Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.