Azərbaycan, Kəpəz
Azərbaycan, Kəpəz
Azərbaycan2 gün
summit
orta-çətin
6-12
Azərbaycan, İngilis
İcmal
Kəpəz dağı - Kiçik Qafqazda Göygöl rayonu ərazisində, Ağsu çayının mənbəyində yerləşir. Yüksəkliyi 3066 m-dir. Cənub yamacı nisbətən meyilli, şimal yamacı dik və uçurumludur. Kəpəz dağı Göygöl rayonu ərazisində, Murovdağ silsiləsinin şimal yamacındadır. 1139-cu il sentyabrın 30-da baş vermiş zəlzələ nəticəsində bu dağdan böyük qaya parçaları qoparaq Ağsu çayının dərəsinə tökülmüş və çayın qabağını kəsmişdir. Nəticədə çayın yatağında Göygöl, Maralgöl və başqa göllər əmələ gəlmişdir.
Öhdəliklər və əlavələr
- Qrupdakı insanların maksimum sayı 3, 7, 12 nəfər təşkil edə bilər.
- Tura ən gec 30 gün öncədən qeydiyyatdan keçib, ödəniş etmək zəruridir. (Pasportun surəti ilə)
- Qrup lideri hava şərtləri, ictimai hadisələr və hər cür mənfilik qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
- Qrupun yürüş tenpi və digər səbəblərə görə programın vaxtında gecikmələr ola bilər.
- Zirvə yürüşlərində 1 həftə qalmış ləğv edənlərə 50% geri ödəniş, 3 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır.
- Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının özü tərəfindən edilir.
Önə çıxanlar
- Kəpəz dağına çıxacaqsınız.
- Toğana kəndinə səfər və yerli əhali ilə görüş
- Göygöl Milli parkının imində meşədə çadırlarda bir gecə qalacaqsız.
- Ördək göl, Maralgöl, Göygölü görəcəksiniz
Bu Paketi Bron Et
Mesajınız uğurla göndərildi.