Azərbaycan, Beşbarmaq dağı

package image
package image
package image
package image

Azərbaycan, Beşbarmaq dağı

Azərbaycan
Müddət

1 gün

Tur tipi

hiking

Çətinlik səviyyəsi

Asan

Qrupun ölçüsü

6-12

Dillər

Azərbaycan, İngilis

İcmal

Beşbarmaq dağı- Azərbaycanın Siyəzən rayonunda, Xəzər dənizinə yaxın ərazidədir. Bakı-Quba magistral yoluna baxaraq dəniz səviyyəsindən 470 m yüksəkliyi olan dağı görə bilərsiz. Dağ möhkəm qayadır və mifik hekayələri ilə tanınan Qafqazın ən məşhur dağlarından biridir. Bu, zəvvarların müntəzəm ziyarəti üçün müqəddəs bir yerdir. El arasında bura Xızır-Zində piri də deyilir. Bu pir Azərbaycanda kifayət qədər məşhurdur və bəziləri oranı müqəddəs ziyarətgah hesab edilir. Dağın zirvəsində ətraf ərazi və Xəzər dənizinə gözəl mənzərə açılır. Dağın üzərində və ətraf ərazidə III-VII əsrlərdə Sasanilər imperiyasının dövründə tikilmiş Beşbarmaq, sonra Gilgilçay, daha sonra isə Xəzər dənizi boyunca Azərbaycan ərazisinə hücum edən massagetlər, xəzərlər, hunlar, alanlar kimi köçəri qəbilələrdən qorunmaq üçün Dərbənd sistemi tikilib. Dağa ətraf ərazidən baxanda əlin beş barmağına bənzəyir

Öhdəliklər və əlavələr
  • Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabı da götürə və götürdüyünüz əlavə əşyaları maşında saxlaya bilərsiniz.
  • Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
  • 1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.
Önə çıxanlar
  • Beşbarmaq dağı
  • Xəzər dənizi
  • Siyəzən dağları
  • Zirvədən Xəzər dənizinə açılan gözəl mənzərədən həzz alın.
  • Beşbarmaq dağındakı Xıdır-Zində ziyarətgahını sirrini açın.
  • Sahil boyu qədim Sasani müdafiəsinə şahid olun.
Bu Paketi Bron Et

Mesajınız uğurla göndərildi.

Telefon

Ən son yeniləmə üçün bülletenimizə abunə olun

logo

Biz təbiətlə iç-içə şövqlə işləyən komandayıq. Turlar təşkil edərək təbiətin sehri ilə macəra axtarışında olan hər kəsi bir araya gətiririk. Peşəkarlıqla və həvəslə hazırladığımız turlarla unudulmaz təcrübələr yaşatmağı hədəfləyirik.

Bizi İzlə:
Əlaqə

© Azerbaijan Mountain Guide 2024