Azərbaycan, Abşeron yarımadası

package image
package image
package image
package image

Azərbaycan, Abşeron yarımadası

Azərbaycan
Müddət

1 gün

Tur tipi

city and historical places

Çətinlik səviyyəsi

Asan

Qrupun ölçüsü

6-12

Dillər

Azərbaycan, İngilis

İcmal

"Abşeron" Tur proqramının əsas istiqamətlərindən biri olan "Yanardağ" abidəsi özünün indiki vəziyyəti ilə unikaldır, təbii olduğu üçün tayı-bərabəri yoxdur, elə bu baxımdan da, o həqiqətən ümumbəşəri dəyərə malikdir. "Yanardağ” haqqında ilk yazılı mənbə eramızın X əsrinə təsadüf edir. Bizanslı alim Paniyli Pirsk Qafqaz Albaniyası Bakını təsvir edərkən “sualtı qayadan qalxan od”-dan söz açır. Bundan başqa, ərəb alim və səyyahları Əl Məsudi, Əbu Duləf-əl Yənbui, Əl-Farisi Əl-İstəxri, Əbdürəşid-Əl Bakuvi əsərlərində Abşeron yarımadasında olan yanar dağlar haqqında geniş məlumat veriblər. 2007-ci ildə “Yanardağ”ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. Qoruğun ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotursu bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.

Keçmişin izlərini özündə yaşadan Odlar məbədi - “Atəşgah” Bakının mərkəzindən 30 kilometr aralıda, Abşeron yarımadasının Suraxanı kəndinin cənub-şərq qurtaracağında yerləşir. Müasir Atəşgah XVI-XVII əsrlərdə yerdən təbii çıxan qaz yatağının üstündə inşa edilib. Məbədi Suraxanı sakinlərinin tikdiyi ehtimal olunur. Bütün tarixi mənbələrdə Bakı təbii alovların yandığı Odlar diyarı kimi təqdim olunur və ehtimal olunur ki, bu, Bakı ərazisində bizim eradan əvvələ aid ilk məbəddir.

"Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi" 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının Xəzər rayonunun ərazisindəki qədim Qala kəndində yaradılmışdır. Muzeyə gələnlər burada Qala kəndinin qədim tarixi ilə tanış olurlar. Dünyanın açıq səma altında yaradılmış nadir muzeyləridən olan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində eramızdan əvvəl III minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzi, kurqanlar, sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. canlı olaraq qorunub saxlanılmışdır. 2011-ci ildə Qala Muzey Kompleksinin ərazisində Qala İnformasiya Mərkəzi, Etno-Ekoloji Mərkəz, Əntiq Əşyalar Muzeyi yaradılmışdır.

Öhdəliklər və əlavələr
  • Turun proqramında qeyd olun müddət şərti yazılmışdır.
  • Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
  • 1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır.
Önə çıxanlar
  • Bir günlük bu turda Bakı və onun ətrafını kəşf edin.
  • Atəşgah, Yanardağ və s. səfər edin.
  • Bələdçinizdən hər mənzərənin tarixi haqqında məlumat əldə edin.
  • Otelinizdən pulsuz gediş-dönüş nəqliyyatından həzz alın.
  • Turda dünyanın hər yerindən yeni insanlarla tanış olun.
Bu Paketi Bron Et

Mesajınız uğurla göndərildi.

Telefon

Ən son yeniləmə üçün bülletenimizə abunə olun

logo

Biz təbiətlə iç-içə şövqlə işləyən komandayıq. Turlar təşkil edərək təbiətin sehri ilə macəra axtarışında olan hər kəsi bir araya gətiririk. Peşəkarlıqla və həvəslə hazırladığımız turlarla unudulmaz təcrübələr yaşatmağı hədəfləyirik.

Bizi İzlə:
Əlaqə

© Azerbaijan Mountain Guide 2024