Əlik – Haput – Xınalıq – Qrız – Qrızdəhnə trekking
Əlik – Haput – Xınalıq – Qrız – Qrızdəhnə trekking
Azərbaycan2 gün
trekking
Orta
6-12
Azərbaycan, İngilis
İcmal
Əlik- Haput-Xınalıq-Qalaxudat-Qrız- Qrız Dəhnə kəndləri trekking marşrutu Azərbaycanın ən yüksək dağ kəndlərini birləşdirən yürüyüş marşrutudur. Böyük Qafqaz dağlarının yüksək dağ zirvələrindən olan Xınalıq, Qızıl Qaya və Mıxtökən silsilələrini birləşdirən və yaylaqlardan keçən turumuz bizə bir çox təcrübəni yaşamağımıza səbəb olacaqdır.
Tarixi və qədim karvan yollarını birləşdirən cığırlarda keçmişin izlərini görmək imkanımız olacaqdır.
Yol boyunca fərqli təbiətin şahidi olacağıq. Tarixi evlərdə fərqli yeməkləri yeyib və fərqli dillərdə danışan insanlarla bir evi paylaşacağıq. Tarixləri, mədəniyyətləri, mətbəxtləri, məşğuliyyətləri, insanları və dilləri fərqli olan yüksək dağ kəndləri bizi daha da məmnun edəcəkdir.
Öhdəliklər və əlavələr
- İştirakçılar tur üçün ən azı 30 gün əvvəl qeydiyyatdan keçməlidirlər.
- 1 həftə qalmış ləğv edənlərə 50% geri ödəniş, 3 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır.
- Tur ərzində spirtli içki qadağandır!
- Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
- Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz.
Önə çıxanlar
- Trekkinq marşrutu boyunca Əlik, Haput və Xınalıq kəndlərini kəşf edin.
- Tarixi karvan yolları boyunca təbiətin müxtəlifliyinə şahidi olun.
- Yüksək dağ kəndlərinin unikal mədəniyyət və mətbəxini təcrübə edin.
- Əlik kəndi
- Haput kəndi
- Xınalıq kəndi
- Qalaxudat kəndi
- Qrız kəndi
Bu Paketi Bron Et
Mesajınız uğurla göndərildi.