Atlı tura qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız vacibdir. Bu, xüsusilə ilk dəfə at sürənlər üçün faydalıdır və gözlənilməz hallarla qarşılaşmağın qarşısını alır. Marşrutun çətinlik səviyyəsi, tələb olunan avadanlıqlar, məsafə və hava şəraiti haqqında öncədən məlumatlanmaq, tur boyunca daha rahat və təhlükəsiz hərəkət etməyinizə kömək edəcək.
Atlı Turun programı:
1-ci GÜN: Bakı – Quba – Qrız kəndi
Bakıdan Qubanın Qrız kəndinə yola düşürük (3 saat). Qubadan 4x4 maşınlarıa Qrız kəndinə gedirik. Qrız kəndində atlarla tanışlıq və atların yoxlanılması üçün kiçik test yürüşü. Gecəni Qrız kəndində evdə qalırıq.
-
Məsafə ( Bakı – Quba – Qrız kəndi ): 220 km
-
Başlanğıc hündürlüyü: 2020 m
-
Maksimum hündürlük: 2200 m
-
Bitirmə hündürlüyü: 2020 m
2-ci GÜN: Qrız kəndi – Ağacyolu – Xınalıq kəndi
Qrızda səhər yeməyindən sonra atlarımızla Xınalıq kəndinə doğru yola düşürük. Qədim yol ilə irəliləyərək Xəzər dənizinə qədər uzanan möhtəşəm mənzərələri seyr edirik. Qızılqaya dağının ətəklərindən keçib Qızılqaya silsiləsini aşdıqdan sonra Xınalıq kəndinə doğru enişə başlayırıq. Yay aylarında çobanların məskən saldığı yaylaqlardan keçərək qədim Xınalıq kəndinə çatırıq.
Kəndi gəzib tanış olduqdan sonra qonaq evinə yerləşirik.
Gecəni Xınalıq kəndində qalırıq.
- Məsafə: 25 km
- Başlanğıc hündürlüyü: 2020 m
- Maksimum hündürlük: 2900 m
- Bitirmə hündürlüyü: 2170 m
3-cü GÜN: Xınalıq – Şahyaylaq – Bazardüzü dağının ətəkləri-Xınalıq
Xınalıq kəndində səhər yeməyindən sonra Azərbaycanın yüksək zirvələrinə açılan qapı sayılan Xınalıqdan Şahdağ Milli Parkına daxil oluruq. Yüksək dağ zirvələri və çobanların yay aylarında məskən saldığı yaylaqlardan keçərək Şahyaylağa doğru yola düşürük. Azərbaycanın ən yüksək zirvələrinin mərkəzində yerləşən bu yaylaq eyni zamanda ölkəmizin ən gözəl yaylaqlarından biridir.
Ən uca zirvələrin ətəkləri ilə atlarımızı Azərbaycanın ən yüksək dağı olan Bazardüzü dağının ətəklərinə doğru sürürük. İstirahətdən sonra turumuzu tamamlayaraq yenidən Xınalıq kəndinə qayıdırıq.
Gecəni Xınalıq kəndində qalırıq.
- Məsafə: 30–40 km
- Başlanğıc hündürlüyü: 2170 m
- Maksimum hündürlük: 2800 m
- Bitirmə hündürlüyü: 2170 m
4-cü GÜN: Xınalıq – Qalaxudat – Qrız kəndi
Xınalıq kəndində səhər yeməyindən sonra, tarixi yolla Qrız kəndinə doğru yola düşürük. İlk öncə Qalaxudat kəndinə çatırıq. Qalaxudat kəndində nahar fasiləsindən sonra Qrız kəndinə doğru yolumuzu davam edirik. Qudyalçay kanyonunun üstü ilə yolumuzu davam edib, Qrız kəndinə çatırıq.
Nahar yeməyindən sonra Bakıya yola düşürük.
- Məsafə: 20 km
- Başlanğıc hündürlüyü: 2154 m
- Maksimum hündürlük: 2300 m
- Bitirmə hündürlüyü: 2020 m
Turun Qiymətinə Daxil Olan Xidmətlər:
-
Bakı – Quba – Qrız dəhnə kəndi – Bakı (Mercedes vita, sprinter)
-
Qrız dəhnə – Qrız kəndi – Qrız dəhnə kəndi (4x4 maşınlar)
-
Baqaj üçün dağ avtomobilləri (4x4 maşınlar)
-
Dağ və at bələdçisi (7 nəfər üçün 1 bələdçi)
-
Atlar
-
Qonaq evlərində gecələmə (3 gecə)
-
Qonaq evlərində yemək (3 dəfə)
-
Şahdağ Milli Parkına giriş biletləri
Turun Qiymətinə Daxil Olmayan Xidmətlər:
Lazım olan ləvazimatlar:
-
Bel çantası 30-40 L (tur müddətində istifadə etmək üçün)
-
Yürüş üçün rahat ayyaqqabı
-
Yürüş üçün rahat şalvar və gödəkçə
-
Havaya uyğun eynək, papaq və s.
-
Günəşdən qorunmaq üçün krem
-
Su qabı
-
Termos
-
Dəbilqə
Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.
Əlavə Məlumat və Şərtlər:
-
Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur.
-
Rezervasiyanın Ləğvi və Geri Ödəniş:
-
Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.
-
15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).
-
7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.
-
5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.
-
Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.
-
Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.
-
Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.
-
Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.
-
Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
- Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.