Popular Asan May-Noyabr

Xalıt Meşəsi Kampı: Sakitlik, Təbiət və Macəra

Şamaxə, Qaladərəsi 2 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

2 Gün
640 m Düşərgə

Şahdağ Milli Parkının sükunətində unudulmaz bir təbiət təcrübəsi – Xalıt meşəsindəki 2 günlük düşərgə turunda təbiətin ən gözəl sirlərini kəşf edəcəyiniz bir macəraya qatılın.

Xalıt meşəsinin dərinliklərində kamp quraraq, ulduzlarla dolu səmada rahat bir gecə keçirin. Dağların hündürlüyündən enərək, Xalıt şəlaləsinin səs-küylü axışını izləyin və özünüzü təbiətin incəliklərində hiss edin. Ardınca, Buğurd qalasının əzəmətli siluetinə baxaraq keçmişin izlərini görmək, Yaşıl gölün təmiz və parlaq suyunda öz əksinizi tapmaq üçün mükəmməl bir fürsət olacaq.

Bu tur, sadəcə bir gəzinti deyil, həm də ruhunuzu təzələyəcək bir həyat təcrübəsidir. Dağların kollarında, təmiz hava ilə nəfəs alarkən, təbiətə yaxın olmaq və hər addımda yeni bir kəşf etmək istəyirsinizsə, bu düşərgə turu tam olaraq aradığınız təcrübədir. Qəlbinizin dərinliklərində istədiyiniz rahatlıq, təbiət ilə harmoniya və macəra burada sizi gözləyir!

Professional bələdçi
Daxil deyil
Foto və Video

Düşərgə turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız vacibdir. Bu, xüsusilə ilk dəfə dağ yürüşünə çıxanlar üçün faydalıdır və gözlənilməz hallarla qarşılaşmağın qarşısını alır. Marşrutun çətinlik səviyyəsi, tələb olunan avadanlıqlar, məsafə və hava şəraiti haqqında öncədən məlumatlanmaq, tur boyunca daha rahat və təhlükəsiz hərəkət etməyinizə kömək edəcək.

Səyahət planı:

1-ci Gün: Bakı-Şamaxı -Düşrəənin qurulması- Xalıt Şəlaləsi

Bakıdan Şamaxının Qaladərəsi kəndinin ərazisində yerləşən Xalıt meşəsinə yola düşürük (təxminən 3 saat). Şahdağ Milli Parkının ərazisində çadırlarımızı qurur, düşərgə və piknik zonasını hazırlayırıq. Ocağımızı yandırıb istirahət etdikdən sonra Xalıt şəlaləsinə yürüş edirik və təbiətin gözəlliyini kəşf etdikdən sonra düşərgəyə geri dönürük.

Düşərgədə müxtəlif oyunlar və əyləncəli fəaliyyətlər təşkil olunur:

Şəbəkə oyunu (ilkin tanışlıq)

Voleybol

Frisbee

İp dartma

Uno, Mafia və digər stolüstü oyunlar

Ocaq başında hekayə oyunu

Woody Games və digər komanda oyunları

Gecəni çadırlarda qalaraq ulduzlu səmanın sehri və təbiətin sakitliyi altında unudulmaz bir gecə keçiririk.

2-ci Gün: Düşərgə faliyyətləri- Düşərgənin toplanması- Bugurt qalası- Bakı

Səhər quşların səsi ilə hər kəs istədiyi vaxt yuxudan oyana bilər. Oyunlar və ocaq başında fəaliyyətlərə davam edirik. Nahar yeməyindən sonra çadırlarımızı toplayıb Yaşıl gölə, Qaladərəsi kəndinə və Buğurd qalasına yürüş edirik. Gəzintidən sonra Bakıya yola düşürük.


Tura Daxil Olanlar:
  • Nəqliyyat (Bakı – Şamaxı rayonu -Qaladərəsi kəndi– Bakı)

  • Əşyaların  düşərgə ərazisinə çatdırılması

  • Dağ bələdçisi

  • Kamp ləvazimatları (çadır, yataq kisəsi, mat)

  • Düşərgədə ocağın qalanması və isti çay

  • Fotoçəkiliş

  • Insta 360 çəkilişi

  • Müxtəlif oynların təşkili:

    • Şəbəkə oyunu (ilkin tanışlıq)

    • Voleybol

    • Firisbee

    • İp dartma

    • Uno, Mafia oyunları

    • Ocaq başında hekayə oyunu

    • Woody Games oyunları

Tura Daxil Olmayanlar:

❌Şəxsi geyim ləvazimatları

❌Yürüş və düşərgə müddəitdə qidalanma

❌Proqramda qeyd olunmayan digər xidmətlə

Lazımi ləvazimatlar:
  • Bel çantası (düşərgəyə gətirəcəyiniz əşyalarınızın yerləşəcəyi 30-40 l həcmində)

  • Yürüş üçün rahat ayyaqqabı

  • Yürüş üçün rahat şalvar və gödəkçə

  • Havaya uyğun eynək, papaq və s.

  • Yürüş çomağı

  • Termos

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

Ocaq başında bişirmək üçün qida ehtiyatı özünüzlə götürməyi unutmayın.

1 həftə qalmış ləğv edənlərə 50% geri ödəniş, 3 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır.

Tur ərzində spirtli içki qadağandır!

Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.

Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Şərtlərin dəyişməsinə görə təşkilatçılar proqramda müəyyən dəyişiklik edə bilər.


İştirakçı Rəyləri

100%
0

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxil deyil
English