Popular Asan May-Noyabr

Quba Dağ Kəndləri Trekking Turu: Əlikdən Qrızdəhnəyə Sərgüzəştli Səyahət

Quba, Xınalıq 2 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

2400 m Zirvə
32 km Məsafə
2 Gün
1600m Başlangıc

Azərbaycanın ən füsunkar trekking marşrutlarından biri olan Əlik – Haput – Xınalıq – Qalaxudat – Qrız – Qrızdəhnə marşrutu sizi Böyük Qafqaz dağlarının qoynuna, qədim kəndlərə və sirli tarixin izlərini daşıyan cığırlara aparacaq. Bu tur həm təbiət həvəskarları, həm də mədəniyyət və tarixlə maraqlanan səyahətçilər üçün unikal bir təcrübə vəd edir.

Marşrutun Xüsusiyyətləri

Bu yürüş marşrutu Azərbaycanın ən yüksək dağ kəndlərini birləşdirir. Trekking zamanı Xınalıq  və Qızıl Qaya silsilələrini aşacaq, dəniz səviyyəsindən 2400 metrdən yuxarı yüksəkliklərdə qədim karvan yollarının izləri ilə irəliləyəcəksiniz. Əsrarəngiz dağ mənzərələri, yay otlaqları, sıldırım qayalar və gözoxşayan vadilər tur boyunca sizə unudulmaz anlar yaşadacaq.

Qədim Dağ Kəndləri və Yerli Xalqlar

Bu marşrut boyunca siz fərqli mədəniyyətlər və etnik qruplarla tanış olacaqsınız. Qədimdən bəri Böyük Qafqazın yüksək dağ kəndlərində Xınalıqlar, Qrızlar, Haputlar və Ləzgilər məskunlaşıb. Bu xalqların hər biri özünəməxsus dili, mədəniyyəti və yaşayış tərzi ilə fərqlənir.

Xınalıq kəndi – Dünyanın ən qədim və ən yüksəkdə yerləşən yaşayış məntəqələrindən biridir. Xınalıqlar özlərinə məxsus unikal dilə malikdir və bu dil yalnız Xınalıq kəndində danışılır.

Qrız və Qrızdəhnə  kəndi – Dağların qoynunda yerləşən bu kəndin sakinləri Qrız dilində danışırlar və onların tarixi yüz illər öncəyə dayanır.

Qalaxudat  - Bu kənddə Azərbaycanlılar yaşayır.

 Haput kəndləri – Burada əsasən Şahdağ dil qrupu ailəsinə daxil olan  və bu bölgədə çox az insana məxsusbir xalqdır.

Tur Boyunca Yaşayacağınız Təcrübələr

Qədim Karvan Yolları ilə Səyahət – Bu trekking marşrutu ticarət yollarının və Böyük İpək Yolunun keçdiyi tarixi cığırlardan keçir. Bu yollar qədimdən bəri tacirlər və səyyahlar tərəfindən istifadə olunub.
Yerli Mətbəxi Kəşf Edin – Dağ kəndlərində sizə Qrız qutabı, Xınalıq çörəyi, təndir çörəyi, şor və təbii qaymaq, ət və süd məhsullarından hazırlanan yeməklər təqdim olunacaq.
 Fərqli İnsanlarla Tanışlıq – Bu turda siz fərqli dillərdə danışan, qədim adət-ənənələrini qoruyub saxlayan insanlarla bir arada olacaqsınız. Onların həyat tərzi və qonaqpərvərliyi sizdə unudulmaz təəssüratlar yaradacaq.
 Dağların Sehrini Yaşayın – Yüksək dağlardan aşağı vadilərə enərkən, sıldırım qayalar, gur axan çaylar, yaşıl meşələr və geniş yaylaqlar sizi valeh edəcək.

Professional bələdçi
Daxildir
Foto və Video

Trekking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız vacibdir. Bu, xüsusilə ilk dəfə dağ yürüşünə çıxanlar üçün faydalıdır və gözlənilməz hallarla qarşılaşmağın qarşısını alır. Marşrutun çətinlik səviyyəsi, tələb olunan avadanlıqlar, məsafə və hava şəraiti haqqında öncədən məlumatlanmaq, tur boyunca daha rahat və təhlükəsiz hərəkət etməyinizə kömək edəcək.

Səyahət planı:

1-ci GÜN: Bakı - Hapıt - Xınalıq - Qalaxudat

Bakıdan Qubanın Əlik kəndinə yola düşürük(4saat). Əlik kəndinə çatdıqdan sonra 4x4 dağ maşınları ilə Haput kəndinə yola düşürük. Haput kəndinə çatdıqdan sonra nahar fasiləsi edirik və daha sonra Xınalıq kəndinə doğru trekking yürüşünə başlayırıq. Yol boyu Haput kəndinin tarixi küçələrini gəzərək yürüşümüzü davam etdiririk.

Marşrutumuz Haput-Xınalıq dağ keçidinə qədər az əyimli yoxuş boyunca davam edir. Keçidi aşdıqdan sonra ölkəmizin bir çox zirvələrinə açılan möhtəşəm mənzərəni seyr edəcəyik. Daha sonra yürüşümüzü davam etdirərək Qudyalçayı keçib Xınalıq kəndinə çatırıq.

 Xınalıq kəndini gəzdikdən sonra maşınla Qalaxudat kəndinə gedirik. Burada kənd evlərində yerləşirik. Şam yeməyindən sonra sabahkı yürüşün detalları müzakirə edilir. 

Gecələmə Qalaxudat kənd evində.


2-ci GÜN: Qalaxudat-Qrız- Qırız dəhnə kəndləri

Səhər yeməyindən sonra Qrız kəndinə doğru yürüşə başlayırıq. Gur-Gur şəlaləsini ziyarət etdikdən sonra Qrız kəndinə çatırıq. Nahar fasiləsindən sonra Eh yolu ilə Qrızdəhnə kəndinə doğru yürüşümüzü davam etdiririk. Qudyalçayı boyunca irəliləyərək Qrızdəhnə meşəsinə enirik və kəndə çatırıq. Qrızdəhnə kəndində çay süfrəsindən sonra Bakıya yola düşürük.

Tura Daxil Olanlar:
  • Bakı şəhəri - Əlik kəndi nəqliyyat ( sprinter, vita)

  • Qrız Dəhnə kəndi - Bakı ( sprinter, vita)

  • Əlik-Hapıt (4x4 maşınlar)

  • Xınalıq-Qalaxudat (4x4 maşınlar)

  • Dağ bələdçisi ( 7 nəfərə 1 bələdçi)

  • Səhər və axşam yeməkləri

  • Qalaxudatda kənd evində gecələmə (1 gecə)

  • Şəxsi geyim ləvazimatları

  • Qidalanma

  • Proqramda qeyd olunmayan digər xidmətlər

Tura Daxil Olmayanlar:

❌Şəxsi geyim ləvazimatları

❌Yürüş müddəitdə qidalanma

❌Proqramda qeyd olunmayan digər xidmətlə

Lazımi ləvazimatlar:
  • Bel çantası (40-50 l)

  • Su keçirməz bot (Waterproof)

  • Külək və yağış keçirməz geyim (gödəkçə,şalvar) (Gore-tex)

  • Tozluq

  • Yürüş çubuqları

  • Gün eynəyi, papaq, günəş kremi və s.

  • Əlcək, papaq

  • Corab (sintetik)

  • Alın fanarı

  • Ilk yardım çantası (şəxsi dərman və s.)

  • Termos və su qabı

  • Qida və su ehtiyyatı

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır

Əlavə Məlumat və Şərtlər:
  • Qeydiyyat və İcazə: Turda iştirak üçün ən azı 30 gün öncədən qeydiyyatdan keçmək və ödənişi tam etmək tələb olunur. 

  • Rezervasiyanın Ləğvi və Geri Ödəniş:

    • Tur tarixindən 30 gün əvvəl ləğv edildikdə məbləğ tam geri qaytarılır.

    • 15 gün əvvəl ləğv edildikdə məbləğin 70%-i geri qaytarılır (30%-i tutulur).

    • 7 gün qalmış ləğv edildikdə məbləğin 50%-i geri qaytarılır.

    • 5 gün və daha az qalmış ləğv edilən rezervasiyalar üçün ödəniş geri qaytarılmır.

  • Tur Proqramının Dəyişdirilməsi: Hava şəraiti, ictimai hadisələr və digər gözlənilməz hallar səbəbindən tur rəhbəri proqramı dəyişdirmək və ya ləğv etmək hüququna malikdir.

  • Qrup sayı 3, 7 və ya 14 nəfər ola bilər, fərqli qrup tələbləriniz üçün bizimlə əlaqə saxlayaraq fərdi qiymət ala bilərsiniz.

  • Mobil Rabitə: Dağ şəraitində bəzi yerlərdə mobil rabitə işləməyə bilər. Ən yaxşı əlaqə Azercell operatoru vasitəsilə mümkündür.

  • Qidalanma və Avadanlıq: Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının öz öhdəliyindədir.

  • Fərdi Sorğular: Tur məzmununa fərqli yerlər və ya yeməklər əlavə etmək və ya çıxarmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

  • Bəxşişlər: Xidmətlərdən məmnun qaldığınız halda bəxşiş vermək şəxsi seçiminizdir.




İştirakçı Rəyləri

4.8
18 rəy əsasında
5
14

Rəy Bildirin

Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
English