Xizək turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız tövsiyə olunur. Bu, xüsusilə ilk dəfə xizək sürəcək iştirakçılar üçün faydalıdır və gözlənilməz hallarla qarşılaşmamağınıza kömək edəcək. Lazım olan geyim və avadanlıqlar, hava şəraiti, trasların çətinlik dərəcəsi və təhlükəsizlik qaydaları haqqında əvvəlcədən məlumatlı olmaq, rahat və təhlükəsiz istirahət etməyinizi təmin edəcək.
Turun programı:
Gün 1: Bakıya gəliş və şəhər turu
Marşrut:Bakı Beynəlxalq Hava Limanı – Bakı şəhəri – İçərişəhər – Bakı bulvarı – Dağüstü park
Səhər | Qarşılanma və otelə transfer
Bakı Beynəlxalq Hava Limanında qarşılanma və otelə transfer. Otelə yerləşmə vaxtından və uçuş cədvəlindən asılı olaraq, Azərbaycan paytaxtı ilə tanışlıq turuna başlayırıq.
Bakı şəhər turu | Tarix, mədəniyyət və müasirlik
Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu Bakı əsrlərin izlərini qoruyub saxlayan tarixi məkanları, unikal memarlığı və müasir şəhər mənzərələri ilə seçilir.
Şəhər turumuzun ilk dayanacağı UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhər olacaq. Qədim qala divarları ilə əhatələnmiş bu tarixi ərazidə dar daş döşənmiş küçələrlə gəzəcək, Bakının əsas tarixi rəmzlərindən olan Qız qalası, qədim karvansaraylar və orta əsr memarlığı ilə tanış olacağıq.
Daha sonra Xəzər dənizinin sahili boyunca uzanan Bakı bulvarına yollanacağıq. Burada dəniz mənzərələrindən zövq alacaq və paytaxtın müasir simasını yaxından kəşf edəcəyik.
Günün sonunda Dağüstü parkı ziyarət edərək Bakı buxtasına, Xəzər dənizinə və şəhərin panoramik mənzərəsinə tamaşa edəcəyik. Paytaxtın müasir memarlıq simvollarından olan Alov qüllələri də bu mənzərənin ən diqqətçəkən elementlərindəndir.
Bu gün qədim İpək Yolunun tarixi izlərindən müasir Bakının memarlıq incilərinə uzanan səyahətlə Azərbaycanın tarixi və mədəniyyəti ilə ilkin tanışlıq əldə edəcəyik.
Günün əsas məqamları:
-
İçərişəhərin tarixi küçələri və qala divarları
-
Qız qalası və qədim karvansaraylar
-
Xəzər dənizi sahilində Bakı bulvarı
-
Dağüstü parkdan panoramik şəhər mənzərəsi
-
Bakının müasir memarlığı və Alov qüllələri
Gecələmə: Bakı şəhərində otel.
Qeyd: Şəhər turunun müddəti uçuşun gəliş vaxtından, otelə yerləşmə prosesindən və hava şəraitindən asılı olaraq dəyişə bilər.
Gün 2: Bakıdan Şahdağ Xizək Mərkəzinə transfer və xizək sürüşü
Marşrut: Bakı – Şahdağ Xizək Mərkəzi – yaxınlıqdakı kənd
Səhər: Oteldə səhər yeməyindən sonra Şahdağ Xizək Mərkəzinə yola düşürük. Yolboyu qısa istirahət və kofe fasiləsindən sonra səyahətimizi davam etdiririk.
Günorta:Şahdağ Xizək Mərkəzinə çatdıqdan sonra yaxınlıqdakı kənddə yerləşən qonaq evinə yerləşirik. Qısa istirahətdən sonra xizək mərkəzinə yollanaraq xizək sürüşünə başlayırıq.
Günün qalan hissəsi:Şahdağın qarlı yamaclarında xizək sürərək qış idmanının həyəcanını yaşayır və möhtəşəm dağ mənzərələrindən zövq alırıq.
Gecələmə:Şahdağ Xizək Mərkəzinə yaxın kənddə qonaq evi.
Gün 3: Şahdağda xizək turu
Səhər: Qonaq evində səhər yeməyindən sonra Şahdağ Xizək Mərkəzinə yola düşürük.
Gün ərzində: Şahdağın qarlı yamaclarında xizək sürərək qış idmanının həyəcanını yaşayır və ətrafdakı möhtəşəm dağ mənzərələrindən zövq alırıq. Günün proqramı hava şəraiti və iştirakçıların xizək təcrübəsi nəzərə alınmaqla müəyyən edilir.
Gecələmə: Şahdağ Xizək Mərkəzinə yaxın kənddə qonaq evi.
Gün 4: Şahdağda xizək sürüşü və Bakıya transfer
Səhər:Qonaq evində səhər yeməyindən sonra Şahdağ Xizək Mərkəzinə yola düşürük və xizək sürüşünü davam etdiririk.
Günün ikinci yarısı: Xizək proqramını başa vurduqdan sonra Bakı şəhərinə yola düşürük. Bakıya çatdıqdan sonra otelə yerləşmə və istirahət.
Gecələmə: Bakı şəhərində otel.
Gün 5: Bakı və beynəlxalq uçuş
Səhər yeməyindən sonra uçuş vaxtına uyğun olaraq Bakı Beynəlxalq Hava Limanına transfer və beynəlxalq uçuş üçün yola düşmə.
Turun Qiymətinə Daxildir:
✅Bakı Beynəlxalq Hava Limanı – Otel – Bakı Beynəlxalq Hava Limanı (Mercedes Vito, Sprinter)
✅Bakı – Şahdağ Xizək Mərkəzi – Bakı (Mercedes Vito, Sprinter)
✅Bakıda oteldə gecələmə (2 nəfərlik otaqda), səhər yeməyi daxil.
✅Bütün şəhərlərarası transferlər
✅Şəxsi xizək avadanlıqlarının nəqliyyat vasitələrində daşınması
✅Bakı şəhər turu✅Mədəniyyət turu bələdçisi✅Kənd evlərində gecələmə ✅ Kənd evlərində səhər və axşam yeməyi
Qeyd: Tələb üzrə əlavə xidmətlər əlavə oluna bilər.
Turun Qiymətinə Daxil Deyil:
❌Xizək və snowboard avadanlıqları icarəsi (istəyə görə)
❌Nahar və şəxsi xərclər
❌Xizək mərkəzində bilet və əsas xidmətlər
❌Təyyarə biletləri.
❌Proqramda göstərilməyən digər xərclər (xüsusi tələblər, tək nəfərlik otaq və s.).
❌Muzey biletləri.
Lazım Olan Geyimlər və Avadanlıqlar:
Qışda dağ havası soyuq və küləkli ola bilər. Rahat və təhlükəsiz səyahət üçün aşağıdakı geyim və avadanlıqlar tövsiyə olunur:
Əsas geyimlər:
-
İsti və suya davamlı xizəklik və ya snowboard geyimi (jaket + şalvar)
-
Termal alt geyimlər və qat-qat geyim
-
İsti corab və əlcək
-
Qalın papaq
-
Boyun və üzü qoruyan buff və ya qalın şərf
Ayaqqabı və aksesuarlar:
-
Xizəklik və ya qar botları
-
Gözləri qoruyan xizək eynəyi və ya gün eynəyi
-
Gündəlik rahat ayaqqabılar (səyahət və yürüş üçün)
Əlavə tövsiyələr:
-
Geyimlərinizin suya və soyuğa davamlı olmasına diqqət edin
-
Günəş kremi və balzam, xüsusən üz üçün
-
Kiçik çanta və ya bel çantası şəxsi əşyalar üçün
-
Kamera və ya telefon üçün qoruyucu örtük
Qeyd: Əgər xizək və snowboard avadanlığınız yoxdursa, bizdən icarəyə götürmək mümkündür.
Əlavə Məlumat və Şərtlər:
❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.
❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.