Popular Asan 4 fəsil

Xalıt Şəlaləsi Turu – Dağların Qəlbində Sərinlik

Şamaxı, Qaladərəsi kəndi 1 Gün Max 18 nəfər 4.8 (0 Rəylər)

Tur haqqında

1030 Zirvə
Gediş-dönüş 8 km Məsafə
1 Gün
850 m Başlangıc

Bu tur sizi Şamaxının füsunkar dağ-meşə ərazilərinə aparacaq! Səyahət zamanı Qaleybuğurd, Keçmədin və Qaladərəsi kəndlərini ziyarət edəcək, ecazkar təbiət mənzərələri və tarixi abidələrlə tanış olacaqsınız. Turun əsas məqamları isə Şahdağ Milli Parkı, Xalıt Şəlaləsi, Yaşıl Göl və Buğurd Qalası olacaq. Şahdağ Milli Parkı Azərbaycanın ən böyük və möhtəşəm milli parklarından biri olub, zəngin flora və faunası, füsunkar dağ mənzərələri və saf havası ilə sizi valeh edəcək. Burada siz nadir bitki və heyvan növlərini müşahidə edəcək, dağların əsrarəngiz gözəlliyindən zövq alacaqsınız.

Səyahətimizin ən maraqlı dayanacaqlarından biri Xalıt şəlaləsi olacaq. Meşə və dağ massivlərinin içində gizlənmiş bu təbii möcüzə, sərin suyu və sakitliyi ilə ruhunuzu dinləndirəcək. Burada saf dağ suyunun şırıltısı altında dincələ, füsunkar mənzərələr fonunda möhtəşəm fotolar çəkdirə bilərsiniz. Daha sonra Yaşıl Gölə doğru yürüş edəcəyik. Ətrafındakı sıx meşələr və yaşıllıqlarla əhatələnmiş bu ecazkar dağ gölü, əsl sakitlik və gözəllik məkanıdır. Burada unikal foto çəkilişləri etmək, rahat istirahət etmək və təbiətin qoynunda unudulmaz anlar yaşamaq mümkündür.

Turumuzun ən tarixi məkanı isə Buğurd Qalasıdır. Orta əsrlərdən qalan bu qədim qala Qaleybuğurd kəndində yerləşir və Azərbaycanın müdafiə istehkamlarının şah əsərlərindən biridir. Burada siz tarixi memarlıq nümunələri ilə tanış olacaq, qalanın keçmişi haqqında maraqlı faktlar öyrənəcək və zirvədən füsunkar dağ mənzərələrini seyr edəcəksiniz.

Bu tur sizə həm tarix, həm də təbiət ilə dolu macəra vəd edir. Peşəkar bələdçi xidməti, rahat nəqliyyat, yürüş marşrutları, foto və video çəkilişlər və ləzzətli yerli yeməklər səyahətinizin daha da maraqlı və unudulmaz olmasını təmin edəcək.

Professional bələdçi
Daxil deyil
Daxildir
Foto və Video

Hiking turuna qatılmadan əvvəl, turla bağlı bütün detallarla tanış olmağınız məsləhətdir. Bu, xüsusən təbiət yürüşlərinə ilk dəfə yola gedənlər üçün faydalıdır və sürprizlərlə qarşılaşmamağınıza kömək edəcək. Fiziki çətinliklər, lazım olan ləvazimatlar, yolun uzunluğu və hava şəraiti haqqında əvvəlcədən məlumatlı olmaq, hazırlıqlı olmağınızı təmin edəcək.

Səyahət planı:

06:40 – Təyin edilmiş yerdə toplanış

07:00 Bakı - Şamaxı - Qaleybuğurd kəndi

10:30-15:00 Qaleybuğurd kəndi - Buğurd qalası - Xalıt şəlaləsi

15:00-17:00 İstirahət və nahar fasiləsi

17:00-18:00 Xalıt şəlaləsi - Yaşıl göl

18:00-19:00 Qaladərəsi - Qaleybuğurd kəndi

19:00-20:30 Qaleybuğurd kəndi - Şamaxı- Bakı


Turun Qiymətinə Daxildir:

✅Nəqliyyat (Bakı - Şamaxı - Bakı)

✅Dağ bələdçisi

✅Fotoçəkiliş

✅Yürüşün təşkili

Turun Qiymətinə Daxil Deyil: 

❌Qidalanma

❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim 

❌Programdan xaric istəklər

Lazım olan ləvazimatlar:
  • Bel çantası (həcmi 20-35 l)

  • Rahat yürüş ayaqqabısı

  • Şalvar və gödəkçə (sukeçirməz arzu olunandır)

  • Papaq, eynək, əlcək

  • Su və qida (sendviç, buterbrod və s.)

  • Yürüş çomağı

  • Termos

Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.

Əlavə Məlumat və Şərtlər:

❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.

❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir. 

❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.




İştirakçı Rəyləri

4.8
18 rəy əsasında
5
14

Rəy Bildirin

50
adam başı 1 Gün
Populyarlıq 100% 100%
Professional bələdçi Sertifikatlı dağ bələdçisi
Daxildir
Daxil deyil
English