Səyahət planı
-
06:40 – Nizami metrosu yaxınlığında toplaşma
-
07:00 – Bakıdan Qəbələ (Vəndam) istiqamətinə yola düşmə
-
10:30 – Soyuqbulaq şəlaləsinə yürüşün başlanması
-
12:00 – Şəlaləyə çatma və foto-sessiya
-
14:30 – Vəndam kəndinə geridönüş yürüşü
-
16:00 – Qəbələ meşələrində çay fasiləsi və istirahət
-
18:00 – Bakıya yola düşmə
-
21:30 – Bakıya çatma
Turun Qiymətinə Daxildir:
✅Komfortlu Avtobus (Bakı-Vəndam və Vəndam-Bakı)
✅Ocaqda çayın təşkili
✅Dağ bələdçisi
✅Şahdağ milli parkına giriş icazəsi
Qeyd: Yürüş müddəti üçün qida və su ehtiyatınızı özünüzlə götürməyiniz xahiş olunur.
Turun Qiymətinə Daxil Deyil:
❌Qidalanma
❌Yürüş üçün istifadə olunacaq ləvazimat və geyim
❌Programdan xaric istəklər
Lazım olan ləvazimatlar:
-
Bel çantası (həcmi 20-35 l)
-
Rahat yürüş ayaqqabısı
-
Şalvar və gödəkçə (sukeçirməz arzu olunandır)
-
Papaq, eynək, əlcək
-
Su və qida (sendviç, buterbrod və s.)
-
Yürüş çomağı
-
Termos
- Alın fənəri
-
Şəxsi əşyalar və gigiyenik vasitələr (termos, qaşıq dəsti, salfet və s.)
Qeyd. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Tur programdan öncə təşkilatçı ilə məsləhətləşməniz lazımdır.
Əlavə Məlumat və Şərtlər:
❌Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz. Tur üçün götürüləcək ləvazimatlar mövsümə görə dəyişir. Turun tarixindən əvvəl təşkilatçı komanda ilə dəqiqləşdirməyiniz lazımdır.
❌Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
❌1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.